Главная > Texnologiya > Azərbaycanda yeni televiziya kanalı açılacaq

Azərbaycanda yeni televiziya kanalı açılacaq


28-02-2019, 18:13. Разместил: dovletxeberleri.az
Azərbaycanda yeni televiziya kanalı açılacaq

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.



Şuradan verilən məlumata görə, iclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna martın 11-dən aprelın 11-dək müsabiqə elan edilib.

İclasda həmçinin “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.
Вернуться назад