Главная > Tədbirlər / Banner > Ağcabədi MKS-də 15 iyun Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilir.

Ağcabədi MKS-də 15 iyun Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilir.


9-06-2017, 16:43. Разместил: dovletxeberleri.az
Ağcabədi MKS-də 15 iyun Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilir.


9 iyun 2017-ci il tarixdə Mərkəzi kitabxanada "15 iyun Qurtuluş günüdür " başlığı altında dəyirmi masa keçirilib. Tədbirdə MKS-nin direktor müavini Təranə Məmmədova bildirdi ki, Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur
Çıxış edənlər hər biri mövzu ətrafında geniş məlumat verdilər

Ağcabədi MKS-də 15 iyun Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilir.
Ağcabədi MKS-də 15 iyun Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilir.

Вернуться назад