Dovletxeberleri.Az
» » Putinin Ermənistan səfəri və ya Moskva ilə Yerevan arasında ÜÇ PROBLEM

1-10-2019, 09:49Putinin Ermənistan səfəri və ya Moskva ilə Yerevan arasında ÜÇ PROBLEM

Putinin Ermənistan səfəri və ya Moskva ilə Yerevan arasında ÜÇ PROBLEM
Oktyabrın 1-də Yerevanda Avrasiya Ali İqtisadi Şurasının iclası keçiriləcək.



Xəbər verilir ki, iclasda Ermənistan baş nazir Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sooranbay Jeenbekov qatılacaq.



Paralel olaraq, Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibli iclasında müşahidəçi statusuna malik Moldovanın prezidenti İqor Dodon, İran lideri Həsən Ruhani və Sinqapurun baş naziri Li Syan Lun da dəvət olunmuş qonaq kimi iştirak edəcək.



Yerevanda keçiriləcək iclas ilk növbədə səfəri ətrafında çoxlu müzakirələrin getdiyi Rusiya lideri Vladimir Putinlə bağlıdır. Belə ki, sonuncu dəfə 2016-cı ilin oktybarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti üçün bu ölkəyə gələn Putin, inqilabi proseslər və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra ilk dəfə bu ölkəyə gələcək.
Məhz Nikol Paşinyan hökuməti Putinin vaxtı ilə sıx dostluq etdiyi eks-prezident Robert Koçaryanı həbs etdi. Bu Moskva və Yerevan arasında ciddi böhrana yol açmışdı. Kremlin həbsdə olan Robert Koçaryanı ad günü münasibətilə təbrik etməsi və ona “səbr və dözüm” arzulaması narazılığın açıq müstəviyə keçməsindən xəbər verir.



Putinin Yerevan səfəri zamanı həbs olan Robert Koçaryanı da ziyarət etmək üçün israr etməsi və əgər buna icazə alınmazsa, səfərini ləğv edəcəyi də erməni mediasının son aylarda yazdığı xəbərlər arasında idi. Yalnız səfər gününə 6 gün qalmış Kremlin mətbuat katibi Dmitri Peskov səfərin baş tutacağını anons etmişdi.



İnformasiya axınındakı mənfi çalar Yerevanla Moskva arasında mövcud olan gərginlikdən xəbər verirdi. Putinin səfərinin Avrasiya İttifaqının iclası ilə yelkunlaşması, cəmi bir neçə saatlıq davam etməsi də bu gərginliyin təzahürlərindən biridir. Belə ki, Putinin Yerevan səfəri Avrasiya Ali Şurasının iclası, baş nazir Nikol Paşinyan və İran lideri Həsən Ruhani ilə qısa görüşləri ilə yekunlaşacaq. Faktiki olaraq, bu qısa səfər Putinin Ermənistana rəsmi səfər etmədiyi anlamına gəlir.



Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov da təsdiqləmişdi.

“Anlamaq lazımdır ki, bu Ermənistana rəsmi səfər deyil, Avrasiya İqtisadi Birliyinin sammitində iştirakdır”-deyə senator verib.



Məsələnin başqa tərəfi, Rusiyanın Ermənistana satdığı qazın qiymətini bahalaşdırması ilə bağlı idi. 2019-cu il yanvarın 1-dən Moskva Yerevana satdığı təbii qazın qiymətini 150 dollardan 165 dollara qədər qaldırmışdı. Son verilən xəbərlərdə 2020-ci il yanvarın 1-dən təbii qazın daha 30 % bahalaşacağı ilə bağlıdır. Paşinyan hökuməti bunun baş verəcəyi halda, ölkədə ciddi sosial narazılığın yaranacağını yaxşı anlayır. Və ona görə hər vəchlə Moskva ilə bu məsələdə dil tapmağa çalışır. Ola bilsin ki, qazın qiyməti ilə bağlı məsələ əsas müzakirə mövzularından biri olsun.

“Hələlik danışıqlar gedir və qazın qiyməti ilə bağlı yekun qərarı gözləmək lazımdır” – deyə Rusiyanın maliyyə naziri Anton Siluanov açıqlama verib.



Amma Koçaryan və qazın qiyməti ilə bağlı fikir ayrılıqları Moskva və Yerevan arasında tək problem deyil. Ermənistandan Rusiyaya məhsulların daşındığı və Gürcüstandan keçən yeganə yol – Yuxarı Lars gömrük keçid məntəqəsində yük maşınlarının saatlarla növbə gözləməsi də ciddi problemlərdən biri sayılır. Son 1 həftədə 500-dən artıq yük maşınının bu yolda yığılması ciddi narazılıq doğurub.



Ümumilikdə, Yerevanla Moskva arasında istər iqtisadi, istərsə də siyasi səviyyədə ciddi fikir ayrılıqları var. Putinin qısa Yerevan səfəri isə çətin ki bu zidiyyətləri aradan qaldıra bilsin.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Əli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdiVilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTO