Dovletxeberleri.Az
» » Azay Quliyev ATƏT PA-nın Azərbaycan üçün əhəmiyyətli Qətnaməsini ŞƏRH ETDİ

6-07-2019, 18:26Azay Quliyev ATƏT PA-nın Azərbaycan üçün əhəmiyyətli Qətnaməsini ŞƏRH ETDİ

Azay Quliyev ATƏT PA-nın Azərbaycan üçün əhəmiyyətli Qətnaməsini ŞƏRH ETDİ
Bu gün Lüksemburqda ATƏT PA-nın 28-ci İllik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycan üçün olduqca əhəmiyyətli məqamların əks olunduğu Qətnamə qəbul olunub. Beləki, dünən irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsi dinlənilib. Dondurulmuş münaqişələr məsələsinə toxunan bu məruzədən sonra təklif olunmuş Yekun Qətnamə müzakirəyə çıxarılıb.
Gərgin keçən müzakirələrdən sonra az müddət öncə Qətnamə qəbul edilib.
“İlkin anlaşılan odur ki, Qətnamədə Azərbaycan üçün xüsusi əhəmiyyətli məqamlar əks olunub”.

Dovletxeberleri.az xəbər verir ki, bunu nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse- prezidenti Azay Quliyev Tvitter-dəki paylaşımında qeyd edib.

Həmin tvitdə qeyd olunub: “Bu gün ATƏT PA razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yol verilməz olduğu, heç bir şərt irəli sürmədən münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyini öz qərarı ilə təsdiqlədi”

Məsələyə tam aydınlıq gətirmək üçün sessiyada iştirak edən, millət vəkili Azay Quliyevin özü ilə əlaqə saxladıq. O, Qətnamənin vacibliyi haqda danışdı və aşağıdakı şərhi verdi:
“Qətnamənin 19-cu maddəsində ATƏT PA bir daha “münaqişələrin həlli üçün razılaşdırılmış formatlar çərçivəsində nəticələrin əldə edilməsinə yönələn danışıqların intensivləşdirilməsini təşviq edir və tərəfləri dayanıqlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət şəraitində şərtsiz olaraq xoş məramla danışıqlarda iştirak etməyə çağırır”.
Bu bənd öz növbəsində bir daha Azərbaycanın və münaqişələrdən zərər çəkmiş digər ATƏT ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin onların ərazi bütövlüyü və beynəlxalq hüququn digər bazis tələbləri çərçivəsində həll olunmasının mümkün olmasını təsdiqləyir.
Qeyd olunması vacib olan digər prinsipial məqam isə ondan ibarətdir ki, burada mövcud danışıqlar formatının dəyişməzliyi xüsusi olaraq Assambleya tərəfindən qeyd edilmişdir ki, bu da Ermənistanın hakim dairələrinin mövcud status-kvo vəziyyətini süni şəkildə qorumaq üçün istifadə etdiyi daha bir əsas alətinə - separatçıların danışıqlar masası arxasına gətirilməsi cəhdlərinə olan ümidlərini də heçə endirir.
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alsaq əminliklə deyə bilərik ki, Assambleyanın 28-ci İllik Sessiyasında qəbul olunmuş bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyin göstərilməsinin öz üzərinə götürən ATƏT və onun Parlament Assambleyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə tam olaraq sadiq qalmasının göstəricisidir”.
Sessiya öz işini davam etdirir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ermənilər cəbhədə təxribatlara davam edirABŞ çətin durumda qalacaq“Fitoterapevtlər mətbuatın dostudur” adlı BİRGƏ TƏDBİR KEÇİRİLİB+FOTOLARDövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbirGoranboyun qaz təchizatı yaxşılaşdırılırQəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıbRövşən Rzayev vətəndaşları qəbul edibİyulun 21-Də “Evereat” Klubunda, Milli Mətbuatın Yaranmasının 144- Cü Ildönümü Münasibətilə “ZÜMRÜD PRADUCSİON” Təşkilatçılığı Altında “İRS” MÜKAFATI Adlı Tədbir KeçirildiCeyhun Bayramov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdüMilli Məclisdəki partiyalar yenidən parlamentə düşməyə HAZIRLAŞIRƏflatun Amaşov: ““Reket jurnalistika”ya qarşı pozitiv meyllər müəyyən mənada sıradan çıxdı” - MÜSAHİBƏ“Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Ağdam oğlanlarıBu şəxslər icbari narkoloji müayinədən KEÇİRİLƏCƏKAzərbaycan nefti bahalaşdı26 il işğalda qalan Ağdam...87 dövlət əmlakı hərraca çıxarıldıLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirXOŞBƏXT CÜTLÜKAzərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulurTanınmış jurnalistin oğlu Azərbaycanda ən çox bal topladıErmənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edirİlham Əliyev Çin nümayəndə heyətini qəbul etdi - YENİLƏNİBAzərbaycan xalqı xoşbətdir ki, ona Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik edibƏli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar”Ağcabədi rayonu Səhiyyə işçiləri hər zaman olduğu kimi əhaliyə yüksək səviyyədə xidmət edir.144 yaşlı Azərbaycan mətbuatıTibb təhsili üzrə nə qədər pulsuz yer var? - Ekspertdən şərhAzərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad RəhimovQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİNazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdiErmənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDUMerkelin gəlirləri açıqlandıTələbə köçürülməsi üçün qeydiyyat başa çatdıAvropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTOErməni əsgərin postda meyiti tapılıbMoskvada 12 min insan etiraza qalxdıNazir 261 nəfəri xidmətə qəbul etdiTürkiyə diplomatlarını öldürənlər ələ keçirildiDirektor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədiVilayət Eyvazov sıra baxışı keçirdiZakir Həsənov düşmənə zərbə endirməyi tapşırdıİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİBAğdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış keçiriləcəkPrezident onları mükafatlandırdı – 10 mindən 50 minə qədər...Nazirlər Kabineti vergilərlə bağlı qaydaları təsdiq ETDİİkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR“İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİNElçin Əlibəyli etik prinsipləri pozub - Mətbuat ŞurasıAlı Mustafayevin oğlunun toyudur