Dovletxeberleri.Az
» » Maşın bazarında son qiymətlər: “Range Rover” 16 min...

12-02-2017, 12:21Maşın bazarında son qiymətlər: “Range Rover” 16 min...

Maşın bazarında son qiymətlər: “Range Rover” 16 min...

Maşın alanların sayında artım müşahidə edilmir. Avtomobil bazarında durğunluq davam edir. Həftə sonu olmasına baxmayaraq, bazarda alıcı azlığı diqqət çəkir.

APA-nın məlumatına görə, əvvəllər ay ərzində 5 maşın sata bilən alverçilər indi bir maşın satanda sevinirlər. Satıcı Elxan Məmmədovun sözlərinə görə, hazırda yalnız dövlət sifarişi ilə, ya da hansısa satıcı dostunun sifarişi əsasında avtomobil gətirir.

Qiymətin enməsinə rəğmən, böyük və bahalı avtomobillərin alıcısı yoxdur. Əgər kiçik maşınların qiyməti 2000-3000 manat düşübsə, böyük avtomobillərdə bu rəqəm 5-7 min manat arasında dəyişir. Bundan əvvəl 2008-ci il istehsalı olan "Toyota Prado"nu 28-30 min manata almaq mümkün idisə, indi bu avtomobillərin qiyməti 21-22 min manata düşüb.

Satıcıların sözlərinə görə, manatın ucuzlaşmasından sonra gəlirləri azalan əhalinin avtomobilə münasibəti də dəyişib. İri mühərrikli, ehtiyat hissələri baha olan, çox yanacaq işlədən avtomobilləri demək olar ki, alan yoxdur. Məsələn, 2006-cı ilin “Lexus LX 350” modeli 21-22 min dollara satılırdısa, hazırda bu avtomobil 14-15 min dollara təklif edilsə də, alan yoxdur.

Yeri gəlmişkən, bazarda “Lexus" markalı avtomobillərə demək olar ki, rast gəlmədik.

“Range Rover” avtomobilinin sahibi onu 16 min dollara təklif etsə də, alıcı qıtlığından şikayət edir: “Range Rover” və "Pajero" çıxarmışıq bu gün. “Range Rover” 2008-ci ilin maşınıdır 16 min dollara. Əla vəziyyətdədir. "Pajero" 15 min dollar. Hər iksi ikinci əl maşındır. Maraqlananlar əvvəlki həftələrə baxanda var".

Bazarda diqqətimizi daha çox Rusiya istehsalı olan avtomobillər çəkdir. Qiymətlərə gəlincə, VAZ-2107 5700 manata, "Niva" 14 500 manatadır.

Satıcıların sözlərinə görə, satılmayan modellər sırasında 2012-2013-cü il istehsalı olan “Folksvagen Passat” avtomobilləri də var.

Müsahiblərimiz deyir ki, “Leksus”dan “Nissan”a qədər bütün avtomobillər fevral ayında ucuzlaşmaqda davam edib.

Satıcılar bildirirlər ki, hazırda daha çox alınan avtomobillər 5-15 min manatlıq “Mersedes”lər, VAZ və köhnə “Opel”lərdir. Bu da həmin avtomobillərin və ehtiyat hissələrinin ucuz başa gəlməsi, istismara davamlı olması ilə bağlıdır.

“Mersedes” və VAZ avtomobilləri 700-1000 manata yaxın ucuzlaşıb. Məsələn, 1.8 mühərrikli 1998-ci il model “Mersedes” əvvəl 7 min manata satılırdısa, hazırda 6300-6500 manata təklif edilir. Son vaxtlar məşhur olan “Lada Priora”lar 6500 manatdan 5500 manata kimi ucuzlaşıb. 1995-2002-ci il model furqonlu “Opel”lər isə 1500-4000 manata satılır.

Alıcılar isə qiymətlərin bahalığından, eyni zamanda avtomobillərin qıtlığından gileylənirlər.

İkinci əl avtomobil bazarında durğunluğun digər səbəbi də Avro-4 standartıdır ki, buna görə ölkəyə xaricdən köhnə və qiyməti aşağı olan avtomobilləri gətirmək mümkün olmur. Qiymət baha olduqda isə insanlar maşın almaqdan çəkinirlər. Məhz Avro-4 standartı səbəbi ilə ölkəyə gətirilən avtomobillərin sayı 35-40% azalıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini“Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdirOrta aylıq pensiya 293 manat olacaq - gələn ildən...Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılırSahibkarlığın İnkişafı Fondu sığortaçı seçibUkraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi fəaliyyətə başlayacaqÖn cəbhədə “Bayraq yürüşü” keçirilib - FOTOLARNiyazi Bayramov Gəncə sakinlərilə görüşübBaş Nazir Əli Əsədov özünə yeni köməkçi təyin edibSON DƏQİQƏ: - Ordumuzun əsgəri həlak olub - FOTOGələn ilin büdcəsində bu sahələrə daha çox pul ayrılıb - NazirŞəhid ailələri, Qarabağ əlillərinə daha 40 mənzil verildiYevlaxın yeni başçısı sakinlərilə ilk görüşünü keçirdi: “Bir sıra problemlər var”Prezident Musa Yaquba mənzil verdiƏrdoğan gələn həftə ABŞ-a gedirLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiZakir Qaralovdan yeni prokuror TƏYİNATI