Dovletxeberleri.Az
» » Sərkisyan Putini inandırmaq üçün Moskvaya getdi

2-11-2017, 08:15Sərkisyan Putini inandırmaq üçün Moskvaya getdi

Sərkisyan Putini inandırmaq üçün Moskvaya getdi
Avropa İttifaqının bir çox sənədlərində Dağlıq Qarabağ “mübahisəli torpaq” kimi verilir. Öncə bu məsələyə aydınlıq gətirmək lazımdır.

Bu sözləri politoloq İlqar Vəlizadə noyabrın 24-də Brüsseldə Avropa Birliyinin (AB) növbəti “Şərq tərəfdaşlığı” sammitində qəbul olunacaq sənədlərin Azərbaycan üçün nəticələrinə münasibət bildirərkən deyib. O bildirib ki, sammit ərəfəsində Ermənistan Prezidenti Serj Sərkisyanın Moskvaya səfəri təsadüfi deyil:

“Bu səfərin yeganə məqsədi Avropa ilə Ermənistan arasında imzalanması planlaşdırılan sənədin Rusiyanın regiondakı maraqlarına xələl gətirməyəcəyinə Kremli inandırmaqdır. Hətta Sərkisyan müntəzəm olaraq, Avropa ilə əməkdaşlıq sənədinin yenilikləri ilə bağlı məlumatları şəxsən özü Rusiya Prezidenti Vladimir Putinə ötürmək üçün belə səfər edib. O, bir daha əmin etməyə çalışacaq ki, həmin sənəddə Rusiya əleyhinə heç bir bəndə yer verilməyəcək”.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi Kataloniya presedentini əsas tutaraq, bütün münaqişələrə eyni yanaşmanın olmasını tələb edə bilər:

“Ancaq çox təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı ikili standartlar hökm sürür. Başqa regionlarda baş verən separatçı proseslər Avropa və başqa ölkələr tərəfindən kəskin şəkildə tənqid olunur. Ancaq həmin dövlətlər Dağlıq Qarabağ probleminin həlli məsələsində gözləmə mövqeyində durmağa üstünlük verirlər. Bu vəziyyət uzun illərdir davam edir və Azərbaycana qarşı bu mövqe Dağlıq Qarabağ probleminin tənzimlənməsinə ciddi şəkildə maneələr törədir. Digər məsələ isə beynəlxalq sənədlərdə Qarabağın mübahisəli torpaq kimi verilməsidir. Burada heç bir mübahisəli ərazidən söhbət gedə bilməz. Çünki Qarabağ Azərbaycanın əzəli torpağıdır. Həmin dövlətlər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələr də, digər tərəfdən öz işçi sənədlərində bunu təkzib edən fikirlərlə çıxış edirlər. Bu yanaşma nə qədər davam edəcəksə, o qədər də Dağlıq Qarabağ mübahisəsinin tənzimlənməsi ləngiyəcək”.

Qeyd edək ki, Azərbaycasn Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı noyabr ayının 24-də Brüsseldə Şərq Tərəfdaşlığının beşinci sammitində iştirak edəcəyini bildirib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilibİki “Aprel şəhidi”nin ailəsinə mənzil verildiFikrət Məmmədov İstintaq idarəsinə yeni rəis təyin etdi - ƏMR