Dovletxeberleri.Az
» » Azərbaycan-Almaniya arasında növbəti raund

24-02-2017, 10:18Azərbaycan-Almaniya arasında növbəti raund

Azərbaycan-Almaniya arasında növbəti raund
22-23 fevral tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Almaniyada işçi səfərdə olub.

Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, bu məsləhətləşmələr çərçivəsində X.Xələfov Almaniya XİN dövlət katibi Markus Ederer və Almaniya Federal Kansler Administrasiyasında Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Knut Abrahamla görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, ölkəmizin yerləşdiyi regionda yeri və rolu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həllinə Almaniyanın verə biləcəyi töhfə, Xəzər bölgəsi və regional məsələlər, eləcə də qarşılıqlı maraq kəsb edən digər beynəlxalq mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb. İki dövlət arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyinə toxunulub və sonuncu münasibətilə Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən müvafiq tədbirlərin həyata keçirilməsi müzakirə olunub.

Görüşlərdə Azərbaycanın Almaniya üçün vacib və etibarlı tərəfdaş olduğu qeyd olunub və iki ölkə arasında olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından vacibliyi qeyd edilib və belə yüksək səviyyəli səfərlərin qarşılıqlı surətdə həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi razılışdırılıb. Görüşlərdə həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləri və ATƏT çərçivəsində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

X.Xələfov Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatları qeyd edərək, ölkəmizdə mövcud olan əlverişli investisiya və biznes mühitinin Almaniya şirkətləri üçün də cazibədar ola biləcəyini vurğulayıb. O, Azərbaycanın Almaniya ilə turizm, kənd təsərrüfatı, sənaye, təhsil və digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Nazir müavini Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə töhfə vermək üçün səylərinə görə minnətdarlıq edib. Almaniya hökumətinin nümayəndələri Almaniyanın Minsk Qrupunun üzvü kimi bundan sonra da münaqişənin həllinə töhfə verməyə çalışacağını bildiriblər. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövcud status kvonun saxlanılmasının təhlükəli olduğunu vurğulayıblar.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz” (VİDEO)Sumqayıtın icra başçısı İnşaatçılar qəsəbəsinə getdiBaş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdiDövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıbBu qanunu pozan vəzifəli və hüquqi şəxslər cərimələnəcək - Qanun dəyişdiAzərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxırDovletxeberleri.az Milana Hospitaln rəhbəri Xuraman Muradovanın ad günün təbrik edir!"Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAFBirinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıbZakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib - FOTOƏli Əhmədov: "Bu kampaniyanı satılmış müxalifət təmsilçiləri aparır"Bu qurum da büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRARRəşad Atakişiyevlə vida mərasimi keçirilirLeyla Əliyeva müalicə alan uşaqlara baş çəkdiGəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır