Dovletxeberleri.Az
» » Ömürlük məhkumlar Prezidentə təşəkkür etdilər - Əfv sərəncamının icrasından REPORTAJ

17-03-2019, 16:25Ömürlük məhkumlar Prezidentə təşəkkür etdilər - Əfv sərəncamının icrasından REPORTAJ

Ömürlük məhkumlar Prezidentə təşəkkür etdilər - Əfv sərəncamının icrasından REPORTAJ
Ölkə başçısının ötən gün imzaladığı əfv sərəncamı icra olunub.
Prezident İlham Əliyevin mayın 16-da imzaladığı sərəncamının icrasını jurnalistlər də izləyiblər.
Modern.az-ın da əməkdaşı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində, Qobustanda yerləşə qapalı Həbsxanada və Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə müəssisəndə əfv sərəncamının icrasını müşahidə edib.

14 saylı cəzaçəkmə müəssisəsində 12 nəfər, Qobustan Həbsxanasında 5 nəfər (3 ömürlük azadlıqdan məhrum edilən məhkumun cəza müddəti azaldılıb), 5 saylı Cəzaçəkmə müəssisəsində isə 13 nəfər əfv olunub.
Ədliyyə Nazirliyi Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, polkovnik Ağəli Xəlilov əfv sərəncamının icrası barədə danışıb:

"Ölkəmizdə aparılan bütün islahatlat xalqımızın rifahına xidmət edir. Cənab Prezident İlham Əliyev və çox hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara yanaşmasında humanizm prinsipi əsas götürülür. Bildiyiniz kimi, ölkəmizdə amnistiya aktları qəbul olunur, Prezidentimizin əfv sərəncamı olur. Budəfəki Novruz bayramı ərəfəsində, 16 mart 2019-cu il tarixində cənab Prezidentimizin imzaladığı əfv sərəncamı bir çox ailələrin sevincinə səbəb oldu".
Ömürlük məhkumlar Prezidentə təşəkkür etdilər - Əfv sərəncamının icrasından REPORTAJ
Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü Rauf Zeyni əfv sərəncamının icrası mərasimində çıxışı zamanı əfv sərəncamının 431 məhkuma şamil olunduğunu xatırladıb.
"Novruz Bayramı ərəfəsində belə bir sərəncamın verilməsi çox humanist addımdır. Bu sərəncamla əfv olunanların ailəsində ikiqat sevinc yaşandı. 2003-cü ildən bəri 33 əfv sərəncamı imzalanıb. Bununla əlaqədar minlərlə insan məhkumluqdan azad olunub. Bu çox böyük diqqət və qayğıdır. Ölkə prezidenti daim vətəndaşlara qayğı göstərir. Azərbaycan xalqı ölkə Prezidenti İlham əliyevin və birinci-vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirir. Bu gün 431 ailənin sevinci bütün xalqın sevincinə qarışır".

Məhkəmənin 1995-ci il 22 fevral tarixli hökmü ilə məhkum edilmiş və ömürlük azadlıqdan məhrum edilmiş Yadigar Baxşəliyev deyib ki, ömrünün 24 ilini həbsxanada keçirib:
Ömürlük məhkumlar Prezidentə təşəkkür etdilər - Əfv sərəncamının icrasından REPORTAJ
"24 il öncə qətl törədib həbs olunmuşdum. Bir səhv bütün həyatımın məhv olunması iulə nəticələndi. Ömürlük həbs olunmuşdum, heç çıxacağımı düşünmürdüm. Prezidentimizin sərəncamı ilə əfv olundum. Çox sevincliyəm. 11 ay sonra inşallah azadlığa çıxacam".

"Qara kəmər" əməliyyatı nəticəsində həbs edilmiş və ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin keçmiş rəisi, polis polkovniki Kamil Sədrəddinov uzun illər məsul vəzifələrdə çalışdığını deyib. K.Sədrəddinovun ömürlük həbs cəzası 20 ilə endirilib:
Ömürlük məhkumlar Prezidentə təşəkkür etdilər - Əfv sərəncamının icrasından REPORTAJ
"30 ildən artıq xidmət etmişəm. Xidmətlərim dövründə ulu öndərimiz tərəfindən "İgidliyə görə" ordeni ilə təltif olunmuşam. Tabeçiliyimdə olan əməkdaşa nəzarəti lazımı dərəcədə həyata keçirmədiyim üçün bu cəzaya məhkum olunmuşam. Bu cəzanın üzərimdən nisbətən götürülməsində əməyi olan ölkə başçımız İlham Əliyevə, birinci-vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərimi bildirirəm. Daxili işlər naziri Ramil Usubova da təşəkkürümü bildirirəm, bu illər ərzində mənim qayğımı çəkib, mənim necə bir əməkdaş olduğumu, necə tədbirlər keçirdiyimi çox gözəl bilir. Sağ olsunlar ki, bu ağır cəzanın üzərimizdən götürülməsində öz səy və bacarıqlarını əsirgəmədilər.
Sonuncu dəfə Daxili İşlər Nazirliyində Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışmışam. 14 il Baş cinayət axtarışı idarəsində şöbə rəisi olmuşam. Ondan əvvəl Rusiyanın Kemerovo vilayətində 16 il çalışmışam. 1990-cı ildən xidmətimi Azərbaycanda davam etdirirdim. O müddətdən 2005-ci ilə qədər adını çəkmək istəmədiyim (adam oğrusu Hacı Məmmədovu nəzərdə tutur) tabeçiliyimdə olan əməkdaşın törətdiyi xüsusilə ağır cinayətlərə görə 2 polis əməkdaşı, bir general, bir polkovnik məsuliyyətə cəlb olunub. Bu məsuliyyətə cəlb olunmaqda əsas səbəbkar olan şəxslər öz cəzalarına çatıblar".

K.Sədrəddinov adam oğurluğunda, qətllərdə və digər ağır cinayətlərdə təqsirləndirilən Daxili işlər Nazirliyi Baş cinayət axtarış idarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi 25 nəfərdən ibarət dəstənin üzvü kimi məhkum edilmişdi.


Daha bir ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Daşqın Quliyev:

"Çox sevincliyəm. Ömürlük məhkum olunmuşdum, ölkə başçısının sərəncamı ilə əfv sərəncamı ilə cəzam 20 ilə endirilib. Cəzamın 18 ilini çəkmişəm, 2 ili qalıb. Ölkə Prezidentinə və ailəsinə həm öz adımdan, həm də ailəmin adımdan təşəkkür edirəm. Zərərçəkmişin ailəsində də təşəkkür edirəm ki, mənim əfv olunmağım müracət edib".

Övladı əfv olunan Vüsalə Bağırova deyib ki, ölkə prezidenti onların ailəsini bayramda ikiqat sevindirib.
Ömürlük məhkumlar Prezidentə təşəkkür etdilər - Əfv sərəncamının icrasından REPORTAJ
"Bu gün mənim oğlum əfv olundu. Bir ana üçün bundan böyük hədiyyə ola bilməz. Ölkə Prezidentinə və onun ailəsinə təşəkkür edirəm".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdirBu gün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbində rayonun işgal olunmasının 27 ci ildönümünə həsr olunmuş tədbir keçirildiDeputat: Bu, Prezidentin gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür