Dovletxeberleri.Az
» » İlham Əliyev italiyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

8-11-2016, 09:12İlham Əliyev italiyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev italiyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xeberpress.az Prezident.az saytına istinadən xəbər verir ki, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı əlaqələrin mövcudluğunu qeyd etdi. İtaliyaya son səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin çox mühüm əhəmiyyət daşıdığını vurğuladı, sənədin iki ölkə arasında əməkdaşlıq, həmçinin qarşıya qoyulan məqsədlər baxımından önəmli olduğunu dedi. İqtisadi sahədə əlaqələrin də uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı italiyalı iş adamlarının ölkəmizdə biznes fəaliyyətinə maraq göstərdiyini məmnunluqla qeyd edərək təşkil olunan biznes forumların iş adamları arasında təmasların artırılması baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirdi.

Nazir Paolo Centiloni İtaliya Respublikasının Baş naziri Matteo Renzinin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayan Paolo Centiloni ölkəmizə italiyalı iş adamlarından ibarət nümayəndə heyəti ilə səfər etdiyini dedi. Azərbaycanın qeyri-neft sektoru ilə bağlı götürdüyü öhdəliklərə sadiqliyini yüksək dəyərləndirdiklərini bildirən Paolo Centiloni iqtisadiyyatın şaxələndirilməsinin önəmini vurğuladı. İtaliyanın ölkəmizin iştirakı ilə həyata keçirilən enerji layihələrində fəal iştirak etdiyini məmnunluqla qeyd edən Paolo Centiloni TANAP və TAP layihələrinin icrasına başlanmasının əlaqələrimizin inkişafı istiqamətində mühüm mərhələ olacağına əminliyini bildirdi.

TANAP və TAP layihələrinin enerji təhlükəsizliyi və şaxələndirmə baxımından əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu layihəyə artıq 7 ölkənin cəlb olunduğunu dedi, gələcəkdə isə daha iki ölkənin qoşulmasının önəmini vurğuladı. “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının gündəlikdə duran məsələ olduğunu qeyd edən dövlətimizin başçısı “Şahdəniz-2” layihəsi ilə bağlı işlərin 80 faizinin, TAP layihəsi üzrə işlərin isə təqribən 30 faizinin artıq icra olunduğunu qeyd edərək bu istiqamətdə bütün işlərin vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə etdi.

Görüşdə iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Baş nazir Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Respublikasının Baş nazirinə çatdırmağı xahiş etdi.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib