Dovletxeberleri.Az
» » XİN Paşinyanın Qarabağa səfərini müharibəyə çağırış kimi qiymətləndirir

17-06-2018, 07:43XİN Paşinyanın Qarabağa səfərini müharibəyə çağırış kimi qiymətləndirir

XİN Paşinyanın Qarabağa səfərini müharibəyə çağırış kimi qiymətləndirir
"Yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır"
Xəbər verilir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in suallarını cavablandırıb:

- Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini necə qiymətləndirirsiniz?

- Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfərini müharibəyə çağırış kimi qiymətləndiririk. Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır. Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir. Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır.

Danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

- Ermənistanın qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək və müharibəyə çağırış cəhdlərinin daxili siyasi vəziyyətlə də bağlılığı vardırmı?

- Əlbəttə. Populist və ultra-şovinist millətçi təfəkkürünə malik olan yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır. Yeni Ermənistan hökumətinin təqdim etdiyi utopik və icrası qeyri-mümkün olan proqram bu ölkədə vəziyyətin nə yerdə olduğunu açıq şəkildə göstərir. Amma Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantüra siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib"Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilməlidir" - Məmmədyarovİlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"Azərbaycanda monopoliya əleyhinə yeni tədbirlər görülür - RƏSMİAzərbaycan və İtaliya prezidentləri Sumqayıtda zavod açılışında iştirak ediblərAzərbaycanda satılan əksər qidaların geni modifikasiya olunub: Bu məhsullar insanın DNK-sını dəyişir + ŞOK RƏYLƏRİlham Əliyev Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışda iştirak edib"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahı Bakıya köçürülə bilərİlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıbRezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildiƏflatun Amaşovun Vikipediya səhifəsi yaradıldıQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.Rövşən Rzayev qəzalı binalarda yaşayan köçkünlərlə görüşdüRusiyanın İnformasiya Agentliyi Leyla Əliyevanın kitabı haqqındaAllahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildiAllahşükür Paşazadə Gəncəyə getdiDövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHIEldar Əzizov kollektivə təqdim olunduİtaliya prezidenti Azərbaycana gəlirPutindən NATO mesajı: Moskva mənfi reaksiya verə bilərSəbaildə icra başçısını xanım müavin əvəz edirErmənistan atəşkəsi 103 dəfə pozduBu gün AvroLiqada 3 oyun keçiriləcək“YouTube”da müəllif hüquqlarını pozanları axtaran funksiya açıldıManatın bugünkü MƏZƏNNƏSİMehriban Əliyevadan şad xəbər-Bax bu əla olduAzərbaycan nefti ucuzlaşıbBMT Rusiya və ABŞ liderlərinin görüşünü alqışladıMüasir tarixin ən zəngin adamıMüasir tarixin ən zəngin adamıErmənistanda Ədliyyə Nazirliyinin binası uçdu: 1 ölü. 2 yaralıAzərbaycanda yeni Dövlət Agentliyi yaradıldıBakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı AÇIQLAMADeputat: “Dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti puç oldu”Prezident qəzetlərə maliyyə yardımı ayırdıEldar Əzizov yeni vəzifəyə gətirildi - Bakı Meriyası ona tapşırıldı - DOSYEAğcabədi "MERO" - sunda Babək Mərdanovun "prava" bazarlığı“Qırmızı Xaç” Azərbaycana əsir düşən erməni kəşfiyyatı üçün danışıq aparırErmənistan atəşkəsi 96 dəfə pozduTrampla Putinin görüşünə az qaldı - Bəyanat olmayacaqCüdoçularımız Almaniyada Avropa kubokunu qazandılarManat və dolların bugünkü MƏZƏNNƏSİGüclü yağış qərb bölgəsində fəsadlar yaradıbƏrdoğanda çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ verdiSumqayıt tərəqqi və inkişaf nümunəsidirTürkiyədə 15 iyul qiyamının 2-ci ili tamam olduAzərbaycan banklarında əmanətlərin həcmi artıbBu avtobusların hərəkət istiqaməti dəyişdirildiRiyad Ticarət Mərkəzində YANĞINAzərbaycanlı siyasətçi Putinin yanında vəzifəyə gətirildi