Dovletxeberleri.Az
» » Bakı və Tehran İrəvanın ümidini puça çıxardı – Şərh

30-03-2018, 08:06Bakı və Tehran İrəvanın ümidini puça çıxardı – Şərh

Bakı və Tehran İrəvanın ümidini puça çıxardı – Şərh
Azərbaycan və İranın iqtisadi zəmində bir-birinə yaxınlaşması son dövrün ən müsbət hadisələrindəndir.

Bu sözləri İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq vurğulayıb ki, əvvəlki illərdən fərqli olaraq, tərəflər hazırda mövcud imkanların istifadəsinə daha çox diqqət yetirməyə başlayıblar:

“Azərbaycan və İranın iqtisadi zəmində bir-birinə yaxınlaşması son dövrün ən müsbət hadisələrindəndir. Təbii ki, iki ölkə arasında siyasi dialoqun inkişaf etdirilməsi bu prosesə müsbət təsir edir. İki ölkə arasındakı önəmli layihələr həm ikitərəfli formatda, həm də beynəlxalq arenada öz əhəmiyyətini artırır. Daşımalar, beynəlxalq statusa malik Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri nəinki Azərbaycan və İran üçün, eyni zamanda, digər ölkələr üçün də böyük imtiyazlar vəd edir. Həmçinin, Astara-Rəşt dəmir yolunun inşası yaxın zamanlarda reallaşacaq. Bu isə bütün Avrasiya regionu üçün yeni imkanlar deməkdir. Siyasi dialoqun inkişafı Bakı və Tehrana bu istiqamətdə həmahəng işləməyə, eləcə də bu işə öz təhfələrini verməyə imkan yaradır. Azərbaycanla İran arasındakı münasibətlər müstəqillik illərindən bəri özünün ən böyük intibah dövrünü yaşayır. Bu dövrdə ikitərəfli səviyyədə mal dövriyyəsinin həcminin artması və iki ölkənin beynəlxalq daşımalarda oynadığı mühüm rol çox önəmlidir. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri istifadəyə verildikdən sonra Bakı və Tehran bundan mühüm qazanclar götürəcək”.

Politoloq qeyd edib ki, Qarabağ amilinin tərəflər arasında əlaqələrin inkişafına mane olmaması Ermənistanın bütün mənfur gözləntilərini puça çıxarıb:

“İran və Azərbaycan aralarındakı məsafəni dəf etməyə hazırdır. Ermənistanın vəziyyəti indi bir az da ağırlaşacaq. Çünki işağlçı böyük proseslərdən kənarda qalmaqda davam edir. Bu da prinsip etibarilə çox etibarlı şəkildə İran-Azərbaycan münasibətlərinin inkşafına böyük zəmin yaradır. Bu əməkdaşlığın gələcəyi və müsbət perspektivlər vəd edən tərəfləri var”.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri bu gün başa çatıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vüqar Kərəmovdan möhtəşəm qələbə. VideoCəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasında