Главная > Təhsil / Tədbirlər > 2019-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış laçınlı tələbələrlə görüş keçirilmişdir.

2019-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış laçınlı tələbələrlə görüş keçirilmişdir.


1-09-2019, 19:16. Разместил: dovletxeberleri.az
 2019-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış laçınlı tələbələrlə görüş keçirilmişdir.
2019-2020-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında Laçın rayonunun ümumtəhsil məktəblərini bitirmiş 475 nəfər tələbə adını qazanmışdır. Tələbə adını qazanan gənclərdən 62 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən çox bal toplamışdır.
2019-cu il 31 avqust tarixində ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplamış məzunlarla görüş keçirilmişdir.
Görüşdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2019-2020-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanında yüksək bal toplamış məzunları təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Daha sonra rayon rəhbəri çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsil sahəsində görülən işlərdən, ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışmış, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyünü bildirmişdir.
Tədbirdə ali məktəbə qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərmiş şagirdlər respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş abituriyentlərə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
 2019-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış laçınlı tələbələrlə görüş keçirilmişdir.
 2019-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış laçınlı tələbələrlə görüş keçirilmişdir.

Вернуться назад