Dovletxeberleri.Az
» » Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ

23-10-2017, 18:40Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
Azərbaycan Ordusunun 2016-cı ilin uğurlu aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun yenidən qurularaq ikinci həyatına qovuşan Cocuq Mərcanlı kəndi hər bir azərbaycanlının gedib görmək istədiyi doğma Qarabağımızın bir parçasıdır. Hər kəs 24 illik həsrətdən sonra bu Vətən torpağını görməyə, o yerlərin havasını udmağa, suyundan içməyə, torpağına ayaq basmağa can atır.
Prezident İlham Əliyevin Sərəncamı ilə gözəl, abad qəsəbəyə çevrilən bu məkanın yeni həyatını gözləri ilə görmək, uzun yurd həsrətindən sonra doğma torpaqlarına, xarabalıq üzərində yenidən ucalan yurd-yuvalarına dönmüş Cocuq Mərcanlı sakinlərinin sevincinə şərik olmaq üçün bura üz tutan qonaqların ardı-arası kəsilmir. DOVLETXEBERLERİ.AZ xəbər verir ki, Cocuq Mərcanlının növbəti qonağı burada baş verənləri anbaan izləyən, bu informasiyaları həm ölkə vətəndaşlarına, həm də dünyaya çatdıran Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın bir qrup əməkdaşı olub.
Agentliyin jurnalistlərinin günəşli bir payız gününə təsadüf edən Cocuq Mərcanlı səfəri Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarətlə başladı, qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anıldı.
Kollektivin üzvləri sonra şəhid Novruz Aslanov adına tam orta məktəbə gəldilər. Yeni qəsəbədəki yeni müasir məktəb qapılarını müəllim və şagirdlərin üzünə təxminən iki ay əvvəl açıb. İyirmi dörd il sürən fasilədən sonra Cocuq Mərcanlıda ilk dəfə məktəb zəngi səslənib: 16 müəllim və 60 şagird sinif otaqlarına qədəm qoyub. Bazar günü olmasına baxmayaraq, onların bir çoxu AZƏRTAC-ın əməkdaşları ilə görüşə toplaşmışdı. Qonaqlar sinif otaqlarını, fənn kabinetlərini bir-bir gəzib müəllim və şagirdlərlə həmsöhbət oldular. Məktəbə müxtəlif dərs və idman ləvazimatları hədiyyə edildi. Agentliyin Baş direktoru Aslan Aslanov müəllim və şagirdləri doğma yurda qovuşmaları münasibətilə kollektiv adından təbrik etdi, onların sevincini bölüşdü. Bu gözəl təhsil ocağında tədrisin yüksək səviyyədə aparılacağına əminliyini bildirdi, onlara uğurlar arzuladı.
Görüşün ən təsirli məqamlarından biri AZƏRTAC-ın əməkdaşı Dağbəyi İsmayılovun nəvəsi Bakı məktəblisi Nuray İsmayılovanın Cocuq Mərcanlı məktəbinin üçüncü sinif şagirdi Nuray Aslanovaya göndərdiyi məktub və kitab oldu. Cocuq Mərcanlıdakı adaşını və onun məktəbli yoldaşlarını qaranquşlara bənzədən Nuray arzularını dilə gətirərək yazır: “Babamın yurdu Qubadlı da düşmən işğalı altındadır. Çox arzu edirəm ki, bütün torpaqlarımız tezliklə düşməndən təmizlənsin, mən də sənin kimi babamın kəndinə gedim, o gözəl yerləri görüm”.
Erməni təcavüzü, Qarabağ müharibəsi hər iki Nurayın taleyində acı izlər qoyub. Balaca qızların hər ikisinin əmisi – Elgün İsmayılov və Novruz Aslanov düşmənlə döyüşdə şəhid olub. Bu, görüş iştirakçılarını son dərəcə mütəəssir etdi. Yeri gəlmişkən, Cocuq Mərcanlı kənd tam orta məktəbi şəhid Novruz Aslanovun adını daşıyır.
Səfərdən xatirə olaraq AZƏRTAC-ın jurnalistləri məktəbin həyətində Eldar şamları əkdi. Məktəbin direktoru Zamin Həziyev onlarla görüşə gəldiklərinə, mənəvi dəstək olduqlarına görə AZƏRTAC-ın əməkdaşlarına minnətdarlığını bildirdi.
Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidlə tanışlıq da qonaqlarda unudulmaz təəssürat yaratdı. Burada şəhidlərin ruhuna dua oxundu.
Jurnalistlər daha sonra kənddə aparılan quruculuq işlərinin növbəti mərhələsi çərçivəsində tikintisi gedən yeni evlərə və binalara da baxdılar. Bu mərhələdə 100 evin, uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər infrastruktur obyektlərinin tikintisi aparılır.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, kənd icra nümayəndəsi Xanlar Zeynalov, Cocuq Mərcanlını ən çətin anlarda belə tərk etməyən, dövlətimizin başçısının Sərəncamı ilə birinci dərəcəli “Əmək” ordeninə layiq görülən Oqtay Həziyev və qəsəbə sakinləri söhbət zamanı onlara bu şəraiti yaradan, məcburi köçkünlərə daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıq duyğularını dilə gətirdilər, işğal altındakı bütün torpaqlarımızın azad olunacağına inamlarını ifadə etdilər.
Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib