Dovletxeberleri.Az
» » “Abituriyent”in saxta nəşri – DİM onları ifşa etdi

27-03-2018, 15:59“Abituriyent”in saxta nəşri – DİM onları ifşa etdi

“Abituriyent”in saxta nəşri – DİM onları ifşa etdi
Piratçılıqla məşğul olan müəyyən şəxslər Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan “Abituriyent” jurnalı nəşrlərinin yüksək çap reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edirlər.



Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.



Bildirilib ki, indiyədək qeyri-qanuni (pirat) nəşrlərin satışının qarşısının alınmasında Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Müəllif hüquqları Agentliyinin əməkdaşları ilə birgə çoxlu sayda operativ tədbirlər həyata keçirilsə də, təəssüf ki, belə nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb.

Qeyd olunub ki, bu yaxınlarda Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Caspi LTD” adı altında fəaliyyət göstərən MMC ilə “Hazar İhracat İthalat” AŞ arasında bağlanmış müqavilə əsasında həmin MMC-nin adına gətirilən, hüquqları “Abituriyent” jurnalı redaksiyasına məxsus olan müxtəlif fənlər üzrə 45 minə yaxın test tapşırıqları kitabları saxlanılmış və ölkəyə bu kitabların qeyri-qanuni yolla idxalının qarşısı alınıb.



““Caspi LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti bu kitabların çapı və ölkəyə gətirilməsi ilə bağlı “Abituriyent” Jurnalı Redaksiyası ilə heç bir müqavilə bağlamayıb.



Yuxarıda göstərilən kitablar AR Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi tərəfindən saxlanılmış və bu barədə Dövlət İmtahan Mərkəzinə məlumat verilib. “Caspi LTD” adı altında fəaliyyət göstərən MMC tərəfindən Türkiyədən idxal edilən test tapşırıqları və abituriyentlər üçün digər vəsait kitabları barəsində Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi tərəfindən 21.02.2018-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci və 482.3-cü maddəsi ilə inzibati iş açılıb. Kitablardan götürülmüş nümunələr ekspertiza aparılıb rəy alınması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, təqdim edilən kitablar pirat və kontrafakt məhsullar olduğu müəyyən edildiyi üçün işin materialları aidiyyatı üzrə baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilib. Bu gün Kəpəz Rayon Məhkəməsində qeyd olunan inzibati pozuntuya baxılacaq.



Xatırladaq ki, qeyri-qanuni (pirat) nüsxələrin müqayisəsi zamanı əsl (orijinal) nüsxə ilə xeyli sayda uyğunsuzluqlar olduğu aşkar edilib. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq: Əsl (orijinal) nüsxələrin titul vərəqində (birinci səhifədə) gizlədilmiş xüsusi simvolar pirat nüsxələrdə görünmür. Pirat nüsxələrin yan, arxa üzlüyündə və titul vərəqində olan sözlərdə bir neçə yerdə “ə” hərfi əvəzinə “e” hərfi yazılmışdır. Həmçinin digər orfoqrafik səhvlərə yol verilib.



Dövlət İmtahan Mərkəzi Azərbaycan bölməsi üçün fənlər və siniflər üzrə bu seriyadan olan 41 adda test kitabı nəşr etdirib. Bu kitablara oxucu tələbatı yüksək olduğundan, bir neçə fənn və siniflər üzrə belə qeyri-qanuni (pirat) nəşrlərin çapı, yayılması və satışı ehtimal olunur.

İndiyə qədər dəfələrlə ölkə ərazisində Dövlət İmtahan Mərkəzi və “Abituriyent” Jurnalı Redaksiyasının hüquq sahibi olduğu kitabların pirat nüsxələri ayrı-ayrı satış obyektlərində aşkar edilib. Bu hallar həmin pirat nüsxələrin xaricdə çap edilərək ölkə ərazisinə gətirildiyini ehtimal etməyə əsas verib.

DİM-in mətbuat orqanı olan “Abituriyent” jurnalının bütün məhsulları ölkə daxilində çap edilir və Mərkəzin nəşrləri adı ilə ölkə xaricindən Azərbaycana gətirilən kitabların hamısı qeyri-qanuni (pirat) nəşrlərdir. Bu tip çap məhsullarının ekspertizası onlarda xeyli sayda elmi, texniki, poliqrafik, gigiyenik və digər qüsur və zərərli cəhətlərin olduğunu göstərir. Digər tərəfdən qeyri-qanuni (pirat) nəşrlərin satışından vergilər ödənilmədiyindən Dövlət büdcəsinə də ziyan dəyir. Müəyyən işbaz qüvvələr nəşrlərimizə oxucu tələbatının yüksək reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edir, nəticə etibarı ilə jurnalın redaksiyasının maliyyə vəziyyətinə də külli miqdarda ziyan vururlar.

Bütün bunları nəzərə alaraq Dövlət imtahan Mərkəzi “Caspi LTD” adı altında fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqları “Abituriyent” Jurnalı Redaksiyasına məxsus kitabların pirat nüsxələrini ölkəyə idxal etməsi və qeyri-qanuni satışını həyata keçirməsi nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsi, ölkəyə idxal etdiyi kitabların aşkar edilmiş pirat nüsxələrinin məhv edilməsi və kitabların pirat nüsxələrinin satışının qadağan edilməsi barədə qətnamə qəbul edilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmənin ilk – hazırlıq iclası sabah 28 mart 2018-ci il tarixində keçiriləcək.



Dövlət İmtahan Mərkəzi və “Abituriyent” Jurnalı Redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək.

Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan DİM və “Abituriyent” Jurnalı Redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron üsulla surətinin çıxarılması qadağandır!” –deyə məlumatda bildirilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBU