Dovletxeberleri.Az
» » SƏLİM MÜSLÜMOV İMİŞLİ DSMF-YƏ KOMİSSİYA GÖNDƏRİR

24-07-2017, 09:00SƏLİM MÜSLÜMOV İMİŞLİ DSMF-YƏ KOMİSSİYA GÖNDƏRİR

SƏLİM MÜSLÜMOV İMİŞLİ DSMF-YƏ KOMİSSİYA GÖNDƏRİRİmişli DSMF-nin müdiri İntiqam Əliyevin əməlləri bir neçə aydan sonra nazirliyi rayona ikinci dəfə komissiya göndərməyə məcbur etdi.

İmişli DSMF-də baş verən hadisələrlə bağlı rayon sakinlərinin audio – müsahibələrinə, fond əməkdaşının əlildən rüşvət tələb etdiyi səs yazısına Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən münasibət bildirilməməsi istər rayon DSMF-nin müdiri İntiqam Əliyevdən narazı olan rayon sakinlərinin, istərsə də Conflict.az olaraq bizim təəccübümüzə səbəb olmuşdu. İnsanların öz dilləri ilə ifadə etdiyi audio - müsahibələrində fond əməkdaşlarının rüşvət tələbinə bir dövlət qurumunun – nazirliyin seyriçi münasibəti vətəndaşın dövlətinə inamını sarsıda biləcək hadisədir. Xatırladaq ki, həmin səs yazılarının birində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov əlildən rüşvət xarakterli pul istəyərkən əsl satıcı – alıcı münasibətləri ortaya çıxır. Öncə əlildən onun “probleminin” həlli üçün bir məbləğ istənilir, sonra başqa bir məbləğə - 30 manata razılaşdırılır. Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucovun müraciəti zamanı DSMF-nin əməkdaşı “biz sənin işini düzüb-qoşacağıq, səndə bu işlərin necə “həll” olunduğunu bilirsən də” – deyə açıq şəkildə şəxsi məqsədləri üçün tələb irəli sürür. Yazıçı – jurnalist Məryəm Şahverdiyeva İmişli DSMF-nin əməkdaşının fonda müraciət edən vətəndaşdan rüşvət almasına şahidlik edir və buna etiraz edərkən: “Məryəm xanım bu rüşvət deyil şirinlikdir.” – deyə cavab alır. Əslində baş verən hadisələrə ilk reaksiya İmişli DSMF-nin müdiri İntiqam Əliyev tərəfindən gəlməli idi. Əməkdaşları haqda araşdırmalara başlamaq ilk olaraq məhz onun görəvidir. Halbuki Conflict.az-ın dərc etdiyi həmin müsahibələrdə araşdırılmalı olan olduqca az nüanslar var. Lakin özünümüdafiə hər kəsin haqqıdır. İnitqam Əliyev hüququn aliliyini üstün tutmalı, şikayətçiləri köməkçisi vasitəsilə hətta qəbul otağından kənarlaşdırmaq əvəzinə, çağırıb dinləməyə borclu idi. SƏLİM MÜSLÜMOV İMİŞLİ DSMF-YƏ KOMİSSİYA GÖNDƏRİRGöründüyü kimi şöbə müdiri bunların heç birini etmədi. Əvəzində isə şikayətlərin və şikayətçilərin sayı günbə - gün artdı. İnsanlar ƏƏSMN-in rəhbərliyinə, PA-ya şikayət teleqramları, məktubları göndərdilər. Sözsüz ki, ölkə rəhbərliy əndazəni aşmış əyalət məmurlarına görə vətəndaşın dövlətdən narazı qalmasına razı olmayacaqdı. Və belə də oldu. Bu gün aldığımız məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi cəmi bir neçə ay öncə yekunlaşmış, uzun müddətli yoxlamalardan sonra yenidən İmişli DSMF-yə komissiya göndərməyi qərara alıb. Mənbənin bildirdiyinə görə ƏƏSMN-dən komissiya gələcəyi ilə bağlı məlumatı aldıqdan sonra kifayət qədər əndişələnən İmişli DSMF-nin müdiri İntiqam Əliyev ondan narazı olan şəxslərə barışıq üçün minnətçi düşüb. Məlumatı verən mənbə əlavə olaraq onu da qeyd etdi ki, nazirliyə və PA-ya ünvanlanan şikayətlərdə DSMF əməkdaşlarının qanunsuz tələbləri ilə paralel, İntiqam Əliyevin davranışlarından, insanlarla münasibətlərindən də narazılıq edənlər olduqca çoxdur.
P.S. Redaksiyaya İmişli DSMF-nin şöbə müdiri Novruz Hüseynovun kimlərlə, hansı mövzuda, nəyi, necə müzakirə etməsi, hansı DSMF əməkdaşı əmək stajına görə kimdən 4000 manat tələb etməsi, kimə mənzilində 2300 manat verilməsi ilə bağlı məlumatlar daxil olub.
Bizi izləyin.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.




Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə