Главная > Ölkə > Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə keçiriləcək növbəti iclasın tarixi açıqlandı

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə keçiriləcək növbəti iclasın tarixi açıqlandı


11-06-2019, 20:40. Разместил: dovletxeberleri.az
Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə keçiriləcək növbəti iclasın tarixi açıqlandı
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclası iyunun 17-18-də Bakıda keçiriləcək".

Xəbər verilir ki, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib.

"Demarkasiya prosesi uzun bir prosesdir. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında demarkasiya üzrə danışıqlar 3-5 il davam edə bilər", - deyə o qeyd edib.
Вернуться назад