Dovletxeberleri.Az
» » İranın Qarabağda bank oyunu: ABŞ İrəvanı cəzalandıracaq

13-03-2018, 08:36İranın Qarabağda bank oyunu: ABŞ İrəvanı cəzalandıracaq

İranın Qarabağda bank oyunu: ABŞ İrəvanı cəzalandıracaq
Uzun müddət beynəlxalq maliyyə sistemlərindən kənarda qalması, sanksiyalar altında yaşaması İranı bir çox xarici ölkələrdəki banklar vasitəsilə maliyyə əməliyyatları apararaq dünya maliyyə sisteminə qoşulmağa sövq edir.

Bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Den Bartonun açıqlamasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı bildirib ki, Qarabağdakı separatçı rejimin beynəlxalq SWİFT sisteminə qoşulması mümkün deyil:

“Yəni Dağlıq Qarabağda yerləşən işğalçı rejimin bankları ancaq Ermənistan üzərindən əməliyyatlar həyata keçirirlər. Bu isə Qarabağ bankları vasitəsilə əməliyyatlara başlamaqla, sonradan əməliyyatların kim tərəfindən aparılmasıyla bağlı izin itirilməsinə xidmət edir. Söhbət əməliyyatların aparılmasında əsas ilkin mənbə olan Ermənistan banklarından gedir. Uzun müddət beynəlxalq maliyyə sistemlərindən kənarda qalması, sanksiyalar altında yaşaması İranı bir çox xarici ölkələrdəki banklar vasitəsilə maliyyə əməliyyatları apararaq dünya maliyyə sisteminə qoşulmağa sövq edir. Beləliklə, İrana tətbiq edilən embarqoları yararaq bu ölkə ilə qanunsuz əməliyyatların aparılmasında bir çox ölkələrin, o cümlədən Ermənistanın da adı hallanır”.

Ekspert İranın Ermənistandakı rus bank filialları vasitəsilə də qanunsuz əməliyyatlar aparmasını istisna etməyib:

“Ermənistanda Rusiya bankları çox güclüdür. Rusiyanın bir neçə bankının birbaşa Ermənistan bazarında fəaliyyət göstərdiyini bilirik. İranın Rusiyanın Ermənistandakı bank filialları vasitəsilə hər hansı əməliyyatlar aparmasına dair faktlar üzə çıxarsa, İrəvan və Moskva pis vəziyyətdə qalacaq. Gələcəkdə ABŞ-la İran arasındakı maliyyə sektorlarına və İranın müxtəlif ərazilərdə qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirməsinə qarşı sanksiyalar sərtləşərsə, bir çox ölkələrdə, o cümlədən Ermənistanda bu sahəyə nəzarət daha da güclənəcək. Nəticədə İranın Ermənistan bankları, yaxud da Ermənistandakı rus bankları vasitəsilə müxtəlif əməliyyatlar apardığı üzə çıxacaq, belə olan halda isə nəinki Ermənistan, eyni zamanda, Ermənistandakı rus banklarına qarşı da müəyyən maliyyə sanksiyaları tətbiq ediləcək”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Den Barton İranın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda fəaliyyət göstərən erməni banklarına sərbəst çıxışa sahib oldğunu iddia edib. Onun sözlərinə görə, İran bu banklardan nüvə və raket proqramlarını, hətta Yaxın Şərqdəki terrorçu qrupları maliyyələşdirmək üçün istifadə edə bilər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev bu şəxsləri təltif etdi — SİYAHI"Azərenerji"də yeni təyinatlar olubAzərbaycan əsgəri şəhid oldu.VİDEOLARBİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTOAĞCABƏDİ PEDAQOJİ KOLLECİNDƏ "18 OKTYABR MÜSTƏQİLLİK GÜNÜ" ilə bağlı keçirilən tədbirdən foto görüntülərBaş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDIGüləş üzrə dünya çempionatı başlayır — İdmançılarımızın ilk rəqibləriBadamdardakı sürüşmə zonasında yeni uçqunlarİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTONazirlər Kabinetindən benzinlə bağlı YENİ QƏRARPrezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirikNovruz Məmmədov nazirləri iclasa çağırdı, göstərişlər verdi - FOTOLARSəhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlandı - Hesablama Palatasından yoxlamaNazirlik Prezidentin tapşırığı ilə bağlı səfərbər olunub - Kollegiya iclası keçirildiLaçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bərdə şəhərində keçirilmişdir.Ermənistanda yeni baş nazir nə vaxt seçiləcək?Bələdiyyələrin qəbiristanlıqlar salması ilə bağlı vəzifələri müəyyənləşdirilibGələn ilin pensiya və müavinətləri üçün büdcə artırıldı - RƏQƏMLƏRTürkiyədəki diaspor təşkilatlarının rəhbərləri Dövlət Komitəsində görüş keçiribİlham Əliyev Türkiyəyə getdi"İlin sonuna kimi şəhid ailələrinin 50 faizinə yaxınına ödəniş ediləcək" - NazirCeyhun Bayramov əmr imzaladı, direktorlarla bağlı yeni komissiyalar yaradıldıİcra başçısı baş məsləhətçini işdən çıxardıTürkiyədə zəlzələ olduŞəxsiyyət vəsiqəsi ilə bağlı hansı dəyişikliklər olacaq? - Prezidentdən hökumətə tapşırıqMehriban Əliyeva senat sədri ilə görüşdə: "Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır"MN, DİN, FHN, XDMX, DTX və HXÇDX-nin səlahiyyətləri genişləndi - FərmanLaçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdirDeputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işi... - Bacı-qardaşlar yenidən dindiriləcəkBaş nazirdən sərt qərar - İki şöbə müdiri işdən çıxarıldı, dövlət qulluqlarına xitam verildi“Televiziya və radio yayımı haqqında” Qanun dəyişir“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİÇavuşoğlu Pompeoya "Sanksiyalar axmaq hərəkət idi" dedi, "Tezliklə qərar verəcəyik" cavabını aldıErmənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdıPutin Türkiyəyə səfər edəcəkBadamdarda vəziyyət daha da təhlükəli həddə çatdı"Təhminə və Zaur"un rejissorundan yazıçı Anara cavab — Hətta qonorar tələbi olarsa...İrəvanda nə baş verir: Moskva Sərkisyanı niyə satdı? – MüsahibəJurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdiTbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildiBakının əsas avtomagistrallarında sürət həddi endirildiSON DƏQİQƏ: Paşinyan İSTEFA VERDİ (YENİLƏNDİ)DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıbNazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVABPrezident İlham Əliyev sərəncam verdi - Yeni təyinatXanlar Vəliyevin oğlu fəxri konsul təyin olundu - SərəncamPrezident Yaqub Eyyubovun oğlunu geri çağırdı - Yeni təyinatlar olduQəbiristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək - Qanun qəbul olunduErmənistanda 3 yeni qubernator təyin olunduAğcabədi rayon Təhsil şöbəsi haqqda yazılan şər, böhtanın heç bir əsası yoxdur.