Dovletxeberleri.Az
» » Fənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar

22-05-2019, 13:59Fənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar

Fənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Nazirlər Kabineti “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nı təsdiq edib.
Dovletxeberleri.az- ın məlumatına görə, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin şəxslərin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə yerləşdirilməsidir.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Mərkəz tərəfindən tələbə qəbulu planı çərçivəsində həyata keçirilir. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;
- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;
- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibinin isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.
Beynəlxalq və ya respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və yarışın qalibləri müsabiqədənkənar qəbul olunmaq üçün ali təhsil müəssisələrinə ərizə qəbulu aparıldığı müddətdə Mərkəzin rəsmi internet səhifəsində “Abituriyentin elektron ərizəsi”ni doldurduqdan sonra aşağıdakı sənədləri Mərkəzdə yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim edirlər:

- Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
- tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini, həmçinin məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı;
- Azərbaycan Respublikasında ali təhsil müəssisəsini bitirən abituriyentlərə həmin təhsil müəssisəsi tərəfindən verilən və ali təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı;
- hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;
- beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin əslini.

Mərkəz bu Qaydada göstərilən sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bu, mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Ərizəçi göstərilən sənədləri Mərkəzin Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməlidir. Dövlət orqanları (qurumları) Mərkəzin sorğusuna ən geci 7 iş günündə baxaraq cavab verməlidirlər. Mərkəz sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir. Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı göstərilən sənədlərin əsli ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiqlənmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə təqdim etməlidir. Xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Qaydada göstərilən sənədlərin əsli ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiqlənmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə verməlidirlər. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər Tələbə Qəbulu Qaydalarına əsasən, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları da təqdim etməlidirlər. Sənədlərdə uyğunsuzluqlar və ya çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər Mərkəz tərəfindən qəbul edilmir və bu barədə ərizəçiyə səbəbi izah edilməklə dərhal məlumat verilir. Ərizəçinin sənədlərdə aşkar edilmiş uyğunsuzluqları və ya çatışmazlıqları aradan qaldırdıqdan sonra ərizə qəbulu müddətində həmin sənədləri yenidən təqdim etmək hüququ var.

Mərkəz ərizəçinin təqdim etdiyi ərizəyə nəzərdə tutulan sənədlər tam təqdim edildikdən sonra tələbə qəbulu uçun müəyyən edilmiş müddətdən gec olmayaraq baxır və müsbət qərar qəbul etdiyi təqdirdə ərizəçini və onun yerləşdirildiyi ali təhsil müəssisəsini bu barədə 10 gün müddətində məlumatlandırır. Tələbə Qəbulu Qaydalarına əsasən, təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş ərizəçi qəbul olunduğu ali təhsil müəssisəsi tərəfindən tələb olunan sənədləri 10 gün müddətində təhsil müəssisəsinə şəxsən təqdim edərək, həmin təhsil müəssisəsində qeydiyyatdan keçməlidir, əks halda onun yerləşdirilməsi ləğv edilir. Ərizəçinin təqdim etdiyi sənədlərin saxtalaşdırıldığı aşkar edildikdə, ərizəçinin ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbulunun nəticəsi Mərkəz tərəfindən ləğv edilir. Bu Qaydaya uyğun olaraq ali təhsil müəssisələrinə keçirilən müsabiqədənkənar qəbulla bağlı ərizəçilərin şikayətlərinə Mərkəz tərəfindən yaradılan Apellyasiya Komissiyasında 15 gün müddətində baxılır.

Ərizəçi Apellyasiya Komissiyasına şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Ərizəçinin ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbulundan imtina haqqında qərardan və Apellyasiya Komissiyasının qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ v
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI