ABŞ Prezidenti Tramp Nikol Paşinyana Ermənistanın Baş naziri təyin olunması ilə bağlı təbrik məktubu ünvanlayıb.
Dovletxeberleri.az TASS-a istinadən bildirir ki, Paşinyanı təbrik edən Tramp məktubunda Qarabağla bağlı da söz açıb: "Birlikdə ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin dərinləşməsində, qlobal təhlükəsizliyin möhkəmləndirilməsində və korrupsiyaya qarşı mübarizədə irəliləyiş əldə edə bilərik. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bu səylərə öz töhfəsini verəcək".