Dovletxeberleri.Az
» » Yüksək bal toplayan abituriyentlərə qiymətli hədiyyələr verildi

7-09-2017, 11:04Yüksək bal toplayan abituriyentlərə qiymətli hədiyyələr verildi

Yüksək bal toplayan abituriyentlərə qiymətli hədiyyələr verildi
Horadiz şəhərində rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı və Füzuli rayonundan ali məktəblərə, hərbi məktəb və kolleclərə qəbul olunmuş tələbələrlə görüş keçirilib. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Təhsil Nazirliyinin nümayəndəsi Asif Hacıyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar, tələbə adını qazanmış şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransı açan rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Alı Alıyev qeyd edib ki, Füzuli rayonunda təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır.

Sonra rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova 2016-2017-ci tədris ili ərzində Füzulidə görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. R.Məmmədova rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə danışıb. Bildirib ki, 2016-2017-ci dərs ilində rayonda 75 tam orta, 5 ümumi orta, 1 ibtidai məktəb, 1 musiqi təmayüllü gimnaziya, 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Ötən dərs ilində ümumtəhsil məktəblərində 12 min 988 nəfər şagird təhsil alıb. Rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 375-i ali məktəblərə, 11-i isə xüsusi təyinatlı məktəblərə, 120-si isə orta ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 25 nəfəri 500-600 arası, 14 nəfəri isə 600-dan çox bal toplayıb. Qeyd olunub ki, Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən tikilərək istifadəyə verilən məktəbin şagirdləri qəbul imtahanlarında daha yüksək nəticə qazanıblar.

Görüşdə qəbul imtahanlarında yüksək nəticə göstərərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanmış gəncləri bir daha təbrik edib, onlara uğurlar arzulayıb. Alı Alıyev tələbə adını qazanan gənclərə elmə, biliyə daha dərindən yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi yetişməyi, harada olmalarından aslı olmayaraq Respublikamızın adını həmişə uca tutmağı tövsiyyə edib.
Sonda qabaqcıl təhsil işçilərinə, o cümlədən qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.
Yüksək bal toplayan abituriyentlərə qiymətli hədiyyələr verildi

Yüksək bal toplayan abituriyentlərə qiymətli hədiyyələr verildi

Yüksək bal toplayan abituriyentlərə qiymətli hədiyyələr verildi
Baxılıb 8 610
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib