Dovletxeberleri.Az
» » Qarabağa dair “Lavrov planı”nın detalları üzə çıxdı – Yerevan bu planı niyə rədd edib...

21-12-2019, 17:08Qarabağa dair “Lavrov planı”nın detalları üzə çıxdı – Yerevan bu planı niyə rədd edib...

Qarabağa dair “Lavrov planı”nın detalları üzə çıxdı – Yerevan bu planı niyə rədd edib...
Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş və nüfuzlu beyin mərkəzi hesab edilən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair növbəti hesabat yayıb.

Uzunmüddətli araşdırmaların nəticəsi olaraq hazırlanan hesabatda deyilir ki, Yerevanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar barədə əvvəlcə yaranan optimizm özünü doğrultmasa da tərəflər bəzi məqamlarla bağlı irəliləyişlər əldə edə bilərlər. Bunun üçün tərəflər “sakit, amma sürətli” danışıqlar aparmalıdır.
Dovletxeberleri.az Virtualaz.org-a istinadən xəbər verir ki, hesabatın bölümlərindən biri də münaqişə bölgəsində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi barədədir. Təşkilatın analitikləri hesabatın “Rusiyanın rolu” bölməsində bu mövzunu təhlil edirlər.

Qeyd olunur ki, Azərbaycan və Ermənistanın Rusiya qüvvələrinin hər hansı sülhməramlı missiyada dominatlığından ehtiyat etməsi regionda sülhməramlıların yerləşdirilməsinə əsas maneədir.
“Rusiya Dağlıq Qarabağ münaqişəsinə dair vasitəçilik missiyasında on illərdir aparıcı rola malikdir. O, yeganə regional dövlətdir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlıların yerləşdirilməsinə hazır olduğunu publik şəkildə ifadə edib. Ən azından iki dəfə-bir dəfə 1994-cü ildə Bişkekdə atəşkəs razılaşmasının imzalanmasından sonra, bir dəfə isə yaxın keçmişdə, 2015-ci ildə Qarabağda sülhməramlı qüvvələr yerləşdirməyə hazır olduğunu tərəflərə çatdırıb. İndiki və keçmiş Rusiya rəsmi şəxsləri deyirlər ki, Rusiyanın rəhbərliyi ilə sülhməramlı qüvvələrin yerləşdirilməsi hətta əhatəli sülh razılaşması imzalanmadan da sonrakı hərbi əməliyyatların qarşısını ala bilər”,-hesabatda deyilir.

İCG qeyd edir ki, bununla belə Dağlıq Qarabağda Rusiya qoşunlarının yerləşdirilməsi Ermənistan və Azərbaycan tərəfdən ayrı-ayrılıqda, yaxud hər ikisi tərəfindən eyni vaxtda rədd edilib. Hər iki tərəf ehtiyat edir ki, Rusiyanın rəhbərlik etdiyi sülhməramlı missiya münaqişəni həll etməyəcək, əksinə, yeni təhlükələr meydana çıxaracaq.
“Skeptiklər iddia edirlər ki, sülhməramlılar Rusiyanın regionda hərbi iştirakını təmin etmək və pərdələmək üçün istifadə ediləcək. Yerevan və Bakı habelə ehtiyat edirlər ki, Rusiya hərbi missiyası onların suverenliyini zədələyə, Moskvadan asılılığını artıra bilər. Hər iki ölkə Rusiya ilə yaxşı münasibətlərə malikdir, Kreml hər iki tərəfə silah satır və daha geniş regionda (o cümlədən Türkiyə, İran və Gürcüstanda) öz təsir imkanlarını gücləndirmək üzərində işləyir. Və tərəflərdən heç biri Moskvanın sülhməramlılar barədə motivlərinə tam etibar etmir”,-hesabatda vurğulanır.

