Dovletxeberleri.Az
» » Xaricdə təhsillə bağlı yeni prosedur müəyyənləşdi

8-03-2018, 08:41Xaricdə təhsillə bağlı yeni prosedur müəyyənləşdi

Xaricdə təhsillə bağlı yeni prosedur müəyyənləşdi
Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının maliyyələşdirilməsinə dair yeni prosedur müəyyənləşdirilib.

Dovletxeberleri.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanına əsasən yaradılmış "Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.

"Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılıb. Ancaq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməyə əsasən gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının maliyyələşdirilməsi sahəsində vəzifəsi olmayıb. Yeni yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində isə qeyd edilib ki, qurumun vəzifələrindən biri ixtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil prosesini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirməkdir. Eyni zamanda aztəminatlı ailələrdən olub təhsil alan gənclərə təhsil müddətində təhsil müəssisəsinin yataqxanasında yer ayrılması üçün Fondun vəsaiti hesabına maliyyə dəstəyi göstəriləcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli sərəncamı əsasında həyata keçirilib. Həmin sərəncama uyğun olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” hazırlanıb və Dövlət Proqramı çərçivəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təşkil edilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev daha 2 SƏRƏNCAM İMZALADIAbel Məhərrəmovun General qardaşı da işdən qovulduNazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”Prezident Dövlət proqramını TƏSDİQLƏDİAbel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYESadələşdirilmiş vergiylə bağlı DƏYİŞİKLİKRamiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildiPrezident İlham Əliyevdən Sumqayıtla bağlı ard-arda - SərəncamlarGənclər və idman komitəsi gənclərə nə vəd edir?Abel Məhərrəmovun vəzifəsini bu XANIM İCRA EDİR - FOTOVergilər Nazirliyinin səlahiyyətləri artırılır"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran ƏsədovBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir - FOTOPaşinyan Azərbaycanla sərhədə gəldiİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLARŞeyx Almaniyaya gedirPrezident Sumqayıtda səfərdədir - İcra başçısı hesabat verdi + AÇILIŞLARElmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib - SƏBƏB"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FHN açıqladı“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTOKüveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi