Главная > Siyasət / Dünya > Sarkisyan ABŞ səfirliyinə çağırıldı - Qarabağa görə...

Sarkisyan ABŞ səfirliyinə çağırıldı - Qarabağa görə...


6-11-2019, 08:31. Разместил: dovletxeberleri.az
Sarkisyan ABŞ səfirliyinə çağırıldı - Qarabağa görə...
Ermənistanın keçmiş prezidenti, hakimiyyətdən devriləndən sonra siyasi səhnədə görünməyən Serj Sarkisyan yenidən aksiya fəaliyyətə başlayır.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan bu gün ABŞ-ın İrəvandakı səfiri ilə görüşərək bir çox mövzular ətrafından danışıqlar aparıb. Görüş ABŞ səfirliyinin təşəbbüsü ilə baş tutub.

Mətbuata qapalı keçirilən toplantıda Sarkisyan səssizliyini pozaraq Ermənistandakı daxili siyasi vəziyyət barədə çıxış edib, Qarabağ danışıqları və digər mözvulara dair fikir mübadiləsi aparıb.

Səfirliyinin inzibati binasında baş tutan görüşdə Sakisyanın rəhbəri olduğu Respublikaçılar partiyasının nümayəndələri də iştirak ediblər.
Вернуться назад