İCG daha sonra hesabatında göstərir ki, Rusiya sülhməramlılarının regionda yerləşdirilməsinə dair sonuncu təklif “Lavrov planı” adlanan sənəddə əksini tapıb. Həmin plan ilk dəfə 2015-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən müzakirəyə təqdim edilib və 2016-cı ildə təsdiqlənib. Amma 2016-cı ildə Qarabağda hərbi əməliyyatların alovlanmasından sonra planın mövcudluğu heç vaxt Kreml tərəfindən rəsmən etiraf edilməyib.
“Plan Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafında yerləşdirilməsini və erməni qoşunlarının ətraf rayonlardan tədricən çıxarılmasını, regiona qeyri-müəyyən müddətə “müvəqqəti status” verilməsini nəzərdə tuturdu. Lakin plan Dağlıq Qarabağın yekun statusuna dair referendumun necə baş tutacağına və yekun hüquqi statusun necə olacağına aydınlıq gətirmirdi”,-hesabatda deyilir.

Təşkilat hesabatında göstərir ki, Azərbaycan liderləri Rusiyanın regionda hərbi iştirakına qarşı olan ənənəvi mövqeyindən geri çəkilərək əvvəlcə bu konsepsiyanı dəstəkləyib, emid edib ki, plan ətraf rayonların qaytarılmasının və münaqişə regionundakı erməni qüvvələrinin sayının azalmasının əsasını qoyacaq.
“Bakının Rusiya təklifini nəzərdən keçirməyə hazır olması, Moskvanın roluna və silahlı sülhməramlılara dair qeydlərinə, tərəddüdlərinə baxmayaraq, həm də onu əks etdirir ki, Qərbin regiondakı maraqları hansısa xarici qüvvənin cəlb edilməyəcəyi mənasını vermir. Zamanla Azərbaycan hakim elitası getdikcə belə qənaətə gəlməyə başladı ki, Rusiya münaqişənin istənilən nizamlanmasının tərkib hissəsi olacaq. Doğrudan da 2016-cı ildə Azərbaycan hökuməti Rusiyanın rəhbərliyi ilə Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə açıq idi, ümid edirdi ki, bu qüvvələr erməni işğalçı qüvvələrini əvəz edəcək və Azərbaycanın nəzarətinə qaytarılan ərazilərə köçürülən əhalinin təhlükəsizliyini təmin etməyə imkan verəcək. Lakin Yerevan bu təklifi rədd etdi”,-sənəddə bildirilir.

Hesabata əsasən Yerevan üçün əsas problem bundan ibarət olub ki, Dağlıq Qarabağın yekun statusunun necə olacağı aydınlaşdırılmırdı. Habelə erməni liderləri ehtiyat edirdi ki, regionda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi Dağlıq Qarabağın “gələcək müstəqilliyi perspektivlərinin” üstündən xətt çəkə bilər.
“Xəbərlərə görə, Ermənistanın bəzi rəsmi şəxsləri təklifin Azərbaycanın maraqlarına uyğun olduğunu bildirməklə hətta bəyan ediblər ki, sənəd Bakıda tərtib edilə bilərdi”,-hesabat müəllifləri vurğulayır.
İCG qeyd edir ki, “Lavrov planı” hazırda müzakirə mövzusu deyil. Ermənistan nəinki bu planı rədd etməkdə davam edir, eyni zamanda Azərbaycan da sülhməramlılar barədə əvvəlki mövqeyinə geri qayıdıb. Rəsmi Bakı regionda tərkibində təkcə Rusiyanın yox, bir neçə ölkənin hərbi kontingentləri olan “balanslaşdırılmış sülhməramlı qüvvələrin” yerləşdirilməli olduğunu bildirir.

“Hətta Bakıda bir çoxları köhnə formula geri qayıdıblar, bildirirlər ki, əgər həmsədr-ölkələr sülhməramlı qüvvələrə töhfə verəcəksə onların hər birinin fərdi töhfəsi personalın 10 faizindən çox olmamalıdır. Üstəlik sülhməramlılar silahsız olmalıdır. Ermənistana gəldikdə isə o, əvvəlki kimi danışıqların gedişində (yəni razılaşmanın əldə olunmasından sonra deyil) Rusiyanın iştirakı ilə çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsini dəstəkləməyə hazırdır, ancaq o şərtlə ki, missiya silahsız olsun, ancaq müşahidə aparmaq mandatı verilsin və erməni qoşunlarının regiondan dərhal çıxarılmasını tələb etməsin.
Ona görə də hesabat müəllifləri belə qənaətə gəlirlər ki, ATƏT-in planlaşdırma missiyası gələcəkdə sülhməramlı qüvvələr barədə planlaşdırma aparanda Ermənistanın və Azərbaycanın iri Rusiya kontingenti barədə qayğılarını nəzərə almalıdır. “Lakin Bakının və Yerevanın etirazları heç də Rusiyanın mühüm rolunu istisna etmir. Azərbaycanın “Lavrov planı”ına dair əvvəlki mövqeyi ən azından onu göstərir ki, Bakı müvafiq şərtlərlə Rusiyanın rəhbərlik etdiyi missiyaya razılıq verə bilərdi. Bununla belə Beynəlxalq Planlaşdırma Qrupu tərəflərin Rusiyanın ifrat təsiri ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün sülhməramlı missiyanın tərkibində hansısa dövlətin üstünlük təşkil etməməsini əsas götürməli, qarışıq beynəlxalq qüvvələr barədə forumulu əsas götürməlidir”,-İCG belə qənaətə gəlir.

Qeyd edək ki, Qarabağa dair “Lavrov planı”nın mövcudluğu barədə bir neçə ildir danışılırdı. Rusiya tərəfi belə planın mövcudluğunu rəsmən təsdiq etməyib, erməni tərəfi də “Lavrov planı” adlı sənəd görmədiyini dəfələrlə bildirib. Amma Bakıdan belə sənədin olduğunu bir neçə dəfə deyiblər. Həmin sənədin “Madrid prinsipləri”inə əsaslandığı bildirilirdi və indi məlum olur ki, əsas müddəası regionda Rusiya kontingentinin yerləşdirilməsi barədə olub. Və erməni tərəfi bu planı rədd edib...
Belə planının mövcudluğu barədə ötən il Belarus prezidenti Aleksandr Lukaşenko da danışmışdı. Demişdi ki, Yerevanda KTMT sammiti zamanı Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyana Dağlıq Qarabağ ətrafındakı rayonların bəzilərinin qaytarılmasını təklif etmişdi. Sərkisyan isə bununla razılaşmayıb demişdi ki, guya Azərbaycan qoşunları qaytarılan ərazilərdə möhkəmlənib sonradan Xankəndi üzərinə hücuma keçər. Bu zaman Putin ona Rusiya ordusunun hadisələrin bu cür inkişafına imkan verməyəcəyini desə də Sərkisyan yenə razılaşmamışdı.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Paytaxt polisi uşaq evində azyaşlının döyülməsi ilə bağlı açıqlama yaydıMüəllimlərin işə qəbulunda YENİLİKBİZ SİZİNLƏ FƏXR EDİRİK MİLLƏTİMİN VƏKİLİAzay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.Prezident Cənnət Səlimovaya “Şərəf” ordeni verdiPolkovnik idarə rəisi təyin edildi - Vilayət Eyvazovdan daha bir əmr“Azərişıq” işə qəbulla bağlı interaktiv müsahibələrin tətbiqinə start veribBərdə rayonuna yeni prokuror təyin edilib.MSK mətbuat qrupunun tərkibini dəyişdirdiVilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLARCeyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Foto20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıbZakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdiÖlkə başçısının qayğısı ilə inşa edilmiş modul tipli məktəblər laçınlı şagirdlərin istifadəsinə verildi.Rayonlarımız atəşə tutulduDeputatlığa namizədlərin seçkiqabağı təşviqatı başladı - Bu gündən...Bu şəxslərin maaşları 50 faiz artırıldıƏLİLLİK DƏRƏCƏLƏRİ NECƏ MÜƏYYƏN EDİLƏCƏK?Nazir "Bandotdel"ə yeni müavin təyin etdiMəcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi – Güclü ölkələri necə qabaqladı?Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildiRamiz Mehdiyevdən YENİ TƏYİNATLARPensiyaçılara ŞAD XƏBƏR - Yanvar ayının ödənişləri bu gün veriləcəkOqtay Şirəliyev daha bir Baş direktoru işdən çıxardı - Yeni direktor dərhal bəzi həkimlərin ərizəsini alıbMədət Quliyev Baş direktoru vəzifədən çıxardı - Yeni təyinatLaçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLARRusiyada: Analar doğuşdan dərhal sonra 13 min pul alacaqBakı meriyasında yeni TƏYİNATLaçınlı köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu Taxta körpü ərzisində icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib