Dovletxeberleri.Az
» » Oqtay Əsədov koreyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdi

9-10-2018, 15:02Oqtay Əsədov koreyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdi

Oqtay Əsədov koreyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdi
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq ilə görüşüb.

Milli Məclisdən verilən məlumata görə, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə nümayəndə heyətimizi salamlayan Koreya parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Cümhuriyyət parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan-Koreya münasibətlərinin 25 illik inkişaf dinamikasını yüksək dəyərləndirən spiker qeyd edib ki, Azərbaycan tarixi İpək yolunun bərpasında və genişlənməsində aparıcı rola malikdir. Ölkələrimiz coğrafi baxımdan uzaq olsalar da, onları oxşar mədəniyyət və dəyərlər birləşdirir.

Təbrikə və səmimi sözlərə görə Koreya Parlamentinin sədri Mun Hi-sanqa təşəkkürünü ifadə edən Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycan və Koreya arasında müştərək komissiyaların fəaliyyəti, birgə biznes forumların təşkili əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün böyük imkanlar yaradır.

Azərbaycanın qeyri-neft sektorundakı inkişaf istiqamətləri barədə məlumat verən Milli Məclisin sədri Oqtay Əsədov vurğulayıb ki, ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi böyük perspektivə malikdir. Azərbaycan və Koreya şirkətləri birgə layihələr həyata keçirirlər. Azərbaycan xarici sərmayələr üçün açıqdır və bunun üçün ölkəmizdə münbit şərait yaradılıb.

Görüşdə, həmçinin Azərbaycan-Koreya əlaqələrinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən Koreya yarımadasındakı mövcud siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Küveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLAR