Dovletxeberleri.Az
» » 2018- ci ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

12-07-2018, 15:542018- ci ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

2018- ci ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

Dovletxeberleri.az
12 iyul 2018-ci il tarixdə laçınlı köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında rayon üzrə 2018- ci ilin birinci yarısında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzərək hörmət və ehtiramlarını bildirmişlər. Yığıncaqda ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə dinlənilmişdir. Məruzədə əvvəlki illərdə olduğu kimi 2018-ci ilin birinci yarısında da laçınlı köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda rayon sakinlərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və sosial-rifah halının yüksəldilməsi istiqamətində görülmüş işlər, habelə rayonun sosial-iqtisadi inkişafı öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, hesabat dövrü ərzində Taxtakörpü ərazisində məskunlaşmış köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 0.4 və 10 kV-luq hava xətlərində cari təmir işləri görülmüş, 10350 metr naqil yenisi ilə əvəz olunmuş, Qayğı qəsəbəsində, Vağazin, Qarakeçdi, Şeylanlı, Fingə, Ağbulaq, Ərdəşəvi, Arduşlu, Nurəddin obalarında istismar müddətini başa vurmuş 202 ədəd dayaq dəyişdirilmiş, Vağazin, Hacılar, Əhmədli, Malıbəy obalarında 100 kvt-lıq, Cağazur obasında 63 kvt-lıq transformator yenisi ilə əvəz edilmişdir. Alxaslı obasında elektrik xətlərində əsaslı təmir işi görülmüş, 30 ədəd 10 kvt-lıq beton dirək və 30 ədəd 0,4 kvt-lıq dayaq basdırılmış, 5 min metr naqil dəyişdirilmiş, 250 kvt-lıq transformator qoyulmuşdur.
Eyni zamanda bildirilmişdir ki, cari ilin ötən dövründə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Mişni nasos stansiyasında təmir işləri aparılmış, Mişni-Mayis, Taxta körpü - Qarakeçdi, Kür çayı - Mişni magistral su xətlərində diametri 159-250 mm olan boru xətlərinin 60 p/m hissəsi yenisi ilə əvəz olunmuş, obalarda və qəsəbələrdə daxili su xətləri təmir olunmuş, müxtəlif dövrlərdə su xətlərində baş vermiş qəzaların vaxtlı-vaxtında aradan qaldırılması təmin edilmişdir. 37 ailəlik qəsəbədə bütün xətlər - istismar müddəti başa çatmış metal borular polipropilen boru ilə dəyişdirilmiş, bütün abonentlərə sayğac qoyulması təmin olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında 256 ailə-977 nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğular quraşdırılmış və ötən müddət ərzində tam istifadəyə verilməsi təmin olunmuşdur.
Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 5 mart 2018-ci il tarixdə imzaladığı “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər“ haqqında Sərəncamına uyğun olaraq ötən müddət ərzində Qayğı qəsəbəsi ərazisində 54 ailənin yaşadığı evlərin mavi yanacaqla təmin olunması istiqamətində işlərə başlanılmış, yaxın zamanlarda çəkilişin başa çatdırılması nəzərdə tutulmuşdur.
2018-ci ilin ötən dövrü ərzində rayonun Taxta Körpü ərazisindəki obalarda taxıl biçininə başlanmış, Ağcabədi, Bərdə, Zərdab və İmişli rayonlarından 12 kombayn gətirilmişdir. 91 ha buğda və 1031,4 ha arpa, cəmi 1122,5 ha dənli bitkilər sahəsi biçilmişdir ki, bundan da müvafiq olaraq, 200,7 buğda və 2238,4 ton arpa, cəmi 2439,1 ton taxıl məhsulu istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 22 sentner təşkil etmişdir. Həmin əkin sahələrinin məhsuldarlığının artırılması məqsədi ilə 28,7 ton azot gübrəsi Zərdab rayon Aqroservis filialından alınaraq fərdi təsərrüfatçılara çatdırılmışdır. Baramaçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün məqsədyönlü iş aparılmış, bu məqsədlə Taxta Körpü ərazisində tut bağı salınmış, ötən ildə 10 000 ədəd, cari ildə isə 1000 ədəd çin istehsalı olan tut tingi əkilmiş, bundan əlavə 2300 ədəd yerli tut tingi alınaraq əkilmişdir. Respublikada baramaçılığın inkişaf etdirilməsinə də Laçın rayonu öz töhfəsini vermişdir. 2018-ci ilin aprel ayının 28-də 494 qram (26 qutu) barama qurdu Qax Damazlıq Mərkəzindən götürülmüş, saxlanması üçün 9 ailəyə təhvil verilmişdir. İlk dəfə olaraq laçınlı kümçülər 26 qutu barama qurdunu becərmiş, 1052,1 kq təmiz çəkidə yaş barama tədarük olunaraq, Şəki İpək MMC-yə təhvil verilmişdir. Yaş baramanın hər kq-nın satış qiymətinin 4 manatı Şəki İpək MMC tərəfindən ödənilmiş, 5 manatı isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına subsidiya şəklində verilməsi nəzərdə tutulmuşdur.
Məruzədə xüsusilə o da vurğulanmışdır ki, hesabat dövrü ərzində rayon rəhbərliyi tərəfindən köçkünlərin məskunlaşdıqları müxtəlif yaşayış məntəqələrində 19 səyyar qəbul keçirilmiş, 1552 nəfər rayon sakininin iştirak etdiyi bu görüşlərdə 157 nəfərin müraciəti dinlənilməklə, habelə Rayon İcra Hakimiyyəti başçısı aparatında 1266 nəfər rayon sakini qəbul olunmuş, onların müraciətləri ilə əlaqədar köməklik olunması üçün aidiyyəti rayon təşkilatlarına konkret tapşırıqlar verilərək icrasına nəzarət olunmuşdur.
Şura iclasında məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunaraq, qarşıda duran vəzifələrdən danışılaraq, 2018- ci ilin birinci yarısında müxtəlif sahələrdə xeyli işlər görülməsinə baxmayaraq il ərzində də Taxta Körpü ərazisindəki obalarda Dövlət Proqramı ilə nəzərdə tutulmuş qəsəbələrin tikintisi ilə bağlı görüləcək işlərin mərhələli həlli, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası üçün təsdiq olunmuş layihələrin icrası qarşıda duran vəzifələrdən hesab edilmişdir.
2018- ci ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
2018- ci ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə olduVilayət Eyvazov rəisi təqaüdə göndərdi - Yeni təyinatGəncənin icra başçısı sakinləri narahat edən məsələləri dinləyibNazir rektorlara tapşırıq verdi: Ödənişli tələbələrə şərait yaradın!Çempionlar Liqasında bütün “pley-off”çular bəlli oldu - NƏTİCƏLƏRElinanın anası icra başçısının müavini ilə üzləşdirildiQurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlarİkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcəkHeydər Əliyev Fondu 70 minə yaxın ailəyə qurban payı çatdıracaqQHT Şurası Katibliyi işçilərinin maaşı artırıldıBu gün Azərbaycanda Qurban bayramı qeyd olunurYAP-çı deputatlar Xaçmaza getdilərPutinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - FOTOPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib