Dovletxeberleri.Az
» » Mənsum İbrahimov: “Canəli Əkbərovun dedikləri yaşına-başına yaraşmayan hərəkətdir”

9-02-2017, 09:50Mənsum İbrahimov: “Canəli Əkbərovun dedikləri yaşına-başına yaraşmayan hərəkətdir”

 Mənsum İbrahimov: “Canəli Əkbərovun dedikləri yaşına-başına yaraşmayan hərəkətdir”
Canəli Əkbərovun sənət yoldaşları haqda sərt fikirləri qalmaqal yaratdı; Arif Babayev: “Bu cür ifadələri yalnız xəstə adamlar deyə bilər”
Səkinə İsmayılova: “Onun müsabiqədə olmaması bizlik deyil”

Xalq artisti Canəli Əkbərovun öz həmkarları haqqında dediyi nalayiq fikirlər iki gündür ki, ölkə mətbuatının gündəmindən düşmür. Yaranmış qalmaqala səbəb isə xanəndənin muğam televiziya müsabiqəsinin münsif heyətinə qatılmaq istəsə də, digər münsiflərin buna etiraz bildirməsi olub. Həmkarlarının onu münsif kürsüsündə görmək istəməməsi xanəndəni özündən çıxarıb və onların ünvanına çox ağır ifadələr işlədib.

O, muğam ustadı Arif Babayevi “bədbəxt” adlandırıb, xalq artisti Mənsum İbrahimovu qeyri-etik sözlərlə təhqir edərək fərarilikdə suçlayıb, xalq artistləri Səkinə İsmayılova və Əlibaba Məmmədov haqqında ittihamlar səsləndirib.

“Yeni Müsavat” qalmaqalda adı hallanan sənətkarların mövqeyini öyrənib. Muğam ustadı Arif Babayev barəsində səslənən ittihamlara bu cür rəy bildirdi: “Bəyəm vacibdir ki, o, hər yerdə olsun? Mən də o qədər yer var ki, orda yoxam, onda mən mətbuata çıxıb söyüş söyməli, təhqir etməliyəm? İlk növbədə mənim mənliyim var. Əgər bir yerdə yoxamsa deməli, məsləhət deyil. Bu cür ifadələri yalnız xəstə adamlar deyə bilər. Biz onun düşməni deyilik ki? O, bizim sənət yoldaşımızdır. Amma çıxıb deyir ki, ”mən belə sənətkaram, kimsə mənim kimi oxusa əlimi, başımı kəsərəm" və sairə. Yaxşı da oxu. Axı biz uzun müddət yoldaş olmuşuq, bir yerdə oturub çörək kəsmişik. İnsanın gərək bir mənliyi olsun".

Related image

Xalq artisti Mənsum İbrahimov isə adının bu cür qalmaqalda hallanmasına təəssüfləndiyini deyib: “Mən sənətlə məşğulam, ömrüm muğama xidmətdə keçib və heç vaxt bir dəfə də olsun kiminsə haqqında nə qeyri-etik ifadə işlətmişəm, nə də kiminsə həyatına müdaxilə etmişəm. Bizi xalqımız yaxşı tanıyır, yəni hər kəsin mədəniyyəti, davranışı, vətəndaşlıq mövqeyini yaxından bilir. Mənim 7 qardaşımın 6-sı müharibə veteranıdır. Mən də demək olar ki, hər ay Qarabağa gedirəm. Aprel hadisələrinin səhəri günü Arif Babayevlə birgə getmişdik Qarabağa. Bilirsiz ki, mən Qarabağa bağlı adamam, bütün nəslim ordadır. Danışır da... Düşünürəm ki, Canəli Əkbərov yaşlı adamdır, əsəbləri yerində deyil. Ona görə də onun heç bir nalayiq fikirlərinə cavab vermək fikrim yoxdur. Hər kəsin danışığı onun mənəviyyatının göstəricisidir. Mən elə tərbiyə görməmişəm ki, kimisə təhqir edim, o da ola özümdən böyük insanlar.

Mən həmişə Canəli müəllimə hörmətlə yanaşmışam, həm özünə, həm də sənətinə. Amma o, nağıl danışır. Özü də təkcə mənim haqqımda deyil, Azərbaycanın böyük, muğam ağsaqqalları Əlibaba müəllim, Arif Babayev haqqında nalayiq danışıb. Onlar bir məktəbdir. Sənət yoldaşları haqqında bu cür danışmaq olmaz. Biz, sadəcə, münsiflər heyətinin ümumi bir rəyini bildirmişik. Nə onun haqqında bir artıq-əskik danışmışıq, nə də təhqir etmişik. Üstəlik, münsiflər heyətini seçmirik, bu, Heydər Əliyev Fondunun layihəsidir. Bundan əvvəl 5 layihə keçirilib və onların heç birində Canəli Əkbərov olmayıb. Bu nə bizim günahımızdır, nə işimizdir. Fikrimizi bildirmişik ki, o, qeyri-obyektiv insandır. Onun cavabında da o nalayiq sözlər işlədib. Bu, onun yaşına-başına yaraşmayan hərəkətdir”.

Mənsum İbrahimov fərarilik ittihamlarına da cavab verib: “Doğrudur, mən əlimə silah alıb vuruşmamışam, çünki sənət adamıyam. Sovet dövründə də sənət adamları döyüşməyə getmirdi, onlar cəbhə bölgələrinə gedib konsertlə verirdilər. Bunu əlində bayraq edib şou yaratmaq ayıbdır”.

Xalq artisti qalmaqalın ajiotaja çevrilməsində mətbuat nümayəndələrini də qınayıb: “Bu, şou-aləmi deyil axı. Bir qədər də mətbuat bu məsələni ajiotaja çevirdi. Lap tutaq ki, o adam yaşlı adamdır, əsəbləri yerində deyil, onun danışıqlarından ajiotaj yaratmaq lazım deyildi. Yazıda qeyri-etik sözləri yazmaq da doğru deyildi”.

Image result for Xalq artisti Səkinə İsmayılova

Xalq artisti Səkinə İsmayılova isə qeyd etdi ki, həmkarının müsabiqədə yer almaması onlardan asılı məsələ deyil: “Artıq 6-cı Muğam Televiziya Müsabiqəsi başlayıb, rayonlarda da seçimlər oldu, inşallah ki, işə başlayacağıq. Onun müsabiqədə olmaması bizlik deyil ki. Qaldı ki, onun dediklərinə, deyir də. Canəli Əkbərov böyük sənətkardır, hamımız onu yaxşı tanıyırıq. Onun sənətini də bilirik, şəxsən mənim haqqım çatmır ki, onun sənəti haqqında söz deyim. Onun dedikləri özünü ifadə edir, başqa nə deyə bilərik? Müsabiqədə iştirakı üçün bizim rəyimiz əsas deyil, bu məsələni biz həll etmirik”.

“Münsiflər heyətini kim seçir” sualımıza isə xalq artisti bu cür cavab verdi: “Bunu deyə bilmərəm. Seçim neçə il bundan əvvəl olub. Bu yaxınlarda rəhmətə gedən Ağaxan Abdullayevdən başqa bütün heyət öz yerindədir”.

Xatırladaq ki, Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən keçirilir. 2007, 2009, 2011, 2013 və 2015-ci illərdə də muğam müsabiqələri keçirilib və müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılıb. Müsabiqənin münsiflər heyətində xalqa artistləri Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova yer alır.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Mehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə olduVilayət Eyvazov rəisi təqaüdə göndərdi - Yeni təyinat