Dovletxeberleri.Az
» » Benzininin bahalaşacağı gözlənilir – Dollara görə

31-01-2017, 20:49Benzininin bahalaşacağı gözlənilir – Dollara görə

Benzininin bahalaşacağı gözlənilir – Dollara görə

Dolların məzənnəsinin artması avtomobil yanacağının qiymətinin dəyişməsinə səbəb olacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a SOCAR-dakı mənbələrdən məlumat verilib. “Lakin buraya bütün növ avtomobil yanacağı şamil edilməyəcək. Qiyməti bazar tərəfindən sərbəst təyin olunan benzin markalarının qiymətində bazarın mövqeyindən asılı olaraq artım baş verəcək”, – mənbə bildirib.

Burada xatırladaq ki, beynəlxalq bazar tərəfindən qiyməti sərbəst təyin edilən benzin markaları xaricdən idxal olunan “Premium Euro-95″ və “Super Euro-98” markalı benzin növləridir. Belə ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunan “Euro-5” ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri (Aİ-95 və Aİ-98) dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib, yəni idxal olunan bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.

Azərbaycanda istehsal olunan “Aİ-92″ markalı benzinin və dizel (L-62) yanacağının qiyməti isə Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Tarif Şurası da 2013-cü il dekabrın 3-də “Aİ-92″ markalı benzinin pərakəndə satış qiymətini hər litr üçün 70 qəpik müəyyənləşdirib. Dizel yanacağının 1 litri isə 60 qəpikdən satılır. Bu növ benzinin və dizel yanacağının ölkədə istehsal olunmasına görə adı çəkilən markalar üçün hökumətin qiymət artımına gedəcəyi o qədər də real görünmür.

Elə sonuncu qiymət artımında da ölkədə istehsal olunan məhsulların qiymətində artım olmayıb. Belə ki, bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən “Aİ-95″ premium markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95″ premium markalı benzinin qiyməti 1,05 AZN təşkil edir.

Lakin burada dolların manata məzənnəsinin xüsusi rolu var. Qiymət artımı zamanı da qeyd olunmuşdu ki, “Aİ-95″ premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Yəni “Aİ-95″ markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq. Bu məqamda qeyd edək ki, yanvarın 13-də 1 ABŞ dollarının məzənnəsi 1,7867 manat təşkil edib. Yanvarın 30-da isə 1 ABŞ dollarınının məzənnəsi 1,9165 manatdır. Yəni, dollar bu müddətdə 7,3% bahalaşıb. Əldə etdiyimiz məlumata görə, benzinin qiyməti “PLATTS EUROPEAN MARKETSCAN” 30 yanvar nəşrində “FOB MED (ITALY)” başlığı altında dərc olunmuş “PREM UNL 10 PPM” kotirovkasının orta qiymətinə uyğun olaraq 546,75 dollar təşkil edir. Benzinin Bakıya qədər olan nəqliyyat xərcləri isə 80 dollara yaxındır (bura fraxt, aşırma, daşınma xərci, maliyyə xərci, inspeksiya və sığorta daxildir) və beləliklə, 1 ton premium markalı benzin nəqliyyat xərci ilə birlikdə 624,74 dollara başa gəlir. 1 ton üçün aksiz vergisi 41,74 dollar, ƏDV (18%) 131, 54 dollar, yol vergisi 13,67 dollar və gömrük xərcləri hesablanmaqla bu markalı benzinin bir tonu 812,02 dollara başa gəlir. Bu isə Mərkəzi Bankın bu günki məzənnəsi ilə (1 dollar – 1,9165 manat) 1 556,24 manatdır. Premium markalı benzinin 1 litrinin idxal dəyəri isə 1,188 manat təşkil edir. Yəni hazırki satış qiyməti idxal olunan qiymətdən 0,138 manat ucuzdur. Belə olan təqdirdə xaricdən dollarla idxal olunan, ölkədə isə manatla, dəyərindən ucuz satılan “Premium” benzinin satışını şirkətlər məzənnəyə və bazara uyğun formalaşdırır.

Eyni zamanda yanvar ayında bir neçə ölkədə “Premium” markalı benzinin qiymətində artım baş verib.
Benzininin bahalaşacağı gözlənilir – Dollara görə
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə