Dovletxeberleri.Az
» » Cocuq-Mərcanlıda bu yaz bir başqa yazdır - REPORTAJ

8-04-2017, 17:23Cocuq-Mərcanlıda bu yaz bir başqa yazdır - REPORTAJ

Cocuq-Mərcanlıda  bu yaz bir başqa yazdır - REPORTAJ

İstilalar və işğalçılıq siyasətinin ərsəyə gətirdiyi savaş tərəqqi sayılmır. Bu baxımdan da işğlaçı dövlət heç vaxt qəhrəmanlıq salnaməsi yarada bilməz.

Qarabağa gedən yol!

Aprelin 5-i Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq-Mərcanlı kəndinə səfər təşkil edildi. Əcnəbi tələbələrin və media nümayəndələrinin iştirakı ilə gerçəkləşən səfər həm də tanıtım xarakteri daşıyırdı. Beləliklə, yolumuz Cocuq-Mərcanlıyadır... O Cocuq Mərcanlıya ki, 24 il idi düşmənin atəşi altında boynubükük qalmışdı. 1994-cü ildə işğaldan azad edilsə də, strateji əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyinin ermənilərdə olması, kəndi ciddi təhlükədə saxlayırdı. Amma ötən ilin aprel ayında cəbhədə baş verən 4 günlük savaş Lətəpədə qələbə qazanmağımızla nəticələndi... Və Cocuq Mərcanlıya təhlükə aradan qalxdı...

24 ildən sonra gələn bahar!

Yol boyu beynimizdə nə xəyallar qurmurduq ki! Kilometrlərcə uzanan yol bizi çox uzaqlara aparırdı. Füzuli rayonunu keçərkən, sevincin bəxş etdiyi həyəcanı bir başqa cür yaşayırdıq. İllərdir ki, Qarabağın hər qarışına, qələbəyə, birliyə, bütövlüyə acıq. O üzdən də, Cocuq-Mərcanlıda qovuşma anını kəlmələrlə ifadə etmək çətindiir. Təbiətin oyanan vaxtı, əsarətdən qurtulan torpaqla qovuşmaq, onu sevə-sevə qoxlamaq bir başqa dünyadır. Təsəvvür edirsiz... Ayaq basdığın torpaq sənə qucağını açıb. Əsarətdən qurtulan yurdun məmnun halına tamaşa etmək bir ayrı zövqdür.
Əsarətdə olan məmləkətin nə yazı olur, nə də Günəşi...
Baz Cocuq-Mərcanlıda bir başqa yazdır. Təbiətin al-əlvan vaxtıdır. Sanki 24 il idi ki, bura bahar gəlmirdi. Sanki Günəş doğmurdu, torpaq isinmirdi. 24 il idi ki, Cocuq-Mərcanlının ruhuna soyuq küləklər, şaxtalı hava hakim kəsilmişdi.
Bir həqiqət var. Ətrafını saran düşmənin yad nəfəsi, heç vaxt bahar ola bilməz. Kəlbəcərdən olan Dilqəm Əsgərov da, Şahbaz Quliyev də 2 ildən çoxdur ki, yaza həsrətdirlər. Onların fəryadını Cocuq-Mərcanlıda daha yaxından eşitmək olur.

Övladsız vətənin, vətənsiz övladın üzü gülməz deyirlər. Di gəl ki, Dilqəm Əsgərovla Şahbaz Quliyev doğma torpaqlarında olsalar da, qolları qandallı əsarət havasından boğulurlar. Bu arada, məmləkət öz insanı ilə xoşbəxtdir. Yetər ki, ayırmasınlar. Yetər ki, köləliklə imtahan edilməsinlər.
Bu yaz Cocuq-Mərcanlıda bir başqa yazdır.
Burdan işğal altında qalan Şuşaya, Laçına, Kəlbəcərə getmək o qədər də uzaq deyil. Amma düşmənin qəsbkar siyasəti yaxın məsafələri çox uzaq edib. Üzü Şuşaya, Laçına, Kəlbəcərə tərəf baxanda səmaların qan ağladığını görməmək mümkün olmur. Oralar da da yaza həsrətdir.
Bu yaz Cocuq-Mərcanlıda bir başqa yazdır.
Cocuq-Mərcanlıda  bu yaz bir başqa yazdır - REPORTAJ
Oğlunun şəhid olduğu torpağa 24 ildən sonra gələn ana

Birinci Qarabağ savaşında Cocuq Mərcanli kəndi düşmənə qarşı əzmlə mübarizə aparıb. Həmin vaxt kəndin azadlığı uğrunda döyüşən oğullarımız olub. Kənd uğrunda ilk şəhid olanlardan biri - Faiq Rzayevin anası da bizimlədir. 24 ildən sonra oğlunun şəhid olduğu torpağa gələn ananın gözlərinə baxmaq olmurdu. Kəndə ayaq basan kimi şəhid Faiq Rzayevin anası Ruxsarə Məmmədova ağlaya-ağlaya oğlunun vuruşduğu, addımladığı torpaqda sanki onun ruhunu axtarırdı. Şəhidin anası deyir ki, oğlu şəhid olmazdan bir həftə əvvəl Cocuq Mərcanlıya gedib.

“Cocuq-Mərcanlıdan 1994-cü ilin mart ayında çıxanam. Novruz bayramı axşamı oğlumun şəhid xəbərini aldım. Düz 24 il idir ki, rahat ola bilmirdim. Amma ötən ilin “Aprel hadisələri” zamanı Lələtəpənin tam azad olunmasını eşidəndən sonra “oğlumun qisası alındı” dedim. Gün o gün olsun ki, bütün torpaqlarımız işğaldan azad olunsun”.
İndi şəhid anasının bir arzusu var. O da oğlunun adının şəhid olduğu kənddə əbədiləşdirilməsidir.

Keçmiş döyüşçülərin döyüş ruhuna heyranam

Müharibənin üzü sərtdir. Həm də çox sərt. Yazılmayan qanunlarla idarə olunur, müharibə. Vətənin istiqlaliyyəti, azadlığı uğrunda canından, qanından keçən saysız-hesabsız oğullarımız var. Birinci Qarabağ savaşında Cocuq Mərcanlının müdafiəsinə qalxan qəhrəman oğulları 24 ildən sonra vuruşduqları torpaqda görürük. Onların üzünə baxdıqca, Birinci Qarabağ savaşının detallarını oxumaq olur. Sağlamlıqlarını vətənin azadlığı uğrunda qurban vermələrinə baxmayaraq, düşmənlə açıq savaşa girmək ruhundadırlar. Onlar hər birimizin uğrunda əllərini-ayaqlarını, gözlərini itiriblər. Lakin 24 il bundan əvvəl burda vuruşan keçmiş döyüşçülərin ruh yüksəkliyinə heyran qalmaya bilmirsən. Gəldiyim qənaət budur. Vətən, bu cür oğulların sayəsində yaşayır.
Cocuq-Mərcanlıda  bu yaz bir başqa yazdır - REPORTAJ
Əcnəbi tələbələrin Cocuq-Mərcanlı ilə tanışlığı

Birinci Qarabağ savaşından sonra Azərbaycan-Ermənistan arasında 1994-cü ilin may ayının 12-də Bişkek protokoluna əsasən, sülh razılığının əldə olunması əslində, müharibə xofunun beyinlərdə ölməməsini nümayiş etdirdi. Mütamadi olaraq, atəşkəsin pozulması halları baş verir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ilin əvvəllərində düşməndən azad edilsə də, Lələtəpə yüksəkliyinin əsarətdə qalması vətəndaşların məskunlaşmasını məhdudlaşdırmışdı. 2016-cı ilin “Aprel hadisələri” zamanı Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi Cocuq-Mərcanlı kəndində yaşayışın bərpa edilməsini mümkün edib. 250 nəfərlik ailənin məskunlaşması üçün Cocuq Mərcanlıda tikinti-quruculuq işləri sürətlə həyata keçirilir. Səfər iştirakçıları Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış oldular. Məlumat verildi ki, 150 şagirdin oxuya biləcəyi məktəbin tikintisinə bu ilin fevral ayında başlanılıb.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq-Mərcanlıya səfər zamanı ötən ilin “Aprel hadisələri” zamanı şəhid olmuş Orxan Həmidovun övladları ilə də görüşmək şansımız oldu. Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 3 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərlə görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, işğal altında olan digər ərazilərin də azad ediləcəyinin uzaqda olmadığını söylədi. Daha sonra məktəbdə təhsil alan şəhid övladlarına kitablar hədiyyə olundu.

Dediyim kimi, səfərdə əcnəbi tələbələr də iştirak edirdi. Yol boyu ərazilərimizlə yaxından tanış olan tələbələrə Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi barədə geniş informasiyalar verildi. Əcnəbi tələbələr kənddə ağacəkmə kampaniyasında da aktiv iştirak etdiər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə