Dovletxeberleri.Az
» » İnkişafın davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olaq!

23-01-2020, 11:41İnkişafın davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olaq!

İnkişafın davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olaq!
“Daha güclü Azərbaycan naminə” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hüseynbala Mirələmov Xətai seçiciləri ilə ilk görüşünü keçirdi Yanvarın 22-də “Bakı” kinoteatrında 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmovun seçicilərlə ilk görüşü keçirilib.



Dovletxeberleri.az xəbər verir ki, YAP Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova ölkəmizin mühüm siyasi kampaniya-növbədənkənar parlament seçkiləri ərəfəsində olduğunu önə çəkərək bildirdi ki, xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir. Bu da ondan irəli gəlir ki, ən böyük siyasət dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, real işlərdir. Real işlər isə göz qabağındadır. Azərbaycan inkişaf edir, gündən-günə qüdrətlənir, müasirləşir, gələcəyə böyük inamla irəliləyir. Yeganə Qurbanova namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürülən YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən illərdə millətin təmsilçisi kimi gördüyü işlərdən, partiyanın, eyni zamanda seçicilərin etimadını doğrultması istiqamətində göstərdiyi səylərdən, bir vətəndaş kimi şəxsi keyfiyyətlərindən, yaradıcılıq fəaliyyətindən geniş bəhs edərək bildirdi ki, Hüseynbala Mirələmov fikrində, əqidəsində, inamında çox dönməz və ardıcıl bir şəxsdir.



Namizədin vəkili, tibb elmləri doktoru, professor Vəsadət Əzizov H.Mirələmovun portretini seçicilərə belə təqdim etdi - Yüksək ixtisaslı mütəxəssis, böyük nüfuza malik olan alim, tanınmış yazıçı, görkəmli ictimai-siyasi xadim, fədakar ziyalı, qayğıkeş, vətənpərvər, səmimi insan. Vəsadət Əzizov bildirdi ki, seçicilərinin hər bir təklifinə, müraciətinə böyük təmkinliklə yanaşan, onların həlli istiqamətində ciddi səylər göstərən Hüseynbala Mirələmov təmsil olunduğu partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına, irsinə, böyüklüyünə və ucalığına daim sədaqəti ilə tanınır, böyük nüfuz qazanıb. Namizədin vəkili bir daha seçicilərə müraciət edərək onları qarşıdan gələn növbədənkənar parlament seçkilərində daha fəal olmağa, layiqli namizədə səs verməyə çağırdı. YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli qeyd etdi ki, seçici etimadını qazanan, daim seçicilərin arasında olan və onların qayğıları ilə yaşayan H.Mirələmovun geniş təqdimata ehtiyacı yoxdur:



“Onun adı çəkiləndə hər kəsin gözü qarşısında özünün yaradıcılığının əsas motivində dayanan vətənpərvər, yüksək insani keyfiyyətlərə, real baxışlara malik şəxsiyyət obrazı canlanır. Hər bir seçici müraciətinin həllini tapması Hüseynbala Mirələmovun fəaliyyətinin əsasını təşkil edir. Seçici-deputat münasibətlərinin lazımi səviyyədə qurulması, səmimiyyətin, birliyin yaradılması bu gün Hüseynbala Mirələmovun yenidən parlamentdə təmsil olunacağına əminliyi artırır”. YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Bayramov namizədin gənclərə diqqət və qayğısından söz açıb: “Biz gənclərin üzərinə düşən əsas məsuliyyət 9 fevral növbədənkənar parlament seçkilərində fəal iştirak edib, Hüseynbala Mirələmov kimi dövlətini, xalqını sevən namizədlərə səs verməkdir”.



Seçici Çingiz İsmayılov Hüseynbala Mirələmovun yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vacib amillərdən olan həqiqətlərimizin təbliği istiqamətində göstərdiyi səylərdən, cəbhə xəttində əsgərlərimizlə görüşlərindən, onlarda qələbə ruhunu, sevincini yaşatmasından geniş bəhs etdi. Bildirdi ki, belə Vətən oğulları ilə qürur duymalıyıq. Filologiya elmləri doktoru, professor Elman Quliyev Hüseynbala Mirələmovun fəaliyyətinin yaradıcılıq istiqamətinə diqqəti yönəltdi. Vurğuladı ki, ərsəyə gələn hər bir əsəri, işıq üzü görən hər bir kitabı zəngin mənbədir. O mənbə ki, daim tariximizə, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, ən əsası vətənpərvərlik ruhunun aşılanmasına bir çağırışdır. Seçicilərdən Aidə Hüseynzadə, Mənzər İsmayılova və başqaları çıxış edərək Azərbaycanın xoşbəxt gələcəyi naminə ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olacaqlarını bildirdilər. Onlar Hüseynbala Mirələmovun deputatlıq fəaliyyəti dövründə seçicilərinə diqqət və qayğısından, problemlərinin həlli yönümündə gördüyü işlərdən danışaraq, belə namizədə dəstək olmağın vacibliyini önə çəkdilər.



