Dovletxeberleri.Az
» » Qarabağın Azərbaycanlı İcması: “Erməni icması ilə dialoqa hazırıq”

4-02-2019, 17:55Qarabağın Azərbaycanlı İcması: “Erməni icması ilə dialoqa hazırıq”

Qarabağın Azərbaycanlı İcması: “Erməni icması ilə dialoqa hazırıq”
Ermənistan-Azərbaycan münaqişəsinin regionumuz üçün törətdiyi ağır nəticələr hamıya məlumdur. İlk olaraq bunu, Ermənistanın həyata keçirdiyi təcavüz və işğal siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlı məcburi köçkünlər, o cümlədən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri daha yaxından hiss edirlər”.


Məlumata görə, bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin bildirib.



Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsilə regionda nəinki hərbi və siyasi təhlükəsizlik və stabillik bərpa olunardı, habelə regionun iqtisadi, humanitar və digər sahələrdə inkişafı istiqamətində daha böyük uğurlar əldə edilə bilər.



“Bu müstəvidə, 2019-cu ilin yanvar ayında Brüsseldə aparılmış “Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmanın təqdimatı diqqətimizi cəlb edib. Sözügedən araşdırma mənzil-qərargahı Berlin şəhərində yerləşən “BE Berlin Economics GmbH“ konsaltinq şirkəti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb.



Araşdırmada vurğulanır ki, münaqişənin tam tənzimlənməsi sərhədlərin açılması, ticarətin yenidən bərpası, əməkdaşlıq potensialı, qaçqınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərin həlli vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Xülasədə qeyd edilir ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli böyük iqtisadi faydalar gətirəcək və bu hər iki ölkənin iqtisadi marağındadır. Münaqişənin həllindən 10 il sonra hər iki ölkə daha yüksək inkişaf yolunda olacaq, eləcə də yaşayış standartları nəzərəçarpacaq dərəcədə təkmilləşəcək. Bu xüsusda, sülhün iqtisadi faydaları Dağlıq-Qarabağ münaqişəsinin daimi həllinin tapılmasının lehinə güclü dəlildir”.



Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması olaraq, biz də bu məntiqə şərik çıxdığımızı və məhz belə yanaşmanı dəstəklədiyimizi bildirmək istərdik. Münaqişənin həlli nəticəsində Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalanmaq imkanları əldə edəcək. Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib.



Regionda sülhün bərqərar olmasının gələcək üçün önəmli olduğuna diqqəti çəkərək, biz münaqişənin həlli prosesində maraqlı tərəf olaraq Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa və təmas qurmağa hazır olduğumuzu və müxtəlif müstəvilərdə, o cümlədən iqtisadi və hümanitar əlaqələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq.



Şübhəsiz ki, bunun üçün münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin öz doğma torpaqlarına – Dağlıq Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin olunmalıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır”
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulurXatirə Fərəcli Dunya tv-nin qonağı olub .VİDEOMaaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQUƏhalinin gəlirləri 6%-dən çox artıb.99 dövlət əmlakı özəlləşmədə - VAXTMilli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedirBüdcədə 800 milyon manatdan çox qalıq YARANDIMehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLARSumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişiDeputat hesabat yığıncağında iştirak etdiPrezident Sumqayıtda yeni zavodu işə saldıErmənistan atəşkəsi 26 dəfə pozduMilli Məclis pensiyalarla bağlı qanuna dəyişiklik edirİlham Əliyev Sumqayıta gedirRüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLARTanınmış təşkilatçı Ramilə Sultan, "BANU" restoranında: Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Agazadənin sıģınacagında yaşayan, uşaqlar üçün möhtəşəm xeyriyyə təbiri təşkil etdi.Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMRBir şəklin tarixçəsi - “Yedi oğul”dan kimlər getdi, kimlər qaldı...Cəbhədə gərginlik davam edir - Müdafiə NazirliyiZakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdüYaşamaq deyilən buysaGəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLARLeyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTOTəqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidirBu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötürCavid Qurbanovun müavini keçmiş nazir müavinin xaricdəki biznesinə yiyələnib - Sənədlər yayıldıCəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldıİlham Əliyev Rusiyada azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEOƏlilliyin müəyyən olunması meyarları dəyişdirilir - Nazir təfərrüatları açıqladıZiyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyadan bunu qızışdıran qüvvələr var”POLİSLƏR MƏKTƏBLİLƏRİN QONAĞI OLDUElmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşübPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAMDaha 318 şəhid vərəsəsinə 11 min manat veriləcəkBaş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar"İnternetdə təhqirlərin qarşısını almaq üçün tənzimləmə yolları tapılmalıdır" - Əli ƏhmədovƏr-arvad bir gecədə intihar etdi - Övladları olmurduBaytarlıq Xidməti xəstəliklərə görə toplandıCəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutulduNazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavabTramp Trükiyəyə yeni səfir təyin etdiAzərbaycan nefti bahalaşdıYüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEOVəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRARYenidən vulkan püskürdü - ŞamaxıdaABŞ-da fövqəladə vəziyyət elan edildiLeyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLARAzərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaqPensiyaların iki aylıq artımla verilməsinə başlanılıb“Əmək pensiyaları haqqında” qanun dəyişir - Detallar