Dovletxeberleri.Az
» » Ermənilər Dağlıq Qarabağın adını dəyişir - separatçı rejimdən daha bir təxribatçı adım...

7-11-2016, 09:51Ermənilər Dağlıq Qarabağın adını dəyişir - separatçı rejimdən daha bir təxribatçı adım...

 Ermənilər Dağlıq Qarabağın adını dəyişir - separatçı rejimdən daha bir təxribatçı adım...

Düşmən müharibədən başqa yol qoymamaqda davam edir...
Azərbaycanın Qarabağ ərazilərindəki separatçı işğalçı rejim Dağlıq Qarabağın adının dəyişdirilməsi barədə qərar qəbul edib. Həmin qərara əsasən, Dağlıq Qarabağ “Artsax Respublikası” adlanacaq. Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu “Dağlıq Qarabağın milli məclisi”nin “sədri” Aşot Qulyan bildirib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı separatçı ermənilərin bu addımını danışıqlar prosesini daha bir müddətə pozmaq üçün təxribat hesab edir. Onun sözlərinə görə, nə qədər ki, Azərbaycanın tarixi torpaqlarında Azərbaycanın suveren hüquqları təmin olunmayıb, ermənilər hələ çox oyunlardan çıxacaqlar: “Artsax sözünü ermənilər münaqişə yeni başlayanda da işlədirdilər. Sonradan azərbaycanlı mütəxəssislər kifayət qədər əsaslandırdılar ki, hətta ”artsax" sözü də türk sözü olan “Ərsaq”dır, ermənilərin dilində “artsax” deyə səslənir. Bundan sonra ermənilər bu addan imtina elədilər. İndi yenidən bu adı gündəmə gətirirlər. Burada bir neçə məqsəd güdülür. Birincisi, onsuz da donmuş vəziyyətdə olan danışıqlar prosesini daha uzun müddətə dondurmaq, ikincisi, Azərbaycanın diqqətini Qarabağın azad edilməsindən çox indi də ad mövzusuna yönəltmək, söz oyununa çəkmək, üçüncüsü isə, məsələ ilə bağlı beynəlxalq danışıqlarda, vasitəçilərlə təmaslarda Dağlıq Qarabağ adını “Artsax”la əvəz etmək məqsədi güdülür.

Azərbaycan tərəfi bu məsələ ilə bağlı diplomatik istiqamətdə öz səylərini artırmalıdırlar. Beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupu həmsədrlərinə dövlət səviyyəsində müraciətlər olunmalıdır ki, danışıqlarda qətiyyən “Artsax” sözü işlənməməlidir. Sözsüz ki, Azərbaycan nə qədər diplomatik istiqamətdə addımlar atsa da ermənilər də çalışacaqlar ki, öz istədiklərinə nail olsunlar. Separatçı ermənilərin bu addımı bir daha Azərbaycana siqnaldır ki, Ermənistan heç bir halda danışıqlar yolu ilə məsələnin həllinə razı deyil, mənasız danışıqlar uzandıqca ermənilər daha da azğınlaşır, arxayınlaşırlar. Ona görə də mənasız danışıqlar prosesinə son qoyulmalı və Azərbaycan öz ərazilərinin terrorçulardan, separatçılardan təmizlənməsi üçün hərbi əməliyyatlara başlamalıdır. Ermənilərin bütün oyunlarına yalnız bu yolla son qoymaq olar".

Politoloq Qabil Hüseynli də bildirdi ki, ermənilər “Artsax” sözünü işlətməklə Dağlıq Qarabağın onlara mənsubiyyətinin olması haqqında tarixi cəhətdən özünü doğrultmayan bir uydurmanı siyasi dövriyyəyə buraxmaq istəyirlər: “Dağlıq Qarabağ adlanan ərazilərin və bu adın tarixən Azərbaycana aid olduğu minlərlə tarixi, hüquqi sənədlərdə əksini tapır. Dağlıq Qarabağ Ermənistanın indiki ərazilərinə daxil olan tarixi Azərbaycan torpaqları Zəngəzur mahalını öz tərkibində uzun müddət saxlayıb. Dağlıq Qarabağ deyəndə biz az qala Azərbaycanın üçdən bir hissəsi qədər ərazini nəzərdə tuturuq. Sadəcə olaraq sovet hakimiyyəti illərində süni şəkildə Dağlıq Qarabağ Muxtar Vilayəti statusu verilərkən Qarabağın dağlıq hissəsini götürdülər.

”Dağlıq Qarabağ" kəlməsi bu regionun Azərbaycana məxsusluğunu öz adı ilə isbatlayır. Ermənilər uzun müddət qıcıqlanırdılar ki, Dağlıq Qarabağ sözü məsələnin tarixi köklərini araşdırarkən ermənilərin bu ərazilərə gəlmə olduğunu, bu ərazinin tarixi Azərbaycan torpaqları olduğunu bir daha isbatlayır. Tarixi araşdırmalarda ermənilər bu məsələdə həmişə uduzur. İndi ermənilər “Artsax” sözünü buraya pərçimləməklə bir çox tarixi mənbələrdə təsbit edilmiş Dağlıq Qarabağ, Qarabağ adını heç kimə unutdura və ya qəbul elətdirə bilməzlər. Bu ərazilərin adı bütün dünyada da Dağlıq Qarabağ və Azərbaycan sözü, ərazisi olaraq tanınır".

Politoloqa görə, ermənilər danışıqlar prosesində işlədilən Dağlıq Qarabağ sözünü “Artsax” sözü ilə əvəzləməyə çalışacaqlar: “Amma bu, mümkünsüz bir məsələdir. Çünki beynəlxalq qanunlarda mübahisəli ərazilərin toponimlərinin dəyişdirilməsi yolverilməz hesab olunur. İkincisi, isə Azərbaycanın danışıqlar prosesində ”Artsax" adının işlədilməsini qəbul etməsi mümkün deyil. Hətta SSRİ dövründə də bu torpaqlar rəsmi sənədlərdə də Dağlıq Qarabağ adlanıb. İndi ermənilərin bu manevri və təxribat xarakterli hərəkəti heç kim tərəfindən qəbul edilməməklə yanaşı, ermənilərin saxtakarlıqları bir daha dünya ictimaiyyətinə bəlli olacaq".
Baxılıb 6 111
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib