Dovletxeberleri.Az
» » “Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?

16-11-2018, 14:56“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?

“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?
Azərbaycanda "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni – 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun olaraq hesablanır.

2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır:

2019-2020-c illərdə bu qanun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır.

Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır.

Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
Bu maddə aşağıdakı hallarda tətbiq edilmir:

1. 2019-cu ilin yanvarın 1-dək təyin edilən əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zaman.
2. 2019-cu ilin yanvarın 1-dən sonra əmək pensiyası təyin edilən şəxslərə 2019-cu ilin yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı.
3. Bu qanun 9-cu (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı.
4.Bu qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.
5.2019-cu ilin yanvarın 1-dək "Sosial müavinətlər haqqında” qanuna əsasən təyin edilən sosial müvanətlərin bu qanunun 22-1 maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

Qeyd edək ki, qanuna dəyişikliklərin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdüMehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışındaGənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərirƏrdoğan İmamoğlunu təbrik etdi - FOTOMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayırİstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıbBMT Baş katibinin müavini Azərbaycana səfərə gəlibDövlət qulluqçularının peşə bayramıdırHeydər Əliyev Mərkəzinin parkında yoqa sessiyasıBu gün İstanbul Bələdiyyə başqanını seçirAzərbaycan idmançısı erməni rəqibini məğlub edib medal qazandıSahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir 22 İyun 2019 13:52Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLARLeyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarlaPrezident dövlət qulluqçularını təltif edib - SİYAHIAgyol.Az izləyicilərini AZ TV-də "Planet"in növbəti verlişini izləməyə dəvət edir ANONS"Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm" - Kamal AbdullaAzər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyırTbilisidə Bülbülün xatirəsi anılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimiSəhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədriIII Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli olduAtəşkəs 20 dəfə pozulub – Pulemyotlar işə düşdüYAP-ın Mərkəzi Qərargahında partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilibGömrük Komitəsi sədrinə yeni müavini təyin edildiLeyla Əliyeva II Avropa Oyunlarının açılışındaMəktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİRövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşdü - FOTOMillət vəkili seçicilərlə görüşdü - FOTOLARZakir Fərəcov sakinlərilə görüşdü – FOTOFüzulinin hərbi prokuroru işdən çıxarıldı, yerinə yenisi gətirildiBöyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildiErmənilər mövqelərimizi qumbaraatanlardan atəşə tutduGeneral rəisi işdən çıxardı - Yeni təyinatKonstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi“Erməni zindanında səkkiz gün”ün təqdimatı olduVaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandıBakıda hakimi hədələyən qadına cinayət işi açıldıQaz, su, maaş artımı - Baş nazir hökumətin iclasını çağırdı, tapşırıqlar verdiPrezident daha bir sərəncam verdi, yeni yaradılmış dövlət qurumu ləğv edildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Suraxanı rayonunda keçirilmişdirMüəllimlərin işə qəbulu üzrə müsabiqə başladıNovruz Məmmədov xidməti heyətin maaşlarını artırdı20 iyun - Ümumdünya Qaçqınlar GünüdürToğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı“Böyük inflyasiya təzyiqləri görmürük” - Samir ŞərifovCənab Prezidentin güvənini doğrultmalıyıqBU GÜN Azərbaycanın Milli Qəhrəmanı HÜSEYNOV VÜQAR TOFİQ oğlunun AD GÜNÜDÜR