Dovletxeberleri.Az
» » “ATƏT-in Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır” - Azay Quliyev

6-05-2017, 09:20“ATƏT-in Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır” - Azay Quliyev

“ATƏT-in Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır” - Azay Quliyev
“ATƏT-in Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır”. Dövlətxəbərləri.az Modern.az-a istinadən xəbər verir ki, bunu “Trend”ə açıqlamasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bildirib.
A.Quliyev qeyd edib ki, ATƏT-in Yerevan ofisi onun üçün müəyyən edilmiş mandatdan kənara çıxaraq Azərbaycanın işğal olunmuş ərazilərində “mina təmizləmə” prosesinə Ermənistan tərəfindən cəlb olunub və bu işə xeyli miqdarda vəsait xərclənib: “Bu isə iki mühim prinsipin və razılaşmanın kobud şəkildə pozulmasına gətirib çıxarıb. Birinci, ümumi razılaşmaya görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk qrupu məşğul olduğu üçün ATƏT-in Bakı və Yerevan ofisləri bu məsələlərə cəlb olunmamalı idi. Lakin bu razılaşma Ermənistan tərəfindən pozuldu və qeyd etdiyim kimi Yerevan ofisi işğal olunmuş ərazilərdə mina təmizləmə əməliyyatına qoşuldu. İkinci, Yerevan ofisi cografi prinsipi pozaraq bu fəaliyyəti Ermənistanın sərhədlərindən kənarda, yəni Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdi. Bu isə beynəlxalq hüquq normalarını, xüsusilə ATƏT-in qəbul etdiyi ümumi prinsip və dəyərləri kobud şəkildə pozdu".
Onun sözlərinə görə, Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, Yerevan ofisi bu qanunsuz fəaliyyəti davam etdirirdi: "Təsəvvür edin ki, Azərbaycanın da ödədiyi vəsait hesabına fəaliyyət göstərən ATƏT-in Yerevan ofisi bu addımı ilə Ermənistanın işğalçılıq mövqelərinin möhkəmləndirilməsinə yardım etmiş olurdu. Buna isə dözmək mümkün deyildi".

A.Quliyev əlavə edib ki, Azərbaycan bu barədə öz narahatlığını daim ifadə etmiş və bu ilin əvvəllərində ATƏT-ə sədrlik edən Avstriyadan Yerevan ofisinin mandatına aydınlıq gətirilməsini və qeyd olunan pozuntuların aradan qaldırılmasını xahiş etmişdi:
"Lakin Ermənistanın ATƏT-in Yerevan ofisinin mandatının dəqiqləşdirilməsi ilə əlaqdər Avstriyanın irəli sürdüyü təklifləri və kompromis variantı rədd etməsi səbəbindən mandatın müddətinin uzadılması haqqında konsensus əldə olunmadı. Belə olduğu təqdirdə, ATƏT-ə sədrlik edən Avstriya Yerevan ofisinin bağlanması haqqında qərarı elan etməyə məcbur oldu. Yuxarıda qeyd olunan faktlara əsasən deyə bilərəm ki, ATƏT-in Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır. Fürsətdən istifadə edib Avstriya hökumətinə, şəxsən xarici işlər naziri və ATƏT-in hazırkı sədri, Sebastian Kurtsa nümayiş etdirdiyi prinsipiallığa görə təşəkkür edirəm".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilibİki “Aprel şəhidi”nin ailəsinə mənzil verildiFikrət Məmmədov İstintaq idarəsinə yeni rəis təyin etdi - ƏMRDeputatlar toplanır: daha 8 qanun dəyişəcəkPrezident İlham Əliyev Bağdad Amreyevi qəbul edib - FOTOBu gün Nobel mükafatının laureatları elan olunacaqHəmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar