Dovletxeberleri.Az
» » “Bizim Planet”də VI Qlobal Bakı Forumunun vacib məqamlarından danışıldı

19-03-2018, 11:52“Bizim Planet”də VI Qlobal Bakı Forumunun vacib məqamlarından danışıldı

“Bizim Planet”də VI Qlobal Bakı Forumunun vacib məqamlarından danışıldı“Bizim planet” ABŞ-ın ikili standartlarını pislədi

Həftənin şənbə günü öz tamaşaçı auditoriyası ilə görüşən “Bizim Planet” verilişində bu dəfə VI Qlobal Bakı Forumu, burada keçirilən iclaslarda dünyamız üçün vacib qlobal problemlərin təhlili, forum çərçivəsində ölkəmizə səfər edən dövlət və hökumət başçıları ilə prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın keçirtdiyi mühüm görüşlər barəsində geniş müzakirələr aparılıb. Veriliş boyu Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünün əhəmiyyətli məqamları, eləcə də Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri diskussiyalarda əks olunub.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov ötən həftə baş tutan VI Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayaraq bildirib ki, ilk dəfə deyil ki, Bakıda belə böyük tədbirlər keçirilir. Son dövrlərdə Bakı şəhəri dünyanın ən böyük forumları, mədəniyyətlər və sivilizasiyalararası, dinlərarası dialoqların keçirildiyi mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bu tədbirlərə hər zaman nüfuzlu şəxslərin qatıldığını qeyd edib. Rufiz Qonaqov İlham Əliyevin forumdakı çıxışının vacib məqamlarına toxunub.
Prezident İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib: “Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biridir. Qonaqlarımız arasında, artıq qeyd etdiyim kimi, 50-dən çox ölkənin nümayəndəsi var. Qonaqların sayı 450-dən çoxdur. Onların sırasında 47 hazırkı və keçmiş dövlət və hökumət başçıları var. Daha sonra tanınmış siyasətçilər, dövlət xadimləri, alimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri var. Əminəm ki, Forumun gedişi zamanı beynəlxalq münasibətlərin gündəliyində olan ən mühüm məsələləri müzakirə edəcəyik. Həmçinin inanıram ki, dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün mühüm tövsiyələr də olacaq".
“Bizim Planet” verilişinə qonaq olan millət vəkili Çingiz Qənizadə, Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləm də öz növbələrində VI Qlobal Bakı Forumunun əvvəlki təbirlərədən seçildiyini, forumda keçirilən iclaslar zamanı təhlil olunan mövzuların vacibliyi, qaldırılan məsələlərin həlli istiqamətində verilən təkliflər və bu problemlərin ümumiləşdirilərək müəyyən siyasi dairələrə çatdırılmasının mühüm əhəmiyyətini vurğulayıblar.
Millət vəkili Çingiz Qənizadə qeyd edib ki, “VI Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə güc analayışı, beynəlxalq münasibətlər zəminində yeni ortaya çıxan güclərdən söhbət getməyə başladı. Burada milli-mənəvi dəyərlərə, tollerantlığa toxunuldu ki, bu da Azərbaycan nümunəsini ortaya qoydu”.
Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləm bildirib ki, “Forumda iştirak edən nüfuzlu qonaqların Azərbaycana gəlişi, Azərbaycan mədəniyyəti, tarixi və inkişafı ilə yaxından tanış olması bir növ Azərbaycanın təbliğinə xidmət edir. Həmçinin foruma qatılan müxtəlif dövlətlərin KİV nümayəndələrinin iştirakı Azərbaycanla bağlı məlumatları, ölkəmizdə gedən siyasi prosseslər, iqtisadi inkişaf, mədəni mühit və s. barəsində informasiyaları dünyaya çatdırır”.
Vurğulanıb ki,VI Qlobal Bakı Forumunda Azərbaycan rəhbərliyi və dövlət rəsmilərinin öz çıxışları zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində qarşılaşdığı çətinliklərlə bağlı iştirakçıları məlumatlandırıblar.
Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov bildirib ki, “Prezident öz çıxışında təhlükəsizlik, Ermənistanın Azərbaycana təcavüzü, 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının işğl edilməsi və dünya birliyinin bu məsələnin həllindəki mövqeyini vurğuladı”. Siyasi elmlər doktoru qeyd edib ki, münaqişənin həll olunmasında təkcə Ermənistan deyil, həm də ikili standartlar dayanır. Nə qədər ki, beynəlxalq hüquq normaları düzgün işləməyəcək kiçik dövlətlər, böyük dövlətlərin təsiri altında qalamğa məcbur olacaqlar.
Məsələ ilə bağlı “Bizim Planetdə” aparılan müzakirələr zamanı qeyd olunub ki, ona görə də dünya və dünyanı idarə edən qüvvələr, beynəlxalq təşkilatlar bu məsələyə yenidən qayıtmalıdırlar.
“Bizim Planet” verilişində Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN rəhbərlərinin ilk dəfə keçirilən dördtərəfli görüşü və burada bir çox sahələrdə əməkdaşlıq üzrə yol xəritəsi imzalanmasının əhəmiyyətililiyi qeyd olunub. Bildirilib ki, sənəddə nəqliyyat, rabitə, energetika, regional məsələlər, iqtisadiyyat, ticarət və gömrüklə bağlı alt layihələri əhatə edən məsələlərin yer alması Azərbaycanın bu sahələrdə inkişafı, eləcə də bu imkanlarını qonşu dövlətlərlə səmərəli və uzunmüddətli qurması onun regionun lider dövləti olması statusunu bir daha təsdiq edir. Vurğulanıb ki, görüşdə Bakı Bəyannaməsi qəbul edilməsi, eləcə də regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadiyyat, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar göstərir ki, Azərbaycan qonşu dövlətlər üçün mühüm siyasi və strateji tərəfdaşdır.
Verilişdə, həmçinin Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına səfərindən də söhbət açılıb. Hadisə ilə bağlı bildirilib ki, Amerikanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində məsuliyyət daşımasına baxmayaraq işğalçı rejimin başçısına belə bir şərait yaratması ikili standartların bariz nümunəsidir. Verilişdə iştirak edən siyasətçilər ABŞ-ın ikili standartlardan çıxış etməsinə qəti şəkildə etiraz edərək vurğulayıblar ki, bu biabırçı məsələ özünü haqq-ədalət keçikçisi adlandıran bu nəhəng dövlətin prinsiplərinə, eləcə də beynəlxalq qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilib ki, Amerika Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar mövqeyinə son qoymalı və bəyan etdiyi prinsiplərinə sadiq qalmalıdır. Əks təqdirdə bu Vaşinqton siyasətinin ədalətsizliyi kimi qiymətləndirilir.

Ağ Yol İnformasiya Agentliyinin mətbuat katibi Aysel Abbasova
“Bizim Planet”də VI Qlobal Bakı Forumunun vacib məqamlarından danışıldı“Bizim Planet”də VI Qlobal Bakı Forumunun vacib məqamlarından danışıldı“Bizim Planet”də VI Qlobal Bakı Forumunun vacib məqamlarından danışıldı“Bizim Planet”də VI Qlobal Bakı Forumunun vacib məqamlarından danışıldı
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək