Dovletxeberleri.Az
» » ATƏT nümayəndələri növbədənkənar seçkilərə görə Bakıya gəldilər

19-12-2019, 18:18ATƏT nümayəndələri növbədənkənar seçkilərə görə Bakıya gəldilər

ATƏT nümayəndələri növbədənkənar seçkilərə görə Bakıya gəldilər
Dekabrın 19-da Milli Məclisdə növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycana səfərə gəlmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) ilə görüşlər keçirilib.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, öncə missiya üzvləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşüblər. Komitənin sədri Əli Hüseynli qonaqlara məlumat verib ki, əksər deputatlar Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edib.

Parlamentin müvafiq qərarının Azərbaycan Konstitusiyasına uyğunluğu Konstitusiya Məhkəməsində yoxlanılıb. Daha sonra ölkə Prezidenti Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli qərarını nəzərə alaraq, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin olunması barədə Sərəncam imzalayıb.

Sonra görüşdə Əli Hüseynli ATƏT DTHİB ilə əməkdaşlıq əlaqələrimizdən söz açıb, bu gün Azərbaycanda professional seçki administrasiyasının mövcud olduğunu deyib. EQM təmsilçilərinin nəzərinə çatdırıb ki, hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir.

DTİHB-nin baş seçki eksperti Aleksey Qromov Bakıya səfərin məramını açıqladıqdan sonra Milli Məclisin komitə sədri Əli Hüseynli və komitənin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçki prosesi və qanunvericiliklə bağlı qonaqları maraqlandıran bütün suallara aydınlıq gətiriblər.

Görüşdə DTİHB-nin seçki eksperti Radivoje Qrujiç, ATƏT PA-nın proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knobjau iştirak ediblər.

Sonra ATƏT DTİHB EQM-in nümayəndə heyəti Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb. Aleksey Qromov görüş üçün yaradılan şəraitə görə minnətdarlıq edib. Siyasi partiyaların seçki prosesində nə kimi çətinliklərlə qarşılaşdığını öyrənmək istədiklərini bildirib.
Öncə YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan hakim partiyanın seçkilərdə iştirakı barədə ətraflı məlumat verib. Ötən seçkilərdə DTHİB ilə əməkdaşlığın faydalı olduğunu deyib. 20 ildən bəri ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin gedişini tənzimləyən hazırkı Seçki Məcəlləsinin yetkin sənəd olduğunu, vaxtilə ATƏT-in səlahiyyətli nümayəndəsinin iştirakı ilə hazırlandığını və zaman keçdikcə bu məcəlləyə lazımi dəyişikliklər edildiyini diqqətə çatdırıb.

Sonra görüşdə iştirak edən digər siyasi partiyaların rəhbərləri təəssüratlarını bölüşüblər. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev çıxış edərək növbədənkənar parlament seçkilərinə qoşulduqlarını bildiriblər. Missiya üzvlərinə seçki platformaları və seçki şüarları, neçə dairədə nə qədər namizəd irəli sürdükləri, seçki prosesində partiyanın maliyyə təminatının qaynaqları, təmsil etdikləri partiyanın parlamentdə neçə seçki mandat qazandığı, təbliğat və təşviqat kampaniyasını necə quracaqları və s. barədə ətraflı məlumat veriblər.

Çıxışlarda vurğulanıb ki, ölkədə çox ciddi islahatlar gedir, siyasi sistemdə də islahat aparılması xalqın xeyrinədir; ölkədəki ictimai-siyasi mühit azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit zəmin yaradıb; Azərbaycan qanunvericiliyi seçkidə bütün vətəndaşlara və siyasi partiyalara bərabərhüquqlu imkanlar verir.

Partiya rəhbərləri missiyanın nəzərinə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarında seçki hüquqları pozulmuş və ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlərin seçkidə iştirak edə bilmələri üçün Azərbaycan hökumətinin gördüyü tədbirləri də çatdırıblar.

Siyasətçilərin çıxışlarında vurğulanıb ki, hazırda Azərbaycanda demokratik və sabit seçki mühiti var. Seçkiyə qoşulmayan bəzi partiyaların irəli sürdükləri iddialar əsassızdır.

Görüş maraqlı diskussiya şəraitində keçib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridirMahir Abbaszadə Laçın rayonu Quşçu kəndindən olan şəhidimiz Qüdrət İbrahimovun ailəsi ilə görüşüb19 yanvar şəhid baş-leytenant Fərid Əhmədovun doğum günüdür.“Minimum pensiya 230 manat ola bilər”Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdirErmənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozubTahir Mirkişili seçicilərə HESABAT verdi - FOTOƏrdoğanla Merkel telefonla danışdı - Liviya məsələsinə görəRövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olduQənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLARÜlvi Quliyev 12 ölkənin 1000-dən artıq idmançısının qatıldığı beynəlxalq turnirdə - FOTOLAR20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir"MİLAN HOSPİTAL"ın mütəxəssi .EMA -Avropa Medikal Assosiasiyanın üzvü Dr.Həkim Vertebroloq Səriyye Hüseynova Onurğa problemləri üzrə mütəxəssisPaytaxt polisi uşaq evində azyaşlının döyülməsi ilə bağlı açıqlama yaydıMüəllimlərin işə qəbulunda YENİLİKBİZ SİZİNLƏ FƏXR EDİRİK MİLLƏTİMİN VƏKİLİAzay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.Prezident Cənnət Səlimovaya “Şərəf” ordeni verdiPolkovnik idarə rəisi təyin edildi - Vilayət Eyvazovdan daha bir əmr“Azərişıq” işə qəbulla bağlı interaktiv müsahibələrin tətbiqinə start veribBərdə rayonuna yeni prokuror təyin edilib.MSK mətbuat qrupunun tərkibini dəyişdirdiVilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLARCeyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Foto20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıbZakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdiÖlkə başçısının qayğısı ilə inşa edilmiş modul tipli məktəblər laçınlı şagirdlərin istifadəsinə verildi.Rayonlarımız atəşə tutulduDeputatlığa namizədlərin seçkiqabağı təşviqatı başladı - Bu gündən...