Dovletxeberleri.Az
» » Şagirdi intihar həddinə çatdırılan liseydə yoxlamalar başladı

14-09-2017, 10:20Şagirdi intihar həddinə çatdırılan liseydə yoxlamalar başladı

Şagirdi intihar həddinə çatdırılan liseydə yoxlamalar başladı
Valideyn: “Nazirliyin nümayəndəsi söylədi ki, məni uşağın taleyi maraqlandırır”

Təhsil Nazirliyinin sektor müdiri Almaz Əskərova Kimya Biologiya Təmayüllü Respublika Liseyinin 11-ci sinif şagirdi Nərmin Mehtilinin valideynlərinin şikayətini araşdırır. Bu haqda redaksiyamıza şagirdin valideyni Dilarə Mehtiyeva məlumat verib. Bundan əvvəl D.Mehdiyeva Azərbaycan təhsil ictimaiyyətinə ünvanladığı müraciətin surətini göndərib. Həmin müraciət əsasında “Liseyin müəllimləri şagirdi intihar həddinə çatdırıb?;

Təhsil Nazirliyi: ”Araşdıracağıq..." http://musavat.com/news/liseyin-muellimleri-sagirdi-intihar sərlövhəli yazı dərc etmişdik.

Müraciətdə liseydə müəllimlərin repetitorluğunu qəbul etməyən şagirdə qarşı atılan qəddar addımlar haqda məlumatlar yer alıb. Valideyn övladına qarşı qərəzli münasibətdən gileylənir, hər vəchlə liseydən çıxarılması üçün zəmin yaradıldığını qeyd edirdi. D.Mehdiyevanın müraciətindən sonra Təhsil Nazirliyindən məsələnin araşdırılacağı bildirilmişdi.

D.Mehdiyeva “Yeni Müsavat”a bildirib ki, artıq araşdırma başlanıb.

“Liseyin direktoru Kamran müəllim özünü öldürürdü ki, ay xanım, uşaq payıza qalıb... Mən müəllim-zad tanımıram, payıza qalıb, pedaqoji şuranın qərarı var, məktəbdən çıxmalıdır. Nərmin imtahandan 5 aldı. Kamran müəllim dedi ki, başı var, hazırlaşıb 5 alıb. Aparın, yoxsa müəllimlər yenə pis qiymət yazacaq, attestatda pis qiymətlər düşəcək. Liseydə bu məsələni araşdırmaq üçün Təhsil Nazirliyinin sektor müdiri Almaz Əskərova gəldi. Biz məktəbə çatanda o, artıq orada idi. Direktorun otağına daxil olarkən direktor Kamran müəllim elə onun yanında bizə yüksək səslə dedi ki, uşağı niyə çıxarıb aparmırsınız!? Axı sizə nə qədər demək olar. Almaz xanım müəllimləri çağırıb soruşurdu ki, uşaqla həqiqətənmi belə davranmısınız. Guya ki, onlar da rahatca, təmənnasız, vicdanlı, ləyaqətli müəllim kimi hər şeyi etiraf edəcəkdilər. Təbii ki, olar da belə bir yaşantının olmadığını israr edirdilər. Lakin kimya müəlliməsi 2 yazıb payıza saxladığı uşağın təkrar imtahanda 5 almasını təəccüblə qarşıladı. Və tutarlı bir cavab verə bilmədi” - deyə D.Mehdiyeva bildirib.

Valideyn deyir ki, 5 alan məktəblini liseydən qovmaq gülünc görünər deyə “payıza qalıb” arqumenti dəyişib: “İndi də məktəbdən bezdirilən, intihar həddinə gətirilmiş və həkimlərdə qalan məktəblinin davamiyyət məsələsini əsas arqument kimi önə çıxarırlar. Jurnalın əlimizdə olan məlumatları dolaşıqdır. Kortəbii olaraq jurnala doldurulmuş qayıbların biri digərini inkar edir. İndi iş qalıb nazirliyin araşdırma aparan nümayəndəsinə. Bütün araşdırma boyu ailəmi, uşağımı yalanda ittiham edərək aşağılayan məktəb direktoruna və onun müavini Aslana bir dəfə də olsun yüngülcə də olsa irad tutulmadı. Bizim həqiqətlərimizə də heç olmasa soyuq da olsa və ötəri də olsa bir münasibət bildirilmədi. Təhsil Nazirliyinin nümayəndəsi Almaz müəllimə bir şey söylədi ki, məni heç nə yox, uşağın taleyi maraqlandırır. Mən ona kömək etməyə çalışacam. Bu bizi ümidləndirir. Gözləyək görək. Nazirlik rəsmisi nə qərar verəcək”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə