Dovletxeberleri.Az
» » "Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq

12-12-2018, 20:46"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq

"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq
"Ermənistanda xalq Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasından qisas alır".

Bunu "Moskva-Baku” portalına müsahibəsində rusiyalı politoloq Sergey Markov deyib:

"Əvvəlki parlament seçkisində Respublikaçılar Partiyası 50%-dən çox səs toplamışdı, amma indi ona 5%-ə yaxın səs verilib. Belə çıxır ki, respublikaçıların populyarlığı süni şəkildə yaradılıb. O öz populyarlığını itirib, korrupsiyanın azaldılması və həyat səviyyəsinin artırılmasıyla bağlı tələblərə məhəl qoymayaraq, çoxdan xalqdan uzaqlaşıb. Respublikaçılar Partiyası klan korrupsiya sxemi ilə genişlənib. Bütün bunlar xalqda etiraz yaradırdı ki, o da Paşinyanın inqilabı üçün yaxşı bəhanə oldu. Bu gün xalq keçmiş hakimiyyətdən ona verilməyən hər şeyə görə qisas alır. Nikol Paşinyan heç bir reform keçirməyib, amma o, xalqa qisas imkanı verib. O, elitadan sosial qisas ideyası hesabına xalq prosesinə rəhbərlik edə bildi. Paşinyan kütlənin alqışları altında qisas alır. Ermənistanda bu gün demokratiya yox, oxlokratiya hökmranlıq edir”.

Markov Paşinyanın həqiqətən gizli antirusiya hislərinin olduğunu iddia edib:

"O, daha çox amerikalılar və avropalılarla münasibətləri inkişaf etdirmək istərdi. O çalışırdı ki, yaxın müttəfiqləri ilə mübahisələr edərək, iki stulda əyləşsin. Yeri gəlmişkən, Paşinyanı seçkidə qələbəsi münasibəti ilə ilk olaraq AB və ABŞ təbrik etdi”.

Markov Ermənistnın müttəfiqlərinin məhz Paşinyanı qərbyönlü saydıqlarına görə onun böyük səs çoxluğu ilə qələbəsindən narazı olduqlarını bildirib. Onun fikrincə, amerikalılar Paşinyana öz adamları kimi baxırlar və indi Paşinyanın tam onların düşərgəsinə keçəcəyinə ümid edirlər.

O, Paşinyanın dövründə Ermənistanın KTMT-də qalacağını, amma amerikalıların dəstəyi ilə KTMT-ni daxildən dağıtmağa çalışacağını deyib. Ekspert Paşinyanın dönəmində Rusiya-Ermənistan münasibətlərinin pisləşəcəyini söyləyib.

Markov həmçinin Paşinyanın xalqın dəstəyindən yararlanaraq, Kazan formulunu reallaşdıra biləcəyini iddia edib:

"Buna əsasən, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonları qaytaracaq, əvəzində isə deblokadaya nail olacaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək. Digər tərəfdən, Paşinyanın hakimiyyəti dönəmində İrəvanın Qarabağ mövqeyi çox sərtləşib. Xüsusilə, İrəvan tələb edir ki, danışıqlar prosesinə qondarma Dağlıq Qarabağın rəhbərliyi də qoşulsun, yəni Dağlıq Qarabağın erməni icması azərbaycanlılar olmadan təmsil edilsin. Bu yanaşma etnik təmizləmələrin möhkəmlənməsi deməkdir. Təbii ki, bu yanaşma Azərbaycanı təmin etmir.

Bir müddət əvvəl erməni tərəfi Naxçıvana iddialar səsləndirdi. Belə tendensiya Qarabağ problemi ətrafında situasiyanı partlada bilər. Məncə, Ermənistanın Naxçıvanla bağlı bəyanatları "bizim şərtlərimizə razı olmasanız, mövqelərimizi sərtləşdirəcəyik” təhdidi anlamına gəlir”.

O, qondarma Dağlıq Qarabağdakı hakimiyyətin İrəvanın tam nəzarətində olduğunu və Ermənistan hökumətinə qarşı kompromisə gedəcəyini deyib.

Markovun sözlərinə görə, Ermənistan heç bir şərt irəli sürmədən Türkiyə ilə sərhədləri açsa, o zaman bu, İrəvanın siyasətində ciddi dəyişikliklər baş verməsi anlamına gələcək. Ekspert sərhədlərin açılması məsələsinin hələlik sual altında olduğunu deyib/Axar.az.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşübKazanda 20 Yanvar faciəsinin qurbanları yad edilibPaşinyan yenə Moskvaya səfər edəcək“Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında aydın siqnal verir” - DeputatTufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMAAzərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edibDaha 3 vəkil Vəkillər Kollegiyasından xaric edilirDövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi - FƏRMANHesablama Palatası Mədəniyyət Nazirliyinin Ağcabədi Regional İdarəsi üzrə nöqsanlar aşkarlayıbGürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıbHesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladıBağlanan bankların rəhbərləri barəsində araşdırma başladı - SİYAHIManatın sabahkı MƏZƏNNƏSİNazirliyin Fondunda şok faktlar aşkarlandı - 17 milyonluq yoxlamaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni direktor TƏYİNATISəməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildiAŞPA-nın sədri seçildiAzərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıbAzərbaycanın elektrik enerjisi ixracı artıbSovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin ƏhmədovTürkiyə səfiri: “20 Yanvar milli qürur günüdür”“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər” - Naqif Həmzəyev20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.İmişlidə yol qəzası: ölən və yaralananlar varABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...Ermənilər rayonlarımızı atəşə tutdularPrezident və birinci xanım şəhidləri yad etdilərUNEC-də hər bir tələbənin müraciəti araşdırılırEhsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı20 Yanvar şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verildiZimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı"Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" - Donald TrampBakıda stadionun dam örtüyü UÇDU - FOTOSOCAR-da hansı islahatlar aparılıb? - Şirkətdən açıqlamaRamil Usubovdan daha 3 rəislə bağlı əmr: Binəqədinin rəisi təqaüdə göndərildi, iki rəisin isə yeri dəyişdiDTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdiMəcburi köçkün uşaqları üçün seçimlər başa çatıb20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olubLukaşenko Rusiyaya qarşı çıxdı: rubldan istifadənin əleyhinəyəmBu qurumlarda yoxlama aparıldı, materiallar parlamentə göndərildiRövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdiNazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDIMehriban Əliyeva fəxri medalla təltif edildiTəxirə salınan dərs günləri tətildən çıxılacaq? – RƏSMİ AÇIQLAMAPrezident xidməti maşınlarla bağlı fərman verdiBrent nefti 61 dolları keçdiErmənilər kəndlərimizi atəşə tutduYAP Siyasi Şura üzvü: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandıManat və dolların məzənnəsi dəyişdi?