Dovletxeberleri.Az
» » "Ən real variant 5 rayonun Azərbaycana geri qaytarılmasıdır" - Rusiyalı politoloqdan Qarabağ açıqlaması

18-07-2017, 17:01"Ən real variant 5 rayonun Azərbaycana geri qaytarılmasıdır" - Rusiyalı politoloqdan Qarabağ açıqlaması

"Ən real variant 5 rayonun Azərbaycana geri qaytarılmasıdır" - Rusiyalı politoloqdan Qarabağ açıqlaması"Postsovet məkanında ərazi bütövlüyünü qorumaq istəyənlər Rusiya ilə strateji əlaqələrini balanslaşdırılmış şəkildə qurmalıdır".

Dovletxeberleri.az xəbər verir ki, bunu yenicag-a açıqlamasında rusiyalı ictimai xadim, filosof, politoloq, sosioloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, Rusiya və Türkiyənin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək:

"Düşünürəm ki, bu, Azərbaycan üçün çox əlverişli kontekstdir. Xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevin son zamanlar apardığı uğurlu siyasət üçün çox əlverişlidir. O, atası Heydər Əliyevin siyasi mirasına çox diqqətlə yanaşıb. Yeni müstəqil dövlət yaratmaq, ölkənin suverenliyini möhkəmləndirmək üçün Rusiya ilə balanslaşdırılmış əlaqələr qurmaq lazımdır. Bu mənada, İlham Əliyev Rusiya və Türkiyənin yaxınlaşmasından öz ölkəsinin xeyrinə istifadə etmək üçün mümkün olan hər şeyi edib. Onun əvvəlcədən atdığı bir sıra addımlar hazırda müsbət nəticələrini verir".
Politoloq qeyd edib ki, əgər bu yaxınlaşma rəsmi Moskva ilə Bakı arasındakı münasibətlərin yaxşı olmadığı bir zamanda baş versəydi, tamamilə başqa effekt alınardı. Lakin indiki şəraitdə Azərbaycanın potensialı daha da möhkəmlənir. Azərbaycan GUAM-ın yox, Avrasiyanın tərəfində yer alır. Müvafiq olaraq, Azərbaycan Avrasiya kontekstində regionda mövqeyini möhkəmləndirməyə hazırdır. Təbii ki, bu, Dağlıq Qarabağın taleyinə müsbət təsir göstərəcək.

Duqinin sözlərinə görə, Rusiya ilə Azərbaycanın münasibətləri Gürcüstanla Rusiya arasındakı münasibətlər qədər çətin olmasa da, həmişə belə alınırdı ki, Rusiya Ermənistanın, Azərbaycan isə Avropanın yanında olurdu.

"Mən bu halın müsbət, ya da mənfi olduğunu demirəm. Lakin kənardan hər şey belə görünürdü. İ. Əliyev hələ Rusiya ilə Türkiyənin yaxınlaşmasına qədər bu modeli qıranda vəziyyət daha da çətinləşdi. Hazırda Rusiya yaxşı başa düşür ki, Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün məsuliyyət daşıyır. Həmçinin Azərbaycan, Ermənistan və bizimlə dost olan bütün ölkələrin ərazi bütövlüyü üçün zəmanət rolunda çıxış edir. Rusiya bu və ya digər formada Dağlıq Qarabağ münaqişəsini həll etməlidir. Çünki əgər əvvəllər status-kvo rəsmi Moskva üçün ən uyğun variant idisə, bu gün status-kvo Kremli qane etmir. Birinci növbədə isə rəsmi Bakı status-kvonun saxlanılmasının əleyhinədir. Ona görə də mən düşünürəm ki, Qarabağ münaqişəsinin həllində tərpəniş olması qaçınılmazdır və hesab edirəm ki, bu, bütün tərəflərin maraqlarına uyğun olacaq".

Münaqişənin sülh yolu ilə həll edilməsini istəyən politoloq hesab edir ki, bu istiqamətdə ən real variant Dağlıq Qarabağın tərkibinə daxil olan 5 rayonun Azərbaycana geri qaytarılmasıdır.

Duqin həmçinin qeyd edib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün zəmanətçisidir, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir və bu, Rusiyanın siyasi mövqeyidir.

Aleksandr Duqin erməni tərəfinin dinc əhaliyə atəş açması nəticəsində öldürülən 2 yaşlı Zəhra və onun nənəsi ilə bağlı başsağlığı verib:

"Mən həm öz adımdan, həm də Rusiya xalqı adından başsağlığı verirəm. Uşağın hansı milliyyətdən olması heç bir əhəmiyyət daşımır. Əslində, onlar hamısı bizim uşaqlarımızdır və hər biri bizə çox yaxındır. Xüsusilə də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin zəmanətçisi olan biz ruslar üçün bu, çox böyük zərbədir. Dövlət suverenliyini möhkəmləndirmək üçün Azərbaycana cəsarət, ağıl, səbr və əzmkarlıq arzulayıram".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini