Dovletxeberleri.Az
» » Avropada miqrantların “qara günləri” başlayıb - kütləvi deportasiya

13-03-2018, 10:55Avropada miqrantların “qara günləri” başlayıb - kütləvi deportasiya

Avropada miqrantların “qara günləri” başlayıb - kütləvi deportasiya
Politoloq: “Miqrantların böyük əksəriyyəti sivilizasiya baxımından tamam fərqli dünyanın adamlarıdır”

Almaniyadan azərbaycanlıların deportasiyası haqqında son zamanlar ard-arda xəbərlər yayılır. Son olaraq yayılan məlumatlarda qeyd olunur ki, Səid Camalov adlı şəxs Almaniyanın Zelb şəhərindən ailəsi ilə birlikdə Azərbaycana deportasiya olunub. Yayılan məlumatlarda onun Azərbaycanda keçmiş polis əməkdaşı olduğu qeyd olunsa da, bu xəbərləri həm şəxsin özü, həm də Daxili İşlər Nazirliyi təkzib edib. Belə ki, Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Səid Camalov adlı şəxs heç vaxt daxili işlər orqanlarında çalışmayıb. Onun adına nə keçmiş, nə də hazırda fəaliyyət göstərən əməkdaşların arasında rast gəlinməyib.

Məsələ burasındadır ki, Almaniya və eləcə də digər Avropa ölkələrində mühacirlərin vəziyyəti əvvəlki illərdən fərqli olaraq, xeyli çətinləşib. Bu minvalla Avropadan gəldikləri ölkələrə geri qaytarılan mühacirlərin sayı günbəgün artmaqdadır. Eyni zamanda mühacirlərin Avropa ölkələrində oturum hüququ almaları da problemə çevrilib. Bəs belə bir təzahürün baş verməsi nələrə gətirib çıxara bilər?

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, əslində burada bir sıra səbəblər var: “Avropa artıq miqrant yükünü götürə bilmir. Həm Avropanın özündə sosial problem var, həm də gedən miqrantların böyük əksəriyyəti sivilizasiya baxımından tamam fərqli dünyanın adamlarıdır. Məsələn, onlar Avropada normal geyimli qadın görən kimi üstünə hücum çəkirlər. Hədsiz çox sayda bu cür məsələlər var. Onlar hesab edir ki, əgər aşağı dəyərlərlə yaşamaq istəyirsənsə, bunun üçün sənin öz ölkən daha yaxşıdır. Dediklərim əsasən Yaxın Şərqdən olan miqrantlara aiddir. Yəni onların Avropada yaratdıqları gərginlik dövlətləri məcbur edir ki, miqrantlara qarşı münasibətlərini dəyişsinlər. Ümumi səbəb Azərbaycandan olan miqrantlara da aiddir. Ancaq azərbaycanlılarla bağlı spesifik cəhət də var. Belə ki, bizim siyasi mühacirlərimiz meydana çıxdı ki, onlarla bağlı məsələ qarışıqdır. Bir zaman tanınmış hüquq müdafiəçilərindən biri mənə zəng etmişdi ki, Avropa dövlətlərinin birindən tələb daxil olub ki, filan adda adam sığınacaq istəyir. Bildirilib ki, guya əvvəl hökumətə yaxın olub, sonra yolları ayrılıb. Yəni hətta bu dərəcəyə qədər məsələnin eybəcərliyindən xəbərdaram. İndi də qurunun oduna yaş da yanır. Yəni indi kimsə Avropaya təhsillə, elmlə, işləməklə bağlı gedibsə, artıq onların da sənədində kiçik bir problem tapan kimi geri qaytarırlar. Konkret olaraq dırnaqarası siyasi mühacirlərə gəlincə isə əslində Avropa qurumlarının ciddi səhvi var. Çünki onlar özləri burada müəyyən bir təbəqə yaratdılar, onları Avropaya daşıdılar, indi isə həmin adamları geri qaytarırlar. Bu adamlar da görürlər ki, artıq onları Avropadan qovurlar, deportasiya olunmaq təhlükələri var, başlayırlar hakimiyyətin, ölkə rəhbərinin ünvanına olmazın sözlər, təhqirlər etməyə. Eyni zamanda artıq onlar buradakı qohumlarına da tapşırıq verirlər ki, qanunsuzluq etsinlər, tutulsunlar, bunun hesabına onlar Avropada qala bilsinlər. Yəni artıq vəziyyət bu qədər eybəcərləşib”.
Avropada miqrantların “qara günləri” başlayıb - kütləvi deportasiya
Politoloq bildirib ki, mühacirlərin qohumları da vəziyyəti dərk etməlidirlər:

“Nə qədər ağır olsa da, onlar bu addımı atıb, Azərbaycana gəlməlidirlər. Əgər bu mühacirlər Azərbaycan xalqını, hakimiyyətini təhqirə davam edəcəklərsə, o zaman Avropa dövlətləri Azərbaycanın tələbi ilə həmin şəxsləri əli-qolu bağlı şəkildə dövlətimizə verəcəklər. Azərbaycanlı mühacirləri Avropaya göndərən diplomatlar da artıq dəyişiblər. İndi onlar Azərbaycana tamam ayrı formada yanaşırlar. O da nəzərə alınmalıdır ki, Azərbaycan daxilində kifayət qədər müxalifət nümayəndəsi var. Onlar hökumətdən qorxmayıb, öz sözlərini deyirlər. Ancaq sözlərinin yerini bilirlər. Niyə Avropa ölkənin daxilində qalan və açıq şəkildə mübarizə aparan müxalifəti dəstəkləmir, ancaq aidiyyəti olmayan adamları qəbul edir. Bu, Azərbaycanda demokratik proseslərə zərbədir. Çünki burada istər-istəməz demokratiyanın, müxalifətin də saxtası və düzü var. Ona görə Avropa məsələyə əncam çəkməlidir. Yaxşı hal odur ki, saxtakarlıqla buradan Avropaya gedən mühacirlər günahlarını etiraf edib, Azərbaycan xalqından üzr istəyib, öz ölkələrinə geri dönsünlər”.

M.Əhmədoğlu bildirib ki, proses həm də bir növ sağlamlaşdırıcı təsirə malikdir:

“Belə bir şərait yaranmışdı ki, hökumətin əleyhinə bir kəlmə söyüş söyənlər qaçırdılar Avropaya, oturum almaq istəyirdilər. Avropanın qanunlarının, kriteriyalarının möhkəmləndirilməsi Azərbaycan kimi dövlətlərin vətəndaşlarının xeyrinədir. Çünki bundan sonra layiq olan gedəcək. Doğrudan da elə müxalifətçi ola bilər ki, onu incidərlər. Avropanın bu cür müxalifətçiyə yer verməsi qanunidir. Ancaq bu adam müxalifətçi olsa da, tərbiyəyə, savada malik olmalıdır. Daha gedən kimi hamının ünvanına söyüş söyməməlidir. Görünən budur ki, ortada müəyyən bir ağrılı dövr olacaq. Bu dövr qurtarandan sonra Avropanın Azərbaycan kimi dövlətlərdən miqrant axınına ehtiyacı yaranacaq. Yəni əslində Yaxın Şərqdən olan miqrantların da hamısını Avropa uzaqlaşdıra bilməyəcək. Nəhayət ki, Yaxın Şərqdən və digər ərəb ölkələrindən gedən miqrantları idarə etmək üçün mülayim, ümumi səviyyəsi yüksək olan müsəlman xalqlarının təmsilçilərinə üstünlük veriləcək. Bu sahədə isə bəllidir ki, Türkiyə ilə Azərbaycanın xüsusi yeri var. Ona görə ortadakı bu dövrün ağrısını yaşamalıyıq. Bu mərhələdən sonra Avropanın xalqımıza olan münasibəti yenə də yüksək səviyyədə olacaq. Ən azı ona görə ki, elə adamlar Avropaya gedib, xalqımız haqqında ağzına gələni danışmayacaqlar”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vüqar Kərəmovdan möhtəşəm qələbə. VideoCəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasında