Dovletxeberleri.Az
» » Erməni səfirin Sumqayıt olayları ilə bağlı fikirlərinə - Cavab

15-03-2018, 07:18Erməni səfirin Sumqayıt olayları ilə bağlı fikirlərinə - Cavab

Erməni səfirin Sumqayıt olayları ilə bağlı fikirlərinə - Cavab
Azərbaycanın Avstriyadakı səfirliyi Ermənistanın bu ölkədəki səfirinin 1988-ci il Sumqayıt hadisələri ilə bağlı APA (Austria Presse Agentur) xəbər agentliyində dərc olunmuş yazısına cavab verib. Səfirliyin təqdim etdiyi materialda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun 1988-ci il Sumqayıt hadisələri ilə bağlı birgə bəyanatına istinadlar da yer alıb.

Dovletxeberleri.az xəbər verir ki, erməni səfirinin saxta tarixi hekayətlər vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın davamlı təcavüzü və Azərbaycan torpaqlarının beşdəbir hissəsini işğal faktından yayındırma cəhdi təəssüf doğurur. Əgər erməni səfiri doğrudan da həqiqətin axtarılmasında maraqlı olsaydı, o zaman 26 erməni və 6 azərbaycanlının ölümü ilə nəticələnən Sumqayıt hadisələrinin təşkili və törədilməsində Edvard Qriqoryanın əsas şəxslərdən biri olması faktının üzərindən sükutla keçməzdi. Sumqayıtda doğulan erməni əsilli bu cinayətkar həmin hadisələr zamanı insanları qətlə yetirib və zorakılıq əməlləri törədib. Amma nədənsə erməni səfir unudub ki, sovet məhkəmə sistemi tərəfindən məhkum edilən Edvard Qriqoryan cəzasını çəkmək üçün Ermənistana təhvil verilsə də, SSRİ süqut etdikdən dərhal sonra azadlığa buraxıldı. Bu və digər faktlar Sumqayıt hadisələrinin erməni ideoloqları və onların xarici havadarları tərəfindən öncədən planlaşdırıldığını və təşkil olunduğunu açıb göstərir. “Krunk“ və digər erməni ekstremist təşkilatlarının iştirakı ilə törədilən bu hadisələrdə məqsəd Azərbaycana qarşı aparılan hərbi təcavüzə haqq qazandırmaq idi.

Açıqlamada bildirilir ki, Sumqayıt hadisələrindən sonra bir sıra cinayətkarlar məhkəmə qarşısına çıxarıldılar. Lakin bunun əksinə olaraq, Ermənistanda yaşayan azərbaycanlılar 1987-1989-cu illərdə öz doğma torpaqlarından deportasiya edilərkən, yüzlərlə azərbaycanlının vəhşicəsinə öldürülməsində günahkar olanlardan heç kim cinayət məsuliyyətinə cəlb edilməyib, eləcə də Azərbaycan əraziləri işğal olunarkən dinc əhaliyə qarşı törədilən cinayətlər, xüsusilə 1992-ci ilin fevral ayında Xocalı sakinlərinə qarşı həyata keçirilən soyqırımında əli olanlar məhkəmə qarşısına çıxarılmayıblar.

Nəhayət, 2010-cu ilin martında Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Sumqayıt iğtişaşlarının əsl səbəbkarlarını müəyyən etmək və onları məhkəmə qarşısına çıxarmaq məqsədilə cinayət işinin icraatı təzələnib və vahid icraatda birləşdirilib.

Səfirliyin açıqlamasında erməni tərəfi obyektiv və konstruktiv yanaşma göstərməyə çağırılıb: “Əgər erməni səfiri də münaqişə ərzində törədilən cinayətlərin iştirakçısı olan cinayətkarların cəzasız qalmasını arzu olunan sülhün və hər iki ölkə arasında barışığın əldə olunması istiqamətində əsas maneə olduğuna dair Azərbaycanın mövqeyini bölüşürsə, o zaman onu öz təxribatçı fəaliyyətinə son qoymağa, bütün ciddi qanun pozuntuları və cinayətlərin araşdırılması, cinayət təqibi və cinayətkarların cəzalandırılmasında iştirak yolu ilə öz cəsarət və siyasi iradəsini nümayiş etdirməyə dəvət edirik”.

Qeyd edək ki, səfirliyin təqdim etdiyi materialda Azərbaycan Xarici İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun 1988-ci il Sumqayıt hadisələri ilə bağlı birgə bəyanatının linki də verilib.
Erməni səfirin Sumqayıt olayları ilə bağlı fikirlərinə - Cavab
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
AYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏTAzərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMAQanun və NəzarətLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdürLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiQarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİDiaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏLBu şəxslər şəhid hesab ediləcək