Dovletxeberleri.Az
» » Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb

21-10-2019, 12:04Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb

Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakıda səfərdə olan Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) Prezidenti Şauna Nunan ilə görüşüb.



Dovletxeberleri.az xəbər verir ki, qonağı Bakıda görməkdən məmnunluğunu ifadə edən Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin fəaliyyətinin, Azərbaycanla, xüsusi ilə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığını yüksək qiymətləndirib. Rektor qeyd edib ki, Neft Mühəndisləri Cəmiyyətinin təşkilatçılığı ilə “Regional Tələbə İnkişafı Sammiti” artıq bir neçə dəfədir ki, Bakı Ali Neft Məktəbində keçirilir. O eyni zamanda, bildirib ki, BANM-də də bir neçə il əvvəl Neft-Qaz Mühəndisləri Cəmiyyəti yaradılıb və hazırda uğurla fəaliyyət göstərir.



Bakı Ali Neft Məktəbinin fəaliyyəti barədə məlumat verən E.Qasımov BANM-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2011-ci ildə SOCAR-ın strukturunda yaradıldığını bildirib. O, Ali Məktəbdə ingilis dilində Böyük Britaniyanın Heriot Vatt Universitetinin proqramlarına uyğun tədris həyata keçirildiyini diqqətə çatdırıb. Rektor eyni zamanda məlumat verib ki, Cenevrə Biznes Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Biznesin İdarəedilməsi (Master of Business Administration) üzrə magistratura pilləsində kadr hazırlığı həyata keçirilir.



Son illər mühəndislik ixtisasları üzrə təhsil alanların sayının artığını vurğulayan rektor onların arasında qızların xüsusi çəkiyə malik olduğunu deyib.



Bütün dünya üzrə Neft Mühəndisləri Cəmiyyətinin üzvlərinin 17 faizinin qadın mühəndislər təşkil etdiyini bildirən xanım Nunan həmçinin qeyd edib ki, SPE-nin 62 il ərzində 5 qadın prezidenti olub.



O həmçinin, Neft Mühəndisləri Cəmiyyətinin regional sammitlərinin Bakıda yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.



“Regional sammitlər bir çox ölkələrdən olan tələbələrin inteqrasiyası ilə yanaşı, onların gələcək karyeralarının inkişafı baxımından da önəmlidir. Müşahidələr göstərir ki, tələbələr beynəlxalq tədbirlərdə iştirak etdikdə onların bilikləri daha zənginləşir və faydalı təcrübələr əldə edirlər ” – deyə SPE prezidenti vurğulayıb.



Sonda Neft Mühəndisləri Cəmiyyətinin regional çempionatlarının Bakıda keçirilməsi qərara alınıb.



Məlumat üçün bildirək ki, qeyri-hökumət təşkilatı olan Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, dünya neft sənayesinin təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərin aparılması, nəticələrin təqdim edilməsi istiqamətində kömək etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini