Dovletxeberleri.Az
» » Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin konsertində olub

2-12-2016, 09:19Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin konsertində olub

Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin konsertində olub

Məşhur Vyana Ştraus Festival Orkestri dekabrın 1-də Heydər Əliyev Mərkəzində "Mənim həyatım: sevgi və şövq" adlı konsert proqramı ilə çıxış edib. Xeberpress.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə olub.

Konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, "Valsın kralı" İohan Ştrausun, həmçinin digər Vyana klassiklərinin - ata İohan Ştraus, Karl Mixael Tsirer, Karl Tseller, Yozef Ştraus, Eduard Ştraus və Luici Arditinin əsərləri ifa olunub.

Orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsertdə həm skripkada ifa edib, həm də dirijorluq edib. İohan Ştraus ənənəsinin davamçısı olan sənətkarın ifası böyük maraqla qarşılanıb.

Peter Qut bu dəfə də konsert boyu tamaşaçılarla səmimi ünsiyyət qurub. O, Bakıya ikinci dəfə gəlişindən və nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində bir daha konsert verməyindən böyük şərəf duyduğunu bildirib.

Proqramda operettalardan parçalar orkestrin solisti Elizabet Yarman (soprano) tərəfindən təqdim olunub. Solist öz ifası və yüksək artistik məharəti ilə tamaşaçıları ifa olunan əsərlərin qəhrəmanlarına qısa zaman kəsiyində olsa da yaxınlaşdırıb.

Qeyd edək ki, Peter Qut konsertdən əvvəl jurnalistlərə müsahibəsində Bakıya hələ ilk gəlişində bu şəhərin gözəlliyinə və müasirliyinə valeh olduğunu söyləyib. Vyanada gözəl tikililərin olduğunu qeyd edən görkəmli musiqiçi Heydər Əliyev Mərkəzinin zalında akustikanın mükəmməlliyini xüsusilə vurğulayıb. O, həmçinin diqqətə çatdırıb ki, Vyana musiqisi çox müsbət və optimistdir. Təəssüf ki, dünyanın bəzi ölkələrində müharibə gedir, böhranlar baş verir. Bizim orkestr musiqinin dili ilə insanlara dünyanın gözəl olduğunu aşılamağa, konsert müddətində tamaşaçılara xoş anlar bəxş etməyə çalışır.

Xatırladaq ki, Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzinin səhnəsində ilk dəfə 2014-cü ildə çıxış edib və tamaşaçılara bayram əhval-ruhiyyəsi yaşadıb.

Ştraus Festival Orkestri Vyananın əsl musiqi ənənələrinin qoruyucusu, Avropanın aparıcı musiqi kollektividir. 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin rəsmi orkestridir.

Dünya şöhrətli orkestrin Bakıda ikinci çıxışı da tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Konsertdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin yaradıcısı və bədii rəhbəri Peter Qutla görüşüb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilibİki “Aprel şəhidi”nin ailəsinə mənzil verildiFikrət Məmmədov İstintaq idarəsinə yeni rəis təyin etdi - ƏMR