Главная > Səhiyyə > Dərmanların qeydiyyatı ilə bağlı təkliflər hökumətə təqdim olunub

Dərmanların qeydiyyatı ilə bağlı təkliflər hökumətə təqdim olunub


6-11-2019, 12:54. Разместил: dovletxeberleri.az
Dərmanların qeydiyyatı ilə bağlı təkliflər hökumətə təqdim olunub
"Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələşdirilməsi ilə əlaqədar qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub".

Dovletxeberleri.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişikliklərin aparılması nəzərdə tutulur.

Elsevər Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birgə bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir: "Düşünürəm ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq".

Qeyd edək ki, Baş nazirin müavini Əli Əhmədov ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtlərinin sadələşdirilməsini deyib. O, bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb.
Вернуться назад