Dovletxeberleri.Az
» » Müstəqillik təkcə dövlət atributu ilə ölçülmür – Prezident

31-05-2017, 15:28Müstəqillik təkcə dövlət atributu ilə ölçülmür – Prezident

Müstəqillik təkcə dövlət atributu ilə ölçülmür – Prezident

Aydındır ki, iqtisadiyyatı olmayan ölkə heç vaxt real müstəqilliyə nail ola bilməz. Bax, bu gün bizim müstəqilliyimiz təkcə dövlət atributları ilə ölçülmür. Bizim müstəqil xarici siyasətimiz var, müstəqil daxili siyasətimiz var. Bizim güclü iqtisadiyyatımız var, maliyyə resurslarımız var. Biz öz hesabımıza yaşayırıq və buna görə də müstəqil ölkə kimi səsimizi bütün tribunalardan ucalda bilirik, mövqeyimizi müdafiə edə bilirik.

Dovletxeberleri.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 31-də Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib. Prezident bildirib ki, 90-cı illərdə Azərbaycan müəyyən dərəcədə asılı vəziyyətdə idi, pulumuz yox idi, xəzinə boş idi, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü:

“Odur ki, Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması bir daha gözümüzün önündə canlanır. Çünki o vaxt “Əsrin kontraktı”nın imzalanması ilə vəziyyət tamamilə dəyişildi və Azərbaycan böyük həcmdə xarici sərmayəni cəlb edə bildi.

1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir. Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün Cənub Qaz Dəhlizi icra edilə bilməzdi. Əgər nəqliyyat layihələri icra olunmasa idi, - bu gün Bakı-Tiflis-Qars nəqliyyat dəhlizi reallaşır, - heç kim heç vaxt bu layihəyə vəsait qoymazdı. Özü də nəzərə alsaq ki, Azərbaycan bu layihəyə 1 milyarda yaxın vəsait qoyub. Bizim pulumuz olmasaydı, əlbəttə ki, heç kim bu layihəyə vəsait qoymazdı. Ona görə “Əsrin kontraktı”nın Azərbaycan dövlətinin inkişafında müstəsna yeri var. Bu kontraktın uğurla icra edilməsi imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək. Bugünkü Azərbaycan, bölgələrimiz, çiçəklənən şəhərlərimiz və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı, bax, gördüyümüz işlərin bariz nümunəsidir. Görülən işlər göz qabağındadır. Bütün bu işləri biz düşünülmüş siyasət nəticəsində görmüşük və əlbəttə ki, iqtisadi potensialımızı gücləndirərək ölkəmizi böyük dərəcədə qabağa apara bilmişik”.

Prezident qeyd edib ki, “Əsrin kontraktı”nın icrası da uğurlu istiqamətdə aparılır: “Bu gün biz “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının gələcək fəaliyyəti haqqında düşünürük və ümid edirəm ki, yaxın gələcəkdə bu layihənin uzadılması haqqında xarici investorlarla razılığa gələcəyik. Çünki “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var, hələ hasil edilməmiş neft kifayət qədər çoxdur. Ona görə uzunmüddətli dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün biz indi xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə