Dovletxeberleri.Az
» » Tanınmış jurnalistin oğlu Azərbaycanda ən çox bal topladı

22-07-2019, 19:22Tanınmış jurnalistin oğlu Azərbaycanda ən çox bal topladı

Tanınmış jurnalistin oğlu Azərbaycanda ən çox bal topladı
Builki qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlərin sayı ötən illərdəkindən xeyli az oldu. II ixtisas qrupu üzrə bu sevindirici və qürurverici nəticəni yalnız 1 abituriyent əldə edib.

DovletXeberleri.az xəbər verir ki, həmin abituriyent - Səfərov Qorxmaz Seyfəddin oğlu 28 yanvar 2003-cü ildə Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 2019-cu ildə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayon 56 saylı tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. 19 may 2019-cu ildə keçirilən qəbul imtahanlarında Azərbaycan bölməsi, II qrup, B variantı üzrə iştirak edib.

Riyaziyyat, coğrafiya və tarix fənlərinin hər birindən maksimum nəticə əldə edərək ən yüksək göstəriciyə - 400 bal qazanmağa nail olub. Bir daha xatırladırıq ki, bu göstərici ilə Qorxmaz Səfərov 2019-cu ildə II ixtisas qrupu üzrə yeganə abituriyentdir.

Qorxmaz 14 aprel 2019-cu ildə iştirak etdiyi buraxılış imtahanında da xeyli yüksək – 274.6 bal toplayıb. Beləliklə, o, ixtisas seçiminə olduqca əlverişli bir göstərici olan 674.6 balla gedir.




Bu nailiyyətə qovuşduğu üçün Allaha şükranlığını, valideynlərinə və müəllimlərinə minnətdarlığını dilə gətirən Qorxmaz, imtahanlara hazırlıq dövründə çox da ciddi məhdudiyyətlər yaşamadığını deyib:

“Dərslərə, hazırlıqlara olduqca ciddi, məsuliyyətlə yanaşırdım. Sınaqlarda da yüksək nəticə göstərirdim. Ona görə də valideynlərim məni bəzi əyləncələrimdən məhrum etməyə ehtiyac görmürdülər. Xüsusən də atam orta məktəbin son siniflərinin çox maraqlı bir dövr olduğunu və onları yaddaqalan keçirməyin vacibliyini deyirdi. Gün ərzində vaxtımın bir hissəsini də boş zamanı olan yoldaşlarımla gəzintilərə, söhbətlərə sərf edirdim. Həftədə bir-iki dəfə yığışıb futbol oynayırdıq. Doğma klubumuz olan “Qarabağ”ın oyunlarına hərdən stadionda, bəzən də evdə baxırdım. Çempionlar Liqasının bütün vacib oyunlarını, maraqlı gələn verilişləri izləyirdim. Yaşıdlarımdan bir çoxunun imtahanlra hazırlaşanda bütün bunlardan məhrum olduğunu eşitmişəm. Mən isə imtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”.

Qorxmaz Səfərov iqtisadiyyat-maliyyə üzrə ali təhsil almaq istəyir. Buna görə də UNEC-in – Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olmaq arzusundadır. Ona bu istəyinə çataraq, gələcək həyat və fəaliyyət yolunda daha böyük uğurlara imza atmasını arzulayırıq.

Qeyd edək ki, Qorxmaz Səfərov tanınmış redaktor, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin oğludur. Qorxmazın böyük qardaşı Yılmaz Səfərov isə ötən il 642 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBU