Dovletxeberleri.Az
» » Bir çox namizədlər YAP-ın siyahısını gözləyirlər...

22-12-2019, 16:53Bir çox namizədlər YAP-ın siyahısını gözləyirlər...

Bir çox namizədlər YAP-ın siyahısını gözləyirlər...
Azərbaycanda 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir çox dairələr üzrə namizədlərin irəli sürülməsinə başlanıb. Lakin hakim Yeni Azərbaycan Partiyası hələlik namizədlərin siyahısı haqqında məlumatları mətbuata dərc etdirməyib. Bəzi tanınmış şəxslər, nüfuzlu siyasətçilər isə hakim partiyanın namizəd siyahısını açıqlamasını gözləyirlər. Onlar partiyanın namizədləri ilə tanış olmadan öz dairələri haqqında qərar verməyə tələsmirlər.

Yaranmış vəziyyət haqqında danışan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hakim partiyanın siyahısını gözləməyin səbəbini belə izah edib:

“Bir çox namizədlər YAP-ın siyahısını açıqlamasını gözləyirlər. Bunun səbəbi isə partiyanın geniş sosial dayaqlara, böyük imkanlara malik olması faktorudur. YAP Azərbaycanda ən güclü siyasi təşkilatdır, əhəmiyyətli idarəetmə strukturuna malikdir. Partiyanın 125 dairənin hər birində qalib gəlmək imkanı və şansı var. Əgər bir rayonda, bir dairədə partiyanın minimum 20 min üzvü varsa, həmin üzvlərin ailələrindən ən azı bir nəfəri də bura əlavə etsək, rəqəm 40 minə çatır. Partiya üzvləri seçicilərin say çoxluğundan istifadə edərək hər hansı dairədən ən azı 15-20 min səs toplaya bilərlər. Bu isə 60 faiz səsin toplanmasına kifayətdir. Ona görə, digər namizədlər gözləyirlər ki, hakim partiya hansı dairələr üzrə hansı namizədlərini irəli sürür. Xüsusilə, hər kəsə maraqlıdır ki, YAP hansı dairədə namizədinin deputat olmasında maraqlıdır. Digər namizədlər prosesləri izləyib, bu amili hökmən nəzərə almalıdırlar”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hazırkı situasiyanı qəbul etmir. O hesab edir ki, seçki özü də bir yarışdır:

“Gərək insanda yarış psixologiyası, sağlam rəqbət ruhu olsun ki, seçkilərdə yaxşı iştirak edə bilsin. İdmançılar çalışırlar ki, ən güclü idmançıya qalib gəlsinlər. Zəif idmançıya qalib gəlmək məna ifadə etmir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının siyahısını açıqlamasını gözləyən namizədlərdə yarış psixologiyası zəifdir. Əksinə çalışmaq lazımdır ki, ən güclüyə qalib gələsən ki, qələbənin dadı olsun.

Mən namizədliyimi irəli sürmüşəm. İmzaların toplanmasına başlayırıq. Mənim dairəmdən kim namizədliyini irəli sürəcək, kim irəli sürüb, heç bir əhəmiyyəti yoxdur”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BİZ SİZİNLƏ FƏXR EDİRİK MİLLƏTİMİN VƏKİLİAzay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.Prezident Cənnət Səlimovaya “Şərəf” ordeni verdiPolkovnik idarə rəisi təyin edildi - Vilayət Eyvazovdan daha bir əmr“Azərişıq” işə qəbulla bağlı interaktiv müsahibələrin tətbiqinə start veribBərdə rayonuna yeni prokuror təyin edilib.MSK mətbuat qrupunun tərkibini dəyişdirdiVilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLARCeyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Foto20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıbZakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdiÖlkə başçısının qayğısı ilə inşa edilmiş modul tipli məktəblər laçınlı şagirdlərin istifadəsinə verildi.Rayonlarımız atəşə tutulduDeputatlığa namizədlərin seçkiqabağı təşviqatı başladı - Bu gündən...Bu şəxslərin maaşları 50 faiz artırıldıƏLİLLİK DƏRƏCƏLƏRİ NECƏ MÜƏYYƏN EDİLƏCƏK?Nazir "Bandotdel"ə yeni müavin təyin etdiMəcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi – Güclü ölkələri necə qabaqladı?Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildiRamiz Mehdiyevdən YENİ TƏYİNATLARPensiyaçılara ŞAD XƏBƏR - Yanvar ayının ödənişləri bu gün veriləcəkOqtay Şirəliyev daha bir Baş direktoru işdən çıxardı - Yeni direktor dərhal bəzi həkimlərin ərizəsini alıbMədət Quliyev Baş direktoru vəzifədən çıxardı - Yeni təyinatLaçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLARRusiyada: Analar doğuşdan dərhal sonra 13 min pul alacaqBakı meriyasında yeni TƏYİNATLaçınlı köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu Taxta körpü ərzisində icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2020-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiOmbudsman bəyanat VERDİ