Deputatlığa namizəd, YAP Xətai rayon təşkilatının sədri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov deputat olduğu illərdə xeyli sayda qanunların hazırlanmasında və qəbul olunmasında iştirakından, seçiciləri ilə görüşlərindən, onların müraciətlərinə yüksək dəyər verməsindən və onları lazımi səviyyədə cavablandırmasından geniş bəhs edərək bildirdi ki, yeni dövrün tələblərinə uyğun olaraq parlamenti qarşıda daha böyük işlər gözləyir, yeni dövrün vəzifələri daha böyükdür: “Gələcəyə inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti, son 16 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərtlərdir. Azərbaycan bu gün elə bir inkişaf mərhələsinə gəlib çatıb ki, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar digər dövlətlərə nümunə göstərilir.



Vaxtilə seçkilərə “Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının bugünkü devizi “Daha güclü Azərbaycan naminə”dir. Bu gün Azərbaycanın hər bir vətəndaşı iqtisadi inkişafı özünün gündəlik həyatında hiss edir, qarşıdan gələn ilin ötən ildən daha uğurlu olacağına böyük inam ifadə edilir”. Hüseynbala Mirələmov bir daha vurğuladı ki, YAP-ın seçki proqramında əsas hədəflər öz əksini tapıb. Həmin hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsi əsasdır. Seçiciləri fəal olmağa çağıran H.Mirələmov seçki hüququndan istifadə edib layiqli namizədə səs verməyin vacibliyini diqqətə çatdırdı. Yüzlərlə seçicinin iştirakı ilə keçirilən görüşdə yüksək əhval-ruhiyyə bir daha onu göstərirdi ki, xalq həmişə olduğu kimi, bu seçkilərdə də “Daha güclü Azərbaycan naminə” Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcək.

İnkişafın davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olaq!
İnkişafın davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olaq!
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak etdi - FOTONATO Türkiyəyə görə təcili iclasa toplanırÖvladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilirDövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMAVilayət Eyvazov Baş İnspektora yüksək vəzifə verdi - Bakı DYP-də dəyişiklik“Azərbaycan İranla sərhəddə səyyar hospitallar təşkil edir” - RƏSMİAzərbaycanlı şahmatçı birinci olduPrezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun”MSK sənədləri fevralın 26-da təqdim edib,... məlumat veriləcək - KONSTİTUSİYA MƏHKƏMƏSİAzərbaycanda koronavirusa görə qərargah yaradıldıValideynsiz uşaqların övladlığa götürülməsi qaydası TƏSDİQLƏNDİCenevrə Konservatoriyasının ən gənc tələbəsi - 11 yaşlı azərbaycanlı qız...İşıq sönən metro stansiyaları açıldı - YENİLƏNİBTƏBİB koronavirusla bağlı broşürlər hazırladıYardımlıda ata və oğulun öldürülməsi ilə bağlı cinayət işi başlandıSumqayıtda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilibTÜRKİYƏNİN ÜC MƏŞHUR HƏKİMİ YALNIZ MİLAN HOSPİTALDA...Parlament-seçkilərii ilə baglı yekun qərar verildi lider namizədlərin siyahisi.Vilayət Eyvazovdan yeni rəis təyinatıLaçın rayon Çıraqlı tam orta məktəbində Xocalı soyqırımından 28 il ötür adlı tədbir keçirilmişdir“Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisiLaçın rayon ictimaiyyəti nümayəndələri tərəfindən Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdirƏrdoğanın Azərbaycana səfəri başa çatdıXOCALISIZ 28 İLİlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXIİlham Əliyev Ərdoğanla görüşdüƏrdoğanın rəsmi qarşılanma mərasimi olubAvropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırırŞəhid İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirildiDaha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildiSOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edirDağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydıPrezident vəzifəli şəxsləri İranla sərhədə göndərdiÜlviyyə Ağayevanın lider olduğu dairə barədə QƏRARŞəhidimiz kimdir?İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAMAzərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏTAzərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİPrezident İlham Əliyev Ərdoğana başsağlığı verdiÜmumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”Azərbaycana 60 min kiloqram qurban əti göndərildiİlham Əliyevin İtaliyaya səfəri başa çatdıŞəhid Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Yeni seçilən deputatların SİYAHISIBerlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLARMünhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaqCəbhədə gərginlik artıb - atəş kəsmirQondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham Əliyev