Dovletxeberleri.Az
» » Qarabağ əlili çox çətin vəziyyətdə yaşayır

2-03-2017, 10:41Qarabağ əlili çox çətin vəziyyətdə yaşayır

Qarabağ əlili çox çətin vəziyyətdə yaşayır
Vüqar Səfərov: “Ailə vəziyyətim ağırdır, məni get-gələ salırlar”


“İkinci qrup əliləm. Aldığım 110 manatlıq təqaüd nə dərmanlarıma yetir, nə də ailəmi dolandırmağa. Kirayə pulunu ödəyə bilmirəm. Mənə sosial yardım da verilmir. 2 qızımla birgə çox çarəsiz durumdayam. Dərdimi danışmaq üçün müraciət etdiyim dövlət orqanları məni get-gələ salır”. Bu sözləri Kürdəmir rayon Karrar kənd sakini Vüqar Səfərov redaksiyamızda olarkən deyib.


O, çox çətin vəziyyətdə olduğunu, hətta övladını məktəbə belə göndərə bilmədiyini deyir: “2000-ci ildə hərbi xidmətə çağırılmışam. Bakı şəhərində xidmətdə olmuşam. Daha sonra öz istəyimlə xidmətimi döyüş bölgəsində - Beyləqanda davam etdirmişəm. Düşmənlə çox yaxın məsafədə hərbi xidmət keçmişəm. Burada 2001-ci ilin may ayında ayağımdan iki güllə yarası aldım. Bir dəfə dövlət hesabına ayağımdan əməliyyat olundum. Hazırda ayağımda 13 qəlpə var. Əvvəllər mal-qaramız var idi, satıb müalicə alırdım. İndi imkanım yoxdur. Mənə ikinci qrup əlilliyimə görə 115 manat təqaüd ayırıblar. Təqaüdümün artırılması, sosial müavinət ala bilmək üçün Sosial Müdafiə Nazirliyinə müraciət edirəm, ancaq məni get-gələ salırlar. Mənə aid təqaüdü düzgün vermirlər. Az təminatlı ailələrə sosial yardım verilir. Bunun üçün Sosial Müdafiə Nazirliyinə müraciət etdim. Dedilər ki, get, evinin qeydiyyat sənədini gətir. Mənim kənddə bərbad, qəzalı vəziyyətdə bir evim var. Ev iki yerə bölünüb və orada yaşamaq mümkün deyil. 8 il öncə bununla bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinə müraciət etdim. Dedilər ki, büdcədə pul yoxdur, sizin ailə üzvləri çoxdur. Artıq 8 ildir ki, Kürdəmir rayonunda bizim evimizi düzəldəcək qədər büdcədə pul yoxdur. Bu yaxınlarda Kürdəmir Rayon İcra Hakimiyyətinə bir daha müraciət etdim. Dedim, mən iki qız uşağı ilə harada yaşayım, dərdimi kimə deyim?! Hazırda yataq xəstəsi olan anam və ailəmlə birgə Bakıda kirayədə qalıram. Heç evimin pulunu verə bilmirəm. Bu ay bizi evdən çıxaracaqlar. Çox ağır vəziyyətdəyəm.


İmkansızlığa görə qızımı məktəbə belə göndərə bilmirəm. Allahın verdiyi nemətlərdən mənim övladım dada bilmir. Belə yaşamaqdansa,
yaşamamaq yaxşıdı".
Qarabağ əlili çox çətin vəziyyətdə yaşayır

Şikayətçi qəzet vasitəsilə ölkə prezidentə müraciət edərək, onların dərdinə bir əlac tapmasını xahiş etdi.


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirdi ki, VEMTAS tətbiq olunduqdan sonra Vüqar Səfərov tərəfindən ailəsinə ünvanlı dövlət sosial yardımının alınması üçün elektron sistemə heç bir müraciət daxil olmayıb: “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət olunarkən guya çoxsaylı sənəd tələb olunması barədə Kürdəmir rayonu, Karrar kənd sakini Səfərov Vüqar Əhməd oğlunun şikayəti tamamilə əsassızdır və onun artıq 1 ildən çoxdur ki, sosial yardım sisteminin tam avtomatlaşdırıldığından məlumatsız olduğunu göstərir. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, ünvanlı dövlət sosial yardımı sisteminin elektron infrastrukturu qurulub və 2016-cı il fevral ayının 15-dən ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) fəaliyyət göstərir. Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, habelə həmin qərarlar barədə vətəndaşların məlumatlandırılması prosesinin tam avtomatlaşdırılmış şəraitdə, heç bir məmur müdaxiləsi mümkün olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin edir”.


E.Babayev əvvəllər çoxlu sənədlər tələb edildiyini, indi isə bunun olmadığını dedi: “Vətəndaşlar təmsil etdikləri ailələrin sosial yardım almaq hüququna baxılması üçün yalnız bir sənəd - ailəni təmsil etmələri barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə internet bağlantısı olan istənilən nöqtədən nazirliyin ”Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti vasitəsilə “Ərizə-bəyannamə”ni dolduraraq sistemə daxil etməklə kifayətlənirlər".


Günel MANAFLI
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib