Главная > Siyasət > İlham Əliyev Bolqarıstan vitse-prezidenti ilə görüşdü

İlham Əliyev Bolqarıstan vitse-prezidenti ilə görüşdü


16-12-2016, 13:57. Разместил: dovletxeberleri.az
İlham Əliyev Bolqarıstan vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yüksək səviyyədə - dostluq və tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev onunla keçirdiyi son görüşü məmnunluqla xatırladıb. Dövlət başçısı Bolqarıstanın vitse-prezidentinin Azərbaycana səfərinin uğurlu olacağına və ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən hüquq və mədəni sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Azərbaycanda tətbiq edilən şəffaf idarəçiliyin, o cümlədən “ASAN xidmət”in Bolqarıstanda böyük maraq doğurduğunu deyib və bu sahədə əməkdaşlığa önəm verdiklərini qeyd edib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın enerji, hüquq, mədəniyyət və digər sahələrdə genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Вернуться назад