Dovletxeberleri.Az
» » Ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul planının ləğviylə bağlı AÇIQLAMA

22-12-2016, 12:40Ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul planının ləğviylə bağlı AÇIQLAMA

Ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul planının ləğviylə bağlı AÇIQLAMA

"Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı ləğv olunmayıb. Ali və orta ixtisas təhsili müəsisələrinə tələbə qəbulu dövlət sifarişi (dövlət hesabına) və ödənişli əsaslarla aparılır. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul planı ləğv olunub".

Xeberpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bildirib.

S. Gözəlov deyib ki, 2016/2017-ci tədris ilinə qədər ödənişli əsaslarla müəyyən sayda tələbə qəbul etmək üçün dövlət tərəfindən ali təhsil müəssisələrinə müəyyən qəbul planı verilirdi və müəyyən məhdudiyyət qoyulurdu. S.Gözəlov qeyd edib ki, Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq bu plan ləğv olunub və ali təhsil müəssisələrinə imkan verilib ki, ödənişli əsaslarla təhsil alan tələbələrin sayını sifariş verə bilsinlər. Nazirlik rəsmisi vurğulayıb ki, bu zaman ali məktəblər üçün də müəyyən limit qoyulub və təhsil müəssisələrinin potensialı nəzərə alınıb: "Ali məktəblərin potensialı dedikdə bura kadr, infostruktur potensialı (maddi-texniki təchizat, auditoriya, laboratoriya fondu, avadanlıqlar, imkanlar) daxildir. Təhsil müəssisəsinin imkanı 100 nəfərə çatırsa, 1000 nəfərlik yer sifariş verə bilməz. Çünki onlara tədrisi üçün laboratoriya, avadanlıq, auditoriya, müəllim lazımdır. Buna əsasən, ali məktəblər öz potensialına uyğun sifarişlər verir və ödənişli qəbul olan tələbələr üçün yerlərin sayı müəyyənləşdirilir. Ali məktəb sifariş verir ki, hər bir ixtisas üzrə bu qədər sayda ödənişli əsaslara tələbə qəbul edə bilərəm. Həmin yerlər Təhsil Nazirliyi ilə birgə müzakirə olunur, imkanlar araşdırılır, razılıqdan sonra ödənişli əsaslarla olan yerlərin siyahısı Nazirlər Kabinetinə göndərilir və təsdiq olunur. Dövlət sifarişli yerlərin sayı ilə bağlı isə birmənalı olaraq ixtisaslar üzrə dövlət tərəfindən konkret say verilir. Ali təhsil müəsisələri buna müdaxilə edə bilməz. Dövlət sifarişi əsasında olan ixtisaslar üzrə tələbənin hansı universitetə düşəcəyi isə onun öz seçimindən asılıdır. Məsələn, tələbə dövlət sifarişinin tələblərinə uyğun olaraq yetərli bal yığıbsa, o texniki ixtisaslar üzrə Dövlət Neft və Sənaye Universitetini, Texniki Universiteti, Memarlıq və İnşaat Universitetini də seçə bilər. Ödənişli ixtisaslar üzrə plan yerləri, proqnozu isə universitet və kolleclər özləri dövlətə təqdim edir".

S.Gözəlov əlavə edib ki, ödənişli ixtisaslar ali məktəblərin sifarişinə keçəndən sonra bu yerlər 10%-dən 30%-dək artıb. Onun sözlərinə görə, hər bir universitet əlavə maliyyə vəsaiti qazanmaq üçün ödənişli təhsil alan tələbələrin sayının çox olmasında maraqlıdır: "Bu dəyişikliklər və ölkə prezidentinin "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" 21 dekabr 2016-cı il tarixli fərmanı da ali və orta ixtisas təhsili müəssisələrə verilən sərbəstliyin həm artırılmasına imkan verir, həm də onların maliyyə imkanlarının genişlənmənsinə şərait yaradır".
Baxılıb 7 896
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilibİki “Aprel şəhidi”nin ailəsinə mənzil verildiFikrət Məmmədov İstintaq idarəsinə yeni rəis təyin etdi - ƏMRDeputatlar toplanır: daha 8 qanun dəyişəcəkPrezident İlham Əliyev Bağdad Amreyevi qəbul edib - FOTOBu gün Nobel mükafatının laureatları elan olunacaqHəmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar