Dovletxeberleri.Az
» » Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

31-03-2019, 08:00Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

Ermənistan müdafiə naziri D.Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır.


Dovletxeberleri.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən D.Tonoyanın fikirlərini şərh edərkən bildiriblər.


Qeyd olunub ki, Ermənistan Baş nazirinin Vyanada Azərbaycan dövlət başçısı ilə görüşü nəticəsində münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesində konkret və nəticəyə yönəlik addımların atılması və sülh mühitinin yaradılması ilə bağlı qəbul edilən birgə bəyanatdan dərhal sonra erməni müdafiə nazirinin belə bir çıxışı təhrikçi xarakter daşıyır və münaqişənin sülh yolu ilə həllinə və bu xüsusda Minsk Qrupunun həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxır.


“Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır.

Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil. Azərbaycanın tələbi BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Bütün bu illər ərzində beynəlxalq ictimaiyyətin dəsətəyi ilə aparılan səylərimiz məhz bu məqsədə yönəlib. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsini rəhbər tutaraq öz torpaqlarını bütün digər vasitələrlə erməni işğalından azad etməyə hazırdır və bundan ən yaxşı xəbərdar olan elə məhz Ermənistandır.

Yekunda müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu Nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdirBu gün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbində rayonun işgal olunmasının 27 ci ildönümünə həsr olunmuş tədbir keçirildiDeputat: Bu, Prezidentin gